| Saytda yayılan yazılar, durna saytının nəzərin yox, bəlkə yazıçının nəzərini əks etdirir. |
BIR DAHA BAYRAQ MƏSƏLƏSINƏ DAIR
Bayraq məsələsini müzakirə edərkən təbiidir ki, qarşıya çıxan ilk sual bu olacaqdır ki, bayraq olması zəruridirmi? Əgər bu suala müsbət cavab əldə etsək (və yalnız bundan sonra) bayrağın formasını müəyyən etməyə çalışmalıyıq.
Güney Azərbaycana vahid bayrağın müəyyən edilməsinin zəruri olub olmamasını aydınlaşdıra bilmək üçün zənnimcə aşağıdakı suallara aydınlıq gətirməyə çalışmalıyıq: I.Güney Azərbaycana bayraq təklifi nədən qaynaqlanır? II. Milli bayraq nece yaranır? III. Bu şəraitdə milli bayraq qəbulu mümkündürmü və təklif edilən rəmzlərdən hansınısa ümummilli bayraq kimi qəbul etmək mümkündürmü? IV. Milli hərəkatı bayraqdan qeyri şeylər də simvollaşdıra bilərmi?
I.Güney Azərbaycana bayraq mübahisələri nədən qaynaqlanır?
Güney Azərbaycanda milli oyanışın yeni dirçəlişi baylayan zamanlarda (1990-cı illərin ortaları) bu herəkatda olan bəzi insanlar Güney Azərbaycan üçün fərqli simvollar axtarışına çıxdılar. Bu axtarış bir sıra səsblərdən qaynaqlanırdı: 1. Elçibəy hakimiyyətinin və daha sonra isə onun siyasi xəttinin məğlubiyyətindən sonra bütöv Azərbaycan ideyasının cazibədarlığına da zərbə dəydi. Bu həm o mənada idi ki, bu ideyaya ümid azalmışdı, həm də ona görə idi ki, bu ideya yenicə müstəqil dövlət olan Azərbaycan Respublikasına əlavə problemlər doğura bilərdi (hətta hökumət səviyyəsində dəstəklənmədiyi halda belə). Digər tərəfdən, keçmiş sovet ideologiyasının yetirmələri olan HeydərƏliyevçi hakimiyyət canubla bağlı hər-hansı fikiri belə eşitmək istəmir[1].
Bayraqla bağlı fikirlərin yaranmasının səbəblərindən biri də heç şübhəsiz, hərəkatın zəif inkişafı idi. İran təbliğatı altında əzilmiş olan güneylilərin çoxu hərəkatçılara Azərbaycan Respublikasının casusu kimi baxırdılar. (Eyni zamanda, Güney əhalisinin bir qismi hələ də Şimali Azərbaycanı İrandan zorla qoparılmış ərazi, ruslaşdırılmış və xristianlaşdırılmış ərazi kimi təsəvvür edir). Nəticədə Azərbaycan Respublikasının bayrağı ilə Güney uğrunda mübarizəyə həm xaricdən, həm də daxildən təzyiqlər olurdu.
Bütün bu faktorlar tədricən Güney Azərbaycan fəalları arasında özlərinin bayraqlarının olmasının vacibliyinə dair fikir formalaşdırırdı. Onlara elə düşünürdülər ki, Güney Azərbaycanın öz rəmzi kimi təqdim ediləcək bayraq daha asan qəbul ediləcək və bununla mübarizə asanlaşacaq, həm də kütləviləşəcək. Amma zənnimcə, bu nəticə problemləri dərindən analiz etməmədən doğmuşdu.
