|
Azərbaycan
milli hökumətinin başçısı S.C.Pişəvəri və müqəddəratını tə`yinetmə prinsipi
1946-cı il yanvarın 28- də
Cənubi Azərbaycan Milli Hökumətinin banisi S.C.Pişəvəri müqəddəratını
prinsipinə əsaslanıb BMT Baş Assambleyasına müraciət etmişdir. O vaxtan bəri
ölkə daxilində 57 il keçməsinə baxmayaraq şovinisti siyasət Azərbaycan
türklərinə münasibətini dəyişməmişdir. 1942-ci ildə Atlantik okeanında
İngiltərənin baş naziri Çerçil və ABŞ-ın prezidenti Ruzvelt görüşüb və dünya
siyasətinin yeni istiqaməti haqqında bir sıra müzakirələr aparmışlar.
Onlardan birisi də milli müqəddəratını tə`yinetmə hüququnun tanınmasıdır. Bu
prinsipə əsasən hər millət bu hüquqdan istifadə edərək öz dövlətini qura
bilər.
BMT yaranandan sonra
Atlantik Xartiyası olduğu kimi BMT-nin nizamnaməsinə daxil olur.
Milli Hökunmətin başçısı
S.C.Pişəvəri beynəlxalq münasibətlər prinsipləri çərçivəsində geniş
diplomatik manevra etmə qabiliyyətindən istifadə edib BMT-yə müraciət
etmişdir. Bu müraciət düzgün siyasi – hüquqi hərəkət olduğundan, bu gün də
öz əhəmiyyətini qoruyub saxlamışdır. Buna əsaslanaraq BMT-yə göndərilən
məktubun surətini olduğu kimi dərc etdiririk:
“Dünyanın
ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün zəngin milli tarixinə
malikdir. Əsrlərin keşməkeşində o, öz milli dilini, adət və ən`ənələrini
qoruyub saxlamışdır. Bu xalq yadelli işğalçılara qarşı əsrlər boyu mübarizə
aparmış, azadlıq və müstəqillik yollunda minlərlə qəhrəman övladını qurban
vermişdir. İran zülmkarları Azərbaycanı öz hakimiyyətləri altına alaraq,
onun sərvətlərini taladılar. Nəticədə Azərbaycanın çiçəklənən kənd və
şəhərləri dağılmaq həddinə gəlib çatdı.
Şovinist,
böyük dövlətçilik siyasəti yürüdən İran hökmdarları azərbaycanlıların
mövcudluğunu tamamilə inkar etməyə cəhd göstərir, onların dilini əlindən
almaqdan, hər cür təhqir edici hərəkətlərdən çəkinmirdi.
Buna
baxmayaraq Azərbaycan xalqı bir gün də olsun, öz azadlığı uğrunda mübarizəni
dayandırmamışdır. Azərbaycanlıların öz azadlıqları uğrunda mübarizəsinin ən
parlaq nümunələri Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani və
başqalarının rəhbərlik etdikləri hərəkatlardır. Bu cəsur insanlar
mübarizənin başçıları, həm də şəhidləri idi.
Qanlı faşizm
üzərində qələbə Azərbaycan xalqının mübarizəsinə yeni təkan verdi, yeni
şərait yaratdı. Tehran hökumətinin müqavimətinə baxmayaraq, bu ilin 21
Azərində ( 12 dekabr ) Azərbaycan xalqının əsrlərdən bəri apardığı mübarizə
başa çatdı. Atlantik Xartiyasına uyğun olaraq Milli Məclisin, Azərbaycan
Milli Hökumətinin qurulması ilə nəticələndi.
Azərbaycanda
demokratik əsaslara dayanan bir Milli Hökumət qurulub və öz fəaliyyəti barədə
bütün dünyaