DÜNYA AZƏRBAYCANLILARI KONGRESİ

İddiasına uyğun olmayan təşkilatımız

 

   Dünya Azərbaycanlıları Konqresinin tarixi bir sıra başqa təşkilatlarımız kimi yarandığı ilk gündən müxtəlif çəkişmələr və problemlərlə zəngin oluub.

   Həmin qurumun adındanda bəlli olduğu kimi daha geniş çevrəni əhatə edib, müxtəlif düşüncələrə malik şəxs və qurumları öz tərkibində birləşdirməli idi. Ancaq bu belə olmayıb və hadisələrin inkişaf istiqamətidə bunun reallaşacağına heç bir ümid yeri qoymur.  Bunun səbəblərinə yerində toxunacayıq.

Həhəliksə qısaca olaraq qurumun yarandığı ilk zamanlardan indiyə qədər baş verənlər haqda:

   Hələ Vaşingtonda keçirilən Qurultayda tədbirin “İran” yoxsa Azərbaycan bayrağı altında keçirilməsi ciddi bir problemə çevrilmişdi. Həmin çəkişmələr qurumun mövcudluğun quruyub saxlaya biləcəyin belə şübhə altına almışdı.

Növbəti Qurultaylarda isə öz ifadələri ilə desək “istiqlalçı” və “Azərbaycançı” qüvvələr “iranmeyilli”  qüvvələri sıxışdırıb təşkilatdan uzaqlaşdıra bildilər. Azərbaycan Respublikasının  vaxtkı mətbuatında həmin məsələlərlə bağlı yuxarıda toxunduğumuz “istiqlalçı” soydaşlarımıza istinadən verilən geniş yazılar, Azərbaycançı fəalların məsələ ilə əlaqədar verdikləri müsahibələr dediklərimzin təsdiqidir.

   Həmin yazı və müsahibələrdən belə qənaətə gəlmək olardı ki, bundan sonra Dünya Azərbaycanlıları Konqresi tam problemsiz fəaliyyət göstərib, millətimizin tapdalanmış hüquqları uğrunda daha ciddi addımlar atmağa qadir olacaq. Axı rəhbəriyyətinin hamısının eyni düşüncəni daşıdığı bir qurum monolit bir təşkilat formasında bir çox məsələlərin həllinin öhdəsindən gəlməli idi. İstiqlalçılıq düşüncəsin daşıyan və Azərbaycançılıq-türkçülük təfəkkürünə yiyələnmiş insanlar Azərbaycan milli maraqların hər şeydən üstün tutmalı, bunun uğrunda mübarizə aparmalı idilər.

   Yazıqlar olsun ki bu dəfədə bu arzular gerçəkləşmədi. II və III Qurultaylarda özlərinin, yəni istiqlalçıların “İranmeyilli” qüvvələrə qalib gəldiklərin iddia edərək gələcək planlardan ağız dolusu danışan “rəhbəriyyət” bir-birlərinə düşmən kəsilməyə başladılar. Qurultaylarda saxta səsvermə, çətəçilik, qrupbazlıq kimi məsələlər yavaş-yavaş təşkilat daxilindən qırağa da çıxdı. Dünənə kimi eyni “cəbhə”də olan soydaşlarımız bir-birlərinə qarşı cəbhə tutaraq qarşılıqlı şantaj və böhtanlara əl atdılar. Utandırıcı haldır ki millətimizin haqları, Azərbaycan dövlətçiliyinin keşiyində durmalı olan şəxslərin cəbbəxanalarından “qarşı tərəfə” açılan atəş ailə məsələlərin belə əks etdirən töhmətlər, ən aşağı səviyyəli ittihamlardan ibarət oldu. Bu “fəalların” davranışlarının kökündə bir sıra şəxsi ixtilaflar və ambissiyalar dursada sonradan həqiqətəndə iranmeylli olan qüvvələr, qurum daxilinə atılmış təxribatçı “desant”lar yaranmış və yaxud yaratdığları şəraitdən lazimi istifadəni edib, tərəfləri təhrik edərək gərginliyi şiddətləndirə bildilər. Tehran rejiminə bağlılıqı ilə tanınan şəxslərin bəzi milli şəxslərin vasitəsilə quruma soxulma imkanı əldə etmələri, İran xüsusi xidmət orqanlarının bu barmaqlarınının qurum rəhbərliyinə təsir imkanlarının güclənməsi DAK-ın arzuolunmayan uçurumlu yola yönəlməsinə gətirib çıxardı. Əlbəttə burada Azərbaycan Respublikasının bir sıra hökumət məmurlarınında qurumun belə duruma düşməsində oynadıqları rolu danmaq olmaz.     

   Təşkilatın VI qurultayın bəlkədə fəaliyyət tarixinin zirvəsi saymaq olardı. Həmin qurultayda bir çox müsbət qərarların qəbul olunması, Güney Azərbaycana yönəlik fəaliyyəti genişləndirmək məqsədilə Güney Azərbaycan Komitəsinin yaradılması, bir çox ölkələrdə nümayəndəliklərin təsisi və s. Qurumun gələcək fəaliyyətinin daha da təsirli olacağına ümid yaratmış oldu. Ancaq bununla bərabər yuxarıda vurğuladıqımız kimi Tehran “barmaq”larıda bir sıra insanların “xidmət”ləri nəticəsində qurumda özlərinə yer edə bildilər. Elə bununlada DAK parçalanmağa doğru sürət götürmüş oldu. Maraqlıdır ki təşkilatda hadisələrin inkişaf istiqamətinin parçalanmağa doğru apardıqı barədə qurum rəhbəriliyinə hələ VII qurultaya təxminən 10 ay qalmış İdarə Heyətinin iclasında yazı müəllifi tərəfindən edilən xəbərdarlıq sərt təpki ilə qarşılandı. Təşkilatın arxivində saxlanılmalı olan İH-nin protokollarına müraciə edib dediklərimizi bir daha gözdən keçirmək bəlkə də gələcəkdə baş verməsi gözlənilən biabırıçılıqların qarşısının alınması üçün faydalı ola bilər(bilərdi). Əlbəttə bütün baş verənlərdə vaxtkı qəşkilat məsulu Cavad bəyi günahlandırmaq insafdan uzaq olardı. Qurumun parçalanması və bu günkü vəziyyətə düşməsində başqalarınında rolu olmamış deyildi. Ancaq təşkilat rəhbərinin yaranmış problemlərin həllində hər kəsdən çox məsuliyyət daşımalı, bunun üçün isə lazimi səlahiyyətə malik olduğun nəzərə alsaq Cavad bəyin yumuşaq ifadə ilə desək, DAK-ın parçalanmaması üçün fəaliyyəti yetərli deyildi. Buna bir sıra təxribatçı qüvvələrin maraqlarına uyğun olan və qurumun vaxtkı rəhbərliyinin sərəncamı ilə gerçəkləşdirilən təşkilatdaxili dəyişiklikləri əlavə etsək məsələ daha aydınlaşar. Həmin sərəncamlara əsasən DAK İdarə Heyətinin iki üzvü, nəzarət təftiş və Güney Azərbaycan Komitəsi, bir sıra bölgə nümayəndəlikləri ləğv edildi. Bu isə məsələnin həlli üçün olan imkanları heçə endirmiş oldu.

   Yuxarıda da qeyd etdiyimiz kimi bəzi qüvvələr təşkilat rəhbərinə müxtəlif vasitələrlə təsir göstərərək milli hərəkatımızın güclənməsi istiqamətində önəmli işlər görmək potensial və imkanına malik olan bir qurumu “əxtə”ləyə bildilər. Bu “başarı”nın nəticəsi isə qurumun ikiyə parçalanaraq ayrı-ayrılıqda qurultay keçirib, hər iki tərəfində eyni ada iddialı olması oldu.  Bu isə özlüyündə bir daha DAK-a qarşı olan münasibətin mənfi mənada dəyişməsinə gətirib çıxardı. Hər iki tərəfində uzun zaman qarşılıqlı ittihamlarla çıxış etmələri, bir-birlərin “xəyanət”də, hansısa şübhəli qüvvələrə bağlılıqda günahlandırmaları onsuzda azalmış enerjinin boşa xərclənməsinə nədən oldu. Sonradan VIII “qurultay”larında ikinci tərəf, Məhəmmədrza bəy Xiştinin başçılıq etdiyi qanadın ad dəyişikliyi edərək “Demokratik Dünya Azərbaycanlıları Kongresi” kimi çıxış etmələridə müsbət mənada heç nəyi dəyişə bilmədi. Həmin qanadda təmsil olunan bəzi təcrübəli insanların davam edən yersiz çəkişmə, qurumun birləşməsi istiqamətində aparılan fəaliyyətin qaneedici olmaması  və bu haqdakı çıxışların qeyri-səmimiliyinə etiraz əlaməti olaraq və siyasi- milli əxlaqdan uzaq hərəkətlərə dözməyərək istefaları DDAK-ın onsizda hiss olunmayan fəaliyyətinin yox səviyyəsinə enməsilə nəticələndi. Cavad bəy Dirəxtinin başçılıq etdiyi DAK isə yenədə VI qurultaydan sonra parçalanmaya bais olan oxşar olayları bir daha təcrübə etməyə başlamış göründü. Qıraq təsirlərin təhriki nəticəsində  qurum rəhbərinin vasitəsilə təşkilat rəhbəriliyinin tərkibində edilən  “dəyişikliklər”, siyasi mövqeləri sürüşkən olan şəxslərin qurum rəhbərliyinə gətirilmələri yeni bir böhranın başlanacağı haqda verilən proqnozları gerçəkləşdirdi.

   Brokseldə keçirilməsi nəzərdə tutulan IX qurultayın ertələnməsi, sonradan may ayında Türkiyədə keçiriləsi nəzərdə tutulan qurultayın yerinin bir daha dəyişdirilərək Almaniyaya təyin olunması, uzun illər təşklatda fəaliyyət göstərmiş bir sıra fəalların istefaları, nümayəndəliklər arası və habelə nümayəndəliklərlə təşkilat rəhbəri arasındakı soyuq münasibətlər, sədr aparatı və DAK məclisi arasındakı çəkişmələr neçənci dəfə olaraq bu tərkib və rəhbərliklə müsbət yöndə ciddi uğura nail olmağın mümkün olmayacağın təsdiqləmiş oldu.

   (Əlbəttə bütün bu problemlərin həll edilməz olduğun iddia etməkdə qeyri məntiqi görünə bilər. Ona görədə bir daha təkrar edirik hadisələrin bu günkü kimi inkişafı və rəhbərlikdə bəzi şəxslərin olması, habelə təşkilat quruluşunda ciddi dəyişikliklərin olmadığı təqdirdə bu sorunların həlli inandırıcı görünmür.)

   Beləliklədə növbəti dəfə ümum Azərbaycan milli maraqları, Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə etməli olan bir təşkilatımız Tehran amillərinin, manqurt soydaşlarımızın və biliksiz “millətçi”lərimizin “əmək”ləri sayəsində əks cəbhənin sevincinə, özümüzünkülərinsə məyusluğuna səbəb olmuş oldu. Fars şovinizmi və erməni təcavüzünə qarşı çalışmalı, Azərbaycan həqiqətlərinin dünyada carçısı kimi çıxış etməli olan bir qurum öz təşkilatlarımız və soydaşlarımızla intiriqalara cəlb olunaraq iddiasına uyğun olmayan səviyyəyə yuvarlandı.  Mirzə ələkbər Sabir demişkən:

Hərçənd əsirani-qüyudati zəmanız,

Hərçənd düçarani-bəliyyati cəhanız,

Zənn etmə ki, bu əsrdə avareyi-nanız,

Əvvəl nə idiksə, yenə biz şimdi həmanız...

Turanlılarız, adiyi-şüğli sələfiz biz!

Öz qövmümüzün başına əngəl kələfiz biz! 

Bəzi təşkilatlarımızın, konkret olaraq isə Dünya Azərbaycanlıları Konqresinin hazırkı duruma düşməsinin bir sıra səbəbləri olsada qısaca olaraq aşağıda bəzilərinə toxunmağı lazim bilirik.

    I. Bizcə əsas səbəblərdən biri kimi adı çəkilən təşkilata rəhbərlik edən şəxslərin dünya görüşləri və siyasi baxış darlıqların qeyd etmək olar. Qurum yönəticilərinin bir çoxu siyasi təcrübə və biliyə malik olmadıqlarına görə başqa siyasi təcrübəsi olan insanların qurumda təmsil olunmaların bir növ özlərinin kölgədə qalmaları kimi dəyərləndirdikləri üçün zaman-zaman nüfuzlu insanların cəlbinə yaranan şəraiti korlamaqdan belə çəkinməyiblər. Təssüfləndirici haldır ki bu qarşılama “tədbir”ləri bir çox hallarda insani münasibətlərdə qəbul olunmuş ən adi normalar dışında töhmət , təhqir və şantajlar vasitəsilə həyata keçirilib.

    II. Həmin şəxslərin bir çox hallarda iddialarının əksinə olaraq öz şəxsi qazancların ümum milli mənafelərdən üstün tutmaları və Azərbaycan probleminə özlərinin gündəlik məişət problemləri qədər əhəmiyyət verməmələridir. Yəni milli məsələ bəzi fəallar üçün həlli vacib olan məsələ deyil, sadəcə bir növ xobbi və gündəmdə qalma imkanıdır. Misal olaraq bir çox nümunələr gətirmək olar, ancaq adlarının çəkilməsinə ehtiyac duyulmayan bəzi şəxslərin tutduqları “vəzifə”dən uzaqlaşan kimi hər şeyə laqeydləşmələri, milli məsələyə bir növ ikrahla yanaşmaları, dünənə kimi mənsub olduqları qurumlara düşmən münasibəti bəsləmələrin və s...göstərmək olar.

    III. Könüllü vəya məcburi şəkildə Tehran Xüsusi Xidmət orqanlarının xidmətində olan şəxslərin təşkilata girə bilmələri, zamanı gələndə isə incə metodlarla və hazırkı rəhbərliyin duyum imkanlarından xaric təxribatlara əl atmalarıdır. Bir çox hallarda bunlar hər kəsdən çox fəall görünməyə cəhd göstərməyi bacarmaq qabiliyyətinə malik olduqlarına və sadəlövh şəxsləri təsirləri altına sala bildikləri üçün zamanında insanları bunların həqiqi niyyətləri haqda xəbərdar etmək səyləri nəticəsiz qalır.

    IV. Birinci bölümdə də qeyd olunan kimi rəhbərliyin siyasi biliksizliyi və təşkilatçılıq qabiliyyətinin olmaması normal təşkilatçılıq fəaliyyətlərinin həyata keçməsinə əngəl olur. Bu isə özlüyündə qurumu çərçivəsiz və siyasi fəaliyyət xətti bəlirsiz, gündəlik məsələlərlə uğraşan bir yığnağa çevirir. Belə olan halda isə təbii ki kor-koranə yığnaqdan faydalı və təşkilati fəaliyyət gözləmə umudun sıfıra endirir.

   V. Qurumun tərkibində milli problemlərimizdən xəbərsiz insanların önə çəkilmələri(bu tiplər əsasən maddi imkanlarına görə önə çəkilirlər, ancaq bunların heç bir fayda vermədikləri dəfələrlə sübut olunubdur), dünənə kimi şəxsi qazancları üçün hətta Azərbaycan dövlətçiliyinin əleyhinə olan qüvvələrlə iş birliyində olanların qurumda təsir edici rola yiyələndirilmələridə ciddi məsələlərdəndir. Əlbəttə bu tip şəxslər əsasən Quzey Azərbaycandan olan hansısa məmur və ya iş adamları olurlar. Bu gündə bunların nümunəsi az deyil.