Beləliklə də bayraq yarışı başladı və ətrafında üç-beş adam olan da, olmayan da, savadli da savadsız da bayraq düzəltməyə girişdi. Bu arada GAMOH adlanan təşkilat daha qabağa gedərək öz bayrağını hər yerdə Güney Azərbaycanın milli bayrağı (və deməli, özünü də Güneyin yeganə qanuni təmsilçisi) kimi təqdim etməyə başladı ki, bu da məsələni daha da qəlizləşdidi. GAMOH Sovet KQB-si və İran ETTELAT-ından əxz etdiyi bir prinsiplə onun bayrağını qəbul etməyənlərin üzərinə hücuma da başladı GAMOH, onun lideri və bayrağını qəbul etməyib qarşı çıxan hər kəs xəyanətkardır prinsipi bu təşkilatin fəaliyyətində rəhbər faktora çevrildi. Nəticədə güney təşkilatları arasında mübarizə daha da qızışmış oldu və çox vaxt bu daxili mübarizə düşməni də, o düşmənin əzdiyi Azərbaycan və Azərbaycanlıları da yaddan çıxarır.
Amma doğrudanmı GAMOH-un bayrağı Güney Azərbaycanın milli bayrağıdır (və ya hesab edilməlidir)? Doğrudanmı təklif edilən bayraqlardan hər hansı biri bu gün milli bayraq hesab edilə bilər və ya bu cür qəbul edilə bilər? Bu suallara cavab tapa bilmək üçün ilk növbədə Milli bayraq necə yaranır? sualına cavab tapmalıyıq.
II. Milli bayraq necə yaranır?
Bu gün dünyada hər bir dövlətin müəyyən rəmzləri vardır və bunlardan ən mühümü bayraqdır. Dövlətlərin bayraqları cox vaxt onların parlamentləri və ya digər səlahiyyətli orqanları, bəzən isə hətta referndum yolu ilə müəyyən edilmişdir.
Eyni zamanda, regionların, şəhərlərin və s. də bayrağı ola bilər və bunların da müəyyən edilməsi demək olar ki, yuxarıda təsvir edilənlərlə eynidir.
Amma bu da bir faktdır ki, bir xalqın (xüsusən də qeyri-müstəqil və ya azadlığı uğrunda mübarizə aparan) da bayrağı ola bilər. Bəs bu bayraqlar necə meydana çıxır?
Bəzi qeyri müstəqil xalqlar (xüsusən Avropada) müəyyən muxtariyyata malikdirlər və müxtar qurumların müəyyən etdikləri bayraqlar milli rəmzlərə çevrilmişdir.
Asılı (və ya sadəcə qeyri-müstəqil) xalqların bayraqları daha çox onların tarixinin müstəqillik dövrünün məhsuludur məsələn, uyğurların (Şərqi Türküstan dövləti), Tibetin və s. bayrağı belə yaranıb.
Bəzi xalqların bayraqları kimi qəbul edilən bayraqlar əslində onların azadlığı uğrunda mübarizə aparmış ən mühüm təşkilatın bayrağı olub. Belə hallar azdır, amma vardır (Məsələn, elə Fələstinin bayrağı əslində FAT-ın bayrağıdır. Amma Fələstinin digər təşkilatları (o cümlədən HƏMƏS) öz bayrağına malikdir və tədbirlərində daha çox onu daşıyır)
Amma qeyri müstəqil xalqların çoxunun ümumi qəbul edilmiş milli bayrağı yoxdur.
Göründüyü kimi, belə ümumiləşdirmək olar ki, qeyri-müstəqil xalqların ümumi bayraq kimi qəbul etdikləri bir rəmz olursa, bu ya onların tarixinin müstəqillik dövrünün məhsuludur, ya onların muxtar qurumlarının müəyyən etdiyidir, ya da sadəcə tarixi proseslərin məhsuludur.
Azərbaycanlılar İslamdan sonrakı dövrün əksər vaxtlarında orta Şərqdə hakimiyyətdə olmuşlar. Onların hər hakimiyyətinin də öz bayrağı olmuşdur. Eyni zamanda bir çox böyük tayfa birlikləri də bayraqlara malik olmuşlar. Bundan başqa, Güney Azərbaycanda 20-ci əsrdə iki dəfə müstəqillik cəhdi olmuş, qısa müddətli faktik müstəqillik yaşanmışdır.
Amma bu gün Güney Azərbaycan üçün onun tarixində yer almış dövlətlərin bayraqlarının və ya müxtəlif müstəqillik dövrünün bayraqlarının milli bayraq kimi qəbul edilməsində bir sıra problemlər vardır.
