"Ermənistan gözəli"nin atası azərbaycanlıdır

 

"Miss World-2005" yarışında Ermənistanı təmsil edəsi qızla bağlı qalmaqal yaranıb...
İrəvan Xarici Dillər İnstitutunun sonuncu kurs tələbəsi, 22 yaşlı Anuş Qriqoryan Ermənistanda xeyli məşhur adamdır. Bu qız əvvəlcə "Miss Ermənistan" gözəllik müsabiqəsində birinci yeri tutub, sonra da "Miss Tourism" və "Miss Globe" müsabiqələrində müvafiq olaraq ikinci və üçüncü yerlərə yiyələnib.
İstanbulda keçirilən "Best World Model" müsabiqəsində isə 0, 92 ölkədən gəlmiş 180 qızı qabaqlayaraq "Miss Photo" titulunu almışdı.
İndisə onun başı qalmaqaldadır.
Belə ki, Anuş Qriqoryanın son günlərədək "hami"si olan Artaşes Tumanyan onu elitar Ağveran qəsəbəsindəki dəbdəbəli döyüb. "168 Jam" qəzetinin yazdığına görə, Ermənistan Prezidenti Aparatının rəhbəri Tumanyanın qəzəbinin səbəbi isə Qriqoryanın atasının azərbaycanlı olmasının aşkarlanmasıdır.
Qəzet bildirir ki, "Ermənistan gözəli"nin atasının "türk" olmasını üzə çıxaran nəqliyyat və rabitə nazirinin müavini Hay Çşmarityan olub.
Çşmarityan İrəvanın "Qələbə" meydanında "Golden Palas" adlı beşulduzlu hoteli tikdirmək fikrinə düşəndə, Tumanyan ona yardım edibmiş. Hotel bu günlərdə istifadəyə veriləndə isə Tumanyan "gördüyü işlər"in ödənməsini istəyib və tələb də Çşmariyatın təbdən çıxarıb. "Araqosan" restoranında yaşanan bu olay zamanı nazir müavini aparat rəhbərinə qışqırıb: "Sən nə kişisən ki, azərbaycanlının qızını bəsləyirsən? O Anuşun atası azərbaycanlıdır. Sən də düşmənin törəməsini Ermənistanın az qala milli qəhrəmaına çeviribsən..."
İrəvanda çıxan "Ambion" ("Tribuna") qəzetinin yazdığına görə, Çşmarityan ertəsi gün məşuqəsi Anuş Qriqoryanla bağlı araşdırılmalar aparılması barədə daxili işlər və milli təhlükəsizlik nazirliklərinə məxfi göstərişlər verib.
Məlum olub ki, A.Qriqoryanın atası gerçəkdlən də, azərabycanlıymış: Nadir Salamov adlı şəxs A.Qriqoryanın anası Sveta ilə Moskvada tanış olub və 1 il davam edən bu "tanışlıq" nəticəsində Anuş doğulub. Qız 6 aylığında olarkən Sveta Mnasakanyan İrəvana dönüb və Aleksandr Qriqoryan adlı birisinə ərə gedib.
Tumanyan da bu məlumatları alandan sonra illərdən bəri "hami"lik etdiyi Ermənistan gözəlinin yanına gedib, sərxoş vəziyyətdə onu döyüb.
"Gözəlçə"nin döyülməsinin bir səbəbi də onun Ermənistan prezidentinin böyük oğlu ilə "Play City" kazinosunda vaxt keçirməsiymiş.
Anuş Qriqoryan "Miss World" gözəllik müsabiqəsində Ermənistanı təmsil etməyə hazırlaşır.

Həsən AĞACAN / Express.az


 

 

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
 استفاده از مطالب با ذکر منبع بلامانع است
www.durna.info | eldeniz@yahoo.com