   VI. Bu arada Azərbaycan hökumətinində rolu olmamış deyil. Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildikdən sonra demək olarki rəsmi Bakı müxtəlif yollarla DAK-ı sıradan çıxarmaq və ondan yalnız bir diaspora təşkilatı kimi faydalanmaq siyasətin yürütməyə başladı. Qurumun aparıcı şəxslərinin müstəqillikləri olmadığından bu məsələ ilə bir növ razılaşmış oldular. DAK-ı müstəqil qurum olaraq qoruyub saxlamaq istəyənlər isə müüxtəlif yollarla sıxışdırılaraq təşkilatdan uzaqlaşdırıldılar vəya təsir imkanları məhdudlaşdırıldı. Zaman-zaman təşkilatın öz əsasnaməsinə zidd hərəkət edərək sırf diyaspora fəaliyyəti ilə məşqul olması, Güney Azərbaycan məsələlərinin arxa plana keşməsi və xüsusən son illər əksər rəsmi ve qeyri rəsmi tədbirlərdə Güney Azərbaycan problemlərindən danışılmaması dediklərimizi təsdiq edir.

 

Bütün bunlarla yanaşı Dünya Azərbaycanlıları Konqresi neçə illik fəaliyyətinə görə bir sıra uğurlarada imza atmışdır və bir sıra başqa qurumlarla müqayisədə(ancaq müqayisədə) daha çox intellektual qüvvələri özündə birləşdirə bilmişdir.Sadaladığımız problemlərin həlli və mütəşəkkil bir qurum olaraq Azərbaycan məsələləri ilə, özəlliklə Güney Azərbaycan problemi ilə məşqul olmaq üçün isə öncədə vurğuladəqımız kimi təşkilat quruluşunda ciddi dəyişikliklər edilməlidir. Qurumda olanlar onu özlərinin təşkilatı bilib fəaliyyət göstərməli və etdikləri, etmədiklərinə görə məsuliyyət daşımalı, cavab verməlidirlər.

   Təşkilatda öncədən olan, onun yaradılmasında, yaşamasına rolu olan insanlar yenidən dəvət olunmalı, dağınıq qüvvələr bir araya gətirilməlidir. Bu məsələdə şəxslər arası münasibətlər deyil, milli düşüncə, siyasi bacariq və təcrübə habelə quruma çağrılan ların şəxsiyyət məsələləridə nəzərə alınmalıdır. Eyni halda qurumda problemlər yaradan, intiriqaçı, şəxsiyyət boşluğundan bu vasitə ilə gündəmə gəlmək və ya gündəmdə qalmaq istəyən insanlar səs çoxluğu və normal yollarla qurumdan uzaqlaşdırılmalıdır.

   Təşkilata rəhbərlik edən şəxslərin müstətəqil fəaliyyət etmə imkanları olmalı, qeyri müstəqil şəxsiyyətə malik şəxslərə təşkilatda təsir edici rollar tanınmamalıdır. Qurum hətta başqa quruluş və hökumətlərlə, beynəlxalq təşkilatlarlada münasibətlərdə müstəqilliyinin qorunmasın əsas tutmalıdır. Hər hansı quruluşun vəya hökumət məmurunun təşkilata yuxaridan baxma və yön vermə cəhdlərinə imkan verilməməlidir. Bütün münasibətlər və əməkdaşlıqlar bərabər hüquqlu və ancaq əməkdaşlıq səviyyəsində olmalıdır, tapışırıq alma və s... bu kimi hallara yol verilməməlidir.