Birinci problem budur ki, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri istisna olmaqla, demək olar ki, heç bir dövlətin bayrağı milli sayıla biləcək rəmzlərə malik olmamışdır. Bu iki dövlətin bayraqları (Ağqoyunlularda yalnız ilk vaxtlar) mavi rəgdə olub üzərində qoç şəkilləri vardı[2]. Amma bu gün bu rəmzləri bayraq kimi qəbul etməyi məncə heç düşünən də yoxdur.
Səfəvilərin qurduqları Qızılbaş Məmləkəti dövlətinin ilk illərini (1501-1537-ci illəri) Azərbaycan tarixinin qızıl dövrü hesab etmək olar. Bu dövrdə dövlət tam bir milli dövlət idi (Öz dövrü baxımından). Şah İsmayıl Türk xalqlarına məxsus bir ənənə ilə Qurultayla (Ərzincan qrultayı) rəhbər təyin olunmuşdu (baxmayaraq ki, onun şəcərəsi və ruhani rütbəsi bunu onunçün onsuz da təmin edirdi). Bu Qurultayda Azərbaycanın demək olar ki, bütün əsas tayfa rəhbərləti iştirak etmişdilər. Xətainin hakimiyyəti və ondan sonra Təhmasibin hakimiyyətinin ilk dövrləri Azərbaycan dili, mədəniyyəti, musiqisi obalara sıxışdırılmaqdan qurtuldu və hətta tarixində ilk dəfə öz böyük şəhərlərində haklim oldu. Azərbaycan dili və mədəniyyəti hakim dil və mədəniyyətə çevrildi, qısa dövrdə çox böyük yüksəliş yaşamış oldu. Dövlətin ideologiyasi din üzərində qurulmuşdu Şiə məzhəbinin Qızılbaşlıq təriqətinə əsaslanırdı. Qızılbaçlığın əsas elementləri Azərbaycan mədəni elementləri, türk ənənələri ilə zənginləşdirilmişdi. Onun əsas fiqurları ərəbcə dualar oxuyan mollalardan çox, Azərbaycan dilində şer və musiqilər yaradaraq söyləyən aşıq-pirlər idi[3].
Amma bütün bu üstünlüklərinə baxmayaraq Qızılbaş Məmləkətinin bayrağını milli bayraq hesab edə bilmərik. O yaşıl rəng və günəşin döğması fonundakı şirdən ibarət idi. Birinci İslamın rəmzidir, ikincini isə farslar rəmzləşdiriblər və bu artıq onların tarixi ilə bağlaşıb.
Nadirin bayrağı və Qacarların bayraqları ilə bağlı da eyni şeyi deyə bilərik[4].
Şeyx Məhəmməd Xiyabani Güney Azərbaycanın ayrıca müstəqil dövlət olması uğrunda mübarizə aparmırdı. O, qeyrətli bir şəxs idi və Azərbaycan dilində məktəblər görmək istəyirdi. Amma o, öz dövründə Şimali Azərbaycanda fəaliyyət göstərən bir çox ziyalıdan fərqli olaraq millətçi deyildi. O, İranın bütövlüyü istəyirdi və müvafiq olaraq, onun bayrağı İran bayrağından ciddi fərqli deyildi və milli əlamətlər daşımırdı.
Azərbaycan Tarixinin nəhəng şəxsiyyətlərindən biri olan S. C. Pişəvərinin lideri olduğu 1945-46-cı illər hökumətinin bayrağı da milli rəmzlərdən təşkil edilməmişdi və İran bayrağı üzərinə sosialist rəmzlərinin artırılmasından ibarət idi[5].
Şimali Azərbaycanda mövcud olmuş Azərbaycan Xalq Cümhiriyyəti (1918-1920) tam mənası ilə milli bir dövlət idi. Onun bayrağı[6] da milli rəmzlərdən təşkil edilmişdi Turk köklərinə bağlılıq (Mavi və ya göy), İslam dininə mənsubluq (yaşıl) və inkişaf istəyi (qırmızı) bu bayrağın rəmzləridir[7].
Şimali Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu bayraq Azərbaycan Respublikasının bayrağına çevrilmişdir ki, bu da bayrağın Güneydəki hərəkatın bayrağına çevrilməsi yolunda yuxarıda qeyd edilən maneələri yaratmışdır.
Göründüyü kimi, Azərbaycanın tarixində mövcud olmuş bayraqların bəzisi milli bayraq ola bilməz, bəzisi heç yada düşmür, Respublika bayrağı ilə bağlı problemi də qeyd etdik.
III İndiki şəraitdə hamı tərəfindən qəbul edilə biləcək bayraq qəbulu mümkündürmü?
İndi Güney Azərbaycan məsələsi ətrafında bir sıra təşkilatlar yaranmışdır. Maraqlıdır ki, onların əksəriyyəti xarıcdə yaranmasına baxmayaraq, hər biri Güney Azərbaycanda daha çox dayağa malik olduğunu, onun Güney adından danışmaq hüququnun hamıdan daha artıq olduğunu idiia edir. Eyni zamanda bu təşkilatlar nəinki öz aralarında birlik və ya koordinasiyaya malik deyillər, əksinə onlar arasında rəqabət və hətta düşmənçilik höhm sürür. Bu baxımdan da onların ümumi bir fikrə gəlməsi mümkün deyildir.
Bu rəqabət şəraitində ümumi qəbul ediləcək bayraq nümuməsinin qəbulu nəinki mümkün deyildir, əksinə, buna cəhdlər birləşdirmədən çox bölməyə xidmət edir.
Bu rəqabət şəraitində təşkilatlar öz adlarından irəli sürdükləri təklifləri bəzən ümummilli adlandırırlar ki, bu da qısqanclıqdan və s. əks effekt doğuraraq düşmənçılıyı və təşkilatlararası mübarizəni qızışdırır. Belə olan halda, bu təşkilatların ümummilli mənafe xatirinə edə biləcəkləri ən ağıllı iş öz təkliflərinə ümummilli don geydirməmək ola bilərdi. Amma təəssüf ki, bu nəinki edilmir, əksinə...
Bu sahədə ən aktiv isə özündən başqa heç kəsi tanımaq və qəbul etmək istəməyən Mahmudəli Çöhrəqanlı[8] və onun rəhbərlik etdiyi GAMOH təşkilatıdır. Cənab Çöhrəqanlı həmişə bunu iddia edir ki, milli hərəkatı o doğurmuşdur və s. Onun tərəfdarları onu ümummilli lider adlandırmaqdan da çəninmirlər[9].
Cənab Çöhrəqanlı və onun təşkilatı həmişə Güney Azərbaycandakı milli hərəkatı öz adlarına çıxmaqda israrlı olmuşlar. Bu israrını sürdürə bilmək üçün o, bir bayraq forması düzəltmiş və onu Güney Azərbaycanın ümummilli bayrağı elan etmişdir. Halbuki, onun təşkilatından kənarda olan demək olar ki, bütün təşkilatlar buna etiraz edirlər.
Bir az da bu bayrağa nəzər salaq. Əslində onun rəngləri Azərbaycan Respublikasının bayrağının rəngləri ilə eynidir, amma fərqli nisbətlə. Amma sadəcə müəyyən rəngləri bir yerə yığmaqla milli bayraq yaratmaq mümkündürmü?
Dünyanın bir çox xalqlarının bayraqlarında Azərbaycan Respublikasının bayrağında olan rənglər vardır. Elə bayraq vardır ki, bu rənglərin üçü də orada vardır. Amma başqa düzülüşlə, başqa konfiqurasiya ilə. Yəni, sadəcə rəngləri bir yerə yığmaq Azərbaycan xalqını ifadə edə, simvollaşdıra bilməz. Azərbaycan Respublikasının bayrağı bilavasitə bizim tariximız, köklərimiz, mədəniyyətimiz və taleyimizlə bağlıdır. Bu bayraqda tarix və taleyimizin elementlərinin mütənasibliyi qorunmuşdur. Ona görə o milli bayraq ola bilmişdir[10]. Amma Cənab Çöhrəqanlının və onun təşkilatının israr və qəzəblə hamıya qəbul etdirmək istədiyi bayraqda rəng yığını olsa da onların məntiqi proporsiyası yoxdur, o milli ruhu simvollaşdırmır və eyni zamanda bir ideoloji yükə də malik deyildir və buna görə də təbii etirazla qarşılanır.