   Azərbaycan Respublikasına yönəlik məsələlərdə Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasın əsas fəaliyyət prinsiplərindən biri kimi qəbul etmək qurumun milli və soydaşlıq borcu olduğu üçün bunu hər zaman gündəmdə saxlamalıdır. Ancaq Azərbaycan Respublikası hökumətindəndə beynəlxalq insan haqları normalarına söykənərək soydaşlıq və insanlıq yönündən çıxış edib Güney Azərbaycan türklərinin haqlarının pozulmasına biganə yanaşmamağı tələb etməlidir. əlaqələrində iqtidar-müxalifət münasibətlərinə qarışmamalı və Azərbaycan dövlətçiliyinə sadiq milli qüvvələrlə münasibətlərdə çəkingənlik etməməlidir.

    Güney Azərbaycan problemin sözdə deyil işdə əsas tutmal və Güney Azərbaycan türklərinin sorunlarının həlli istiqamətində hansısa hökumətlərin ikili münasibətlərinə deyil, insan haqları və demokkratik prənsiplərə söykənməlidir. Güney Azərbaycan məsələsinin gündəmə gətirilməsi üçün dünya və bölgədə gedən siyasi prosesləri izləyib analiz edə biləcək siyasi kadrların cəzb və fəaliyyətinə imkan yaratmalı və diaspora təşkilatı səviyyəsindən  bəlli problemləri həlli uğrunda çalışan ciddi təşkilat olmağa nail olmalıdır. Bunun üçün isə təşkilat quruluşunda daha çox Güney Azərbaycandan olan siyasi və milli şəxslər rəhbərlikdə təmsil olunmalı, qurumu sirf diyaspora təşkilatı səviyyəsində saxlamağa çalışan şəxslərin təsir imkanları bir daha nəzərdən keçirilərək tədbirlər görülməlidir.

   Vəya. Müstəqil Azərbaycan dövlətinin mövcud olduğun, Azərbaycan Respublikasında Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi adında qurumun, habelə Dünya Azərbaycanlıları Qurultayı adı ilə müntəzəm geniş toplantıların keçiriləcəyin(iki belə qurultay keçirilib) və nəhayət bir sıra məsələlərlə Azərbaycan hökumətinin məşğul olma imkanlarının olduğun nəzərə alaraq;

   Dünya Azərbaycanlıları Konqresində olan güneyli siyasi-milli fəallar Güney Azərbaycan Konqresi adı altında birləşərək bəlli və konkret fəaliyyət xətti seçə bilərlər. Bu qurumun isə Qarabağın azadlığı və diyaspora məsələlərində Azərbaycan Respublikasının uyğun qurumları ilə əməkdaşlıq formaları tənzimlənə bilər. Beləliklədə həm hüquqi və həm siyasi baxımdan beynəlxalq arenada Güney Azərbaycan probleminin həlli üçün daha tutarlı və məntiqi fəaliyyət və mübarizə imkanı əldə edilmiş olar.

 

   PS. Güney Azərbaycan Konqresi dedikdə bəzi şəxslər bunu bu gün mövcud olan qurumun hazırki rəhbərliyinin çətri altında başqalarının toplanmalı olduğu kimi başa düşməsinlər diyə qeyd etmək lazimdir ki; Bu ad altında birləşmək və qəbul edilmiş normal qaydalar çərçivəsində seçiləcək şəxslərin birgə fəaliyyəti nəzərdə tutulur.  

   Başqa bir qeyd; Hazırkı durumda Dünya Azərbaycanlıları Konqresinə Dr.Cavad Dirəxtinin məsul seçilməsi daha məqsədə uyğundur. Bu görəvə iddialı başqa şəxs vəya şəxslərin seçilməsi DAK-ın dahada qeyri müstəqil quruma çevrilərək dağılma prosesin sürətləndirə bilər. O üzdən ki, bu günə qədər IX qurultayda təşkilat sədrliyinə adaylıq iddiasında bulunan(lar) hər hansı ciddi dəyişiklik və irəliləyişə nail olma imkanında deyillər.  

 

C.GÜNEY       16.06.2006

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

@