Eyni şeyləri digərlərinin biçdikləri bayraqlar haqqında da demək lazım gəlir. Çöhrəqanlı qədər despotik düçüncəli olan Saleh İldırımın, digərlərinin və ya Seyfəddin Altaylının təklif etdikləri formalarda müəyyən məntiq, gözə xoş gəlmə və s. ola da bilər. Amma illah da bu Güney Azərbaycanın bayrağıdır deyib dayanmaq, hamının onu qəbul etmək istəməsini tələb etmək yanlışdır. Qoy bu sizin təşkilatlarınızın və hərəkatlarınızın bayraqları olsun. Tərəfdarlarınız tədbirlərə, mitinqlərə bu bayraqlarla gəlsinlər. Çoxlu bayraq qaldırılması milləti qətiyyən parçalamaz. Milləti parçalayacaq şey bayraqların fərqliliyi deyil, hədəflərin fərqliliyidir.
Bundan başqa, milli mübarizədə olduğunu ifadə etməyin yeganə vasitəsi hansısa bayrağı qaldırmaq deyildir. Mili varlığı üçün düşündüyünü izhar etməyin başqa yolları, bunu simvollaşdırmağın başqa üsulları da vardır.
IV Milli hərəkatı bayraqdan başqa şeylər simvollaşdıra bilərmi?
Azərbaycan Respublikasının bayrağı 1918-ci ildə meydana çıxıb. Amma buna qədər də bu xalq vardı və onu xarakterizə edən elementlər vardı.
Hər bir millət üçün xarakterikdir ki, onun bayrağı olana qədər onun mədəniyyəti, həyat tərzi, folkloru, mübarizəsini və s. simvollaşdıran müəyyən elementlər meydana çıxır. Əgər bayraq daha çox düşünülmuş bir elementdirsə, yəni necə deyərlər, qondarma (yaratma) elementdirsə, bəhs etdiyimiz simvollar əksinə, tarixi proseslərin təbii məhsuludur və onlar yaddaşlarda daha ciddi təsirə malik olur, daha güclü ruhi əhəmiyyətə malik olur. Təsadüfi deyildir ki, demək olar ki, bütün xalqlarda millətçi insanlar, hərəkatlar simvol axtararkən məhz öz xalqlarının bu tarixi somvollarına müraciət edirlər.
Bu tarixi simvollar müəyyən işarələr, totemlər, obrazlar (heyvan və s. obrazları) ola bilər. Xüsusən, heyvan obrazları (totemlər) sivmolizmdə geniş yayılmışdır. Məsələn, Albanlar qartalı, Fransızlar xoruzu, Ruslar ayını və s. simvollaşdırmışlar. Azərbaycanlıların totem simvolu barədə fikirlərimi yuxarıda bildirdim. Lakin 20-ci əsrin əvvəlində Türkiyədə Ərkənəqon əfsanəsinin milli hərəkatın ideoloji əsasına keçməsindən sonra Boz qurd obrazı Azərbaycanda da elə məhşurlaşıb ki, təəssüf ki, soydaşlarımızın çoxu onu ümumən türklüyün və bununla həm də Azərbaycan Milli Hərəkatının simvolu kimi görürlər[11].
Eyni zamanda müəyyən tarixi hadisələr sonralar müəyyən mübarizələrin simvoluna çevrilir məsələn, Macarıstanda Belqrad payızı və ya Azərbaycanda 20 yanvar və ya Babək hərəkatının simvollaşması kimi. Mübarizənin tərəfdarları həmin tarixi hadisənin ildönümlərini qeyd etməklə o mübarizədə olduqlarını ifadə etmiş olurlar.
Müəyyən tarixi şəxsiyyətlərin simvollaşdırılması təcrübəsi də məlumdur. Məsələn, Çe Gevara Latın Amerikası ölkələrində inqilabların və azadlığın rəmzinə çevrilib. Güney Azərbaycanda da Babək və Səttərxanın əksləri, eləcə də Koroğlu əksi eyni rolu azadlıq mübarizəsinin rəmzi olmaq rulunu oynaya bilər. Bundan başqa, Dədə Qorqud əksi hərəkatın simvolikalarından biri ola bilər.
Həmçinin milli mübarizələr üçün xarakterik olan hallardan biri də milli qrupun xarakterik geyiminin simvollaşdırılmasıdır. Məsələn, İspaniyadakı Bask hərəkatının somvolu onlar üçün xarakterik olan formada geyinmiş üç kişi fiqurudur. Həmçinin vaxtilə Hollandiyada milli mübarizə dövrünün kəndli geyimi və ya Çexiyada Qusçuların geyimi simvol hesab edilib. Bu mənada Azərbaycanda problemlər vardır. Son bir neçə əsrdə vahid hesab ediləcək milli forma olmayıb. Bu mənada bəlkə də uğurlu hesab edilə biləcək variant Qızılbaş geyiminin yenidən bərpa edilməsi ola bilər. Etiraf etmək lazımdır ki, Qızılbaş baş geyimi dini məna ilə yaradılsa da əslində Azərbaycanın türk (türkmən) tayfalarının hakimiyyəti ələ alması və öz mədəniyyətlərini hakim etməsinin də simvoludur. Təsadüfi deyildir ki, Səfəvi dövlətinin farslaşması 1537-ci ildə Təhmasib tərəfindən Qızılbaşların saraydakı rolunun sındırılmasından sonra başlamış, Şah Abbasın onları hakimiyyətdən tam uzaqlaşdırması ilə başa çatmışdı. Bu gün Qızılbaş baş geyimini eyni cür bərpa etmək yox, ona işarə olaraq 12 qırmızı zolaqlı baş geyimləri qoyaraq İrandakı rejimə etiraz ifadə etmək olar.
Milli varlığın qorunması yolunda atılan ən sadə addımlardan biri də yeni doğulan uşaqlara milli adların qoyulması və eləcə də fars mənşəli soyad formalarından (pur, i, vi, ian, zada) imina edərək milli soyad formaları qəbul etməkdir (mənsub olduğu ailənin (nəslin), ya da babanın adına lı, li, lu, lü eləcə də lar, lər çəkilçilərindən birini artırmaqla (məsələn, Həsənli, Əzimli, Dümbüllü, Zülqədərli, Baharlı, Qaragözlü, Əlilər və s kimi) (əslində nəsil adlarının çoxu onsuz da li4 ilə bitir.), və ya sadəcə ailə (nəsil, tayfa) adını soyad kimi qəbul etməklə (məsələn, Afşar, və s.))
Yekun olaraq bir daha o fikrə qayıtmaq istəyirəm ki, xaricdə oturub qrultaylar, paltaq yığıncaqları keçirməklə, bayraqlar biçməklə, bəyanatlar verməklə Güney Azərbaycanın dərdlərinə dərman olmaq mümkün deyildir. Bir daha bəyanat verən və bayraq biçən cənablara xatırlatmaq istərdim ki, azadlıq mubarizənin, qan və qurbanların məhsuludur, bəyanatların yox. Elə hər biriniz deyirsiniz ki, içəridə minlərlə tərəfdarınız var. Elə isə buyurun, o tərəfdarlar bir özlərini göstərsinlər. Rejimin də gözünün qorxudulması və əhalinin qorxu xofunun azaldılması üçün rejimin qaniçən xəfiyyələrinin heç olmazsa bir neçə nəfər azaldılması lazımdır. Rejimin qorxu aparatı olan ETTELAT-ın demirəm Tehrandakı, heç olmazsa Təbrizdəki binasının külünün havaya sovrulması və o partlayışın səsiylə həm də Azərbaycanlıların artıq zülmdən cana doyduqlarını bəyan etmək vaxtıdır. Rejimin Güney Azərbaycanı idarə gücünü sarsıtmaq lazımdır. Bu meydanda yarışa girin, bayraq qondarmaqda yox.
F. [1] Əksinə, Bakı hakimiyyəti belə söz-söhbətlərin İranı qızışdıracagından ehtiyat edir. Baxmayaraq ki, İran rəsmi və qeyri rəsmi səviyyədə Azərbaycan üzərinə hücumlardan çəkinmir. Hətta İranda elə ideoloji mühit yaradılıb ki, bir iranlının İrana məhəbbəti Azərbaycan Respublikasına nifrətlə qoşadır. Həttə güney Azərbaycanlı olan bir şəxs belə, əgər irançıdırsa, Iranı sevirsə, bununla yanaşı həm də Azərbaycan Respublikasını qısqanır, çox vaxt isə ona nifrətlə baxır, onun yox olmasını, iranın tərkibinə qatılmasını və s. Istəyir. [2] Mavi rəngin türk xalqlarının ümumi rəmzi hesab edilməsini hamı bilir. Eyni zamanda, mənə elə gəlir ki, Azərbaycan xalqının fərdi rəmzı məhz qoç başıdır (və ya qoçdur). Bunu bir sıra faktorlar da təsdiq edir- Azərbaycanın cənubundan şimalına hər yerdə kiçikli-böyüklü qoç heykəlləri ən çox rast gəlinən fiqurdur (at fiquru ilə birlikdə). Oğuzlarda da qoç və at kəllələri (başı) bərəkət, cəsarət, igidlik rəmzidir. Bölgələrimizdə indi də evlərin, həyətlərin girişindən qoç buynuzu və ya at başı asanlar vardır. Biz igidlərimizə at ağızlı da desək də onları ən çox QOÇ yarlığı ilə öymüşük (məslən, Qoç Koroğu). Dilimizdə igid sözünün ən sadə sinonimi QOÇaqdır. Kimisə ürəkləndirəndə də Ha, qoçum və ya vur, Qoçum deyərik. Nağıllarımızda xeyir və şərin rəmzi belə qoçdur (Məlikməmməd nağılı) və s. (O cümlədən, boz qurdun Azərbaycan xalqının simvolu olması fikri də yanlışdır. Folklorumuzda və s. bircə nümumə göstərə bilməzsiniz ki, qurd tərif edilir. Əksinə, qurd folklorumuzda mənfi obrazdır). [3] Azərbaycan tarixi və mədəniyyətini başa düşməyən bəziləri bu gün də aşıq mədəniyyətinə yuxarıdan aşağı baxır və onların münasibəti Azərbaycan dili və mədəniyyətini çoban dili və mədəniyyəti hesab etmiş düşmənlərlə eyniləşir. Halbuki, Aşıq mədəniyyəyi Azərbaycan dilinin qorunmasında, zənginləşməsində tariximizin əksər hissəsində ən mühüm rola sahib olmuşdur. Azərbaycan dili tarixinin böyük hissəsində hakim dil, idarəçilik və təhsil dili olmamışdır. Əksinə, sıxışdırılmışdır. Saraylarda və şəhərlərdə yaşayan ziyalıların əksəriyyətinin (uzun müddət hamısının) fars və ərəb dillərində yazması da yad dillərə verilən üstünlüyün və onlara meylin göstəricisi idi. Dilimiz məhz aşıqların, aşıq musiqisinin o zamankı cazibəsi sayəsində qorunmuş, inkişaf etmişdir. (Məsələn, erməni və gürcülərdə bu işi kilsə həyata keçirirdi). Bundan başqa, aşıq ədəbiyyatı sayəsində ölkəmizin ayrı-ayrı yerlərində ləhcə fərqləri dərinləşməmişdir (halbuki, vahid dövləti olmayan bütün xalqlar üçün bu xarakterikdir ləhcə fərqləri o qədər dərinləşir ki, onlar arasında başadüşülməzlik yaranır məsələn, kürdlər (soranju, kurmanju və s.), Ukrayinlər (Podilyan, Volinyan, Slobodan və s.), Almanlar (Bavarya və s.) və s. kimi). Aşıq musiqisi və ədəbiyyatının cazıbəsi o qədər böyük olmuşdur ki, dilimizi nəinki özümüzə sevdirib qorumuş, hətta başqalarına da aşılamışdır ermənilər belə Azərbaycan dilində şerlər yazmışlar (erməni aşıqları Sayat Nova, aşıq Aves və s.). Aşıq ədəbiyyatının məhəbbət mövzulu dastan və şerləri innsanlarımıza, xüsusən də gənclərə dilimizi sevdirmiş, qəhrəmanlıq dastan və şerləri isə onları hakim xalqlar qarşısında mənəvi əzilməkdən xilas etmişdir. [4] Üstəlik, Qacar hakimiyyəti Azərbaycan mənşəli olsa da Azərbaycan mədəniyyətinə yad baxırdı və İrançılıq ruhu ilə həddən artıq çox yüklənmişdi. Bu mənada bəzi güneyli qardaşlarımızın Azərbaycanın neçə-neçə şəhər və kəndlərini işğal etmiş, Qacarların İrançı hakimiyyətinin Azərbaycandakı işğalçı komandanı olan Abbas Mirzəni ilahiləşdirməyə, əzizləmə çalışması təəssüf doğurur. [5] Etiraf etmək lazımdır ki, Pişəvəri öz millətini və onun dilini nə qədər sevsə də İran bütövlüyü tərəfdarı olaraq qalırdı. M. Bağırovun və Qılman İlkinin təkidlərinə baxmayaraq, o, Güney Azərbaycanın müstəqilliyinə tərəfdar deyildi. [6] Bayraq dekabr 1918-ci ildə Fətəlixan Xoyskinin təklifi ilə parlament tərəfindən təsdiq edilib. [7] Çox vaxt həmvətənlərimiz M. Ə. Rəsulzadəni Azərbaycan Xalq Cumhiriyyətinin rəhbəri, hətta onun qurucusu adlandırırlar. Halbuki, M. Ə. Rəsulzadə sadəcə olaraq parlament üzvü olmuşdur. O, cümhiriyyətin qurucuları sırasında idi, lakin onların rəhbəri deyildi. Eyni zamanda onun mənsub olduğu Müsavat partiyası ilk vaxtlar müstəqilliyin əleyhinə olmuşdur. O, hökumət və ya parlament rəhbəri də olmamışdır. Rəsulzadənin əsas rolu Cumhiriyyətin işğalından sonra başlanmış, o, xaricdəki mühacirət hərəkatının rəhbəri olmuşdur. [8] Mahmudəli Çöhrəqanlı məhdud dünyagörüşlü, despotik düşüncə tərzli tipik iranlıdır. Onun hərəkətlərinin çoxu imitasiya və təqliddir. Onun despotik və məhdud dünya görüşü ona yalnız despotik nümunələri təqlid üçün seçməyə imkan verir. Üstəlik onun ifasında bu despotik nümunələr daha da kobudlaşır. [9] Maşallah, biz ümummilli lider sarıdan bol millətik. Şimali Azərbaycanda Heydər Əliyev ümummilli liderdir tariximiz ondan başlayır, dövlətin qurucusu, xalqın yaradıcısı Odur. Güneydə də ində M. Çöhrəqanlı üçün eyni təriflər başlayıb. Amma nə işdirsə bu cür böyük milli liderləri olan bu yazıq millətin yarısı yesir, yarısı da əsirdir. [10] Məhz buna görə də mən Güney Azərbaycan təşkilatlarının özlərinə bayraq biçərkən rənglərin bu mütənasibliyini saxlamalarının tərəfdarıyam. Edilə biləcək deyişiklik isə bəlkədə rənglərin simvollaşdırdığı elementlərin məntiqi ardıcıllığını möhkəmləndirmək üçün yaşıl və qırmızı zolaqların yerinin deyişdirilməsi yaşılın ortaya keçirilməsi olardı. Bu zaman təm məntiqi ardıcıllıq daha möhkəm olar (Türk kökü, İslam mədəniyyəyi, Müasirlik), həm də faktik olaraq Azərbaycan Respublikasının dövlət bayrağından fərli bir bayraq meydana gələrdi. [11] Etiraf edim ki, mən Boz qurd obrazinin Azərbaycanlılar üçün qəbuledilməzliyinin tərəfdarıyam.
|
|
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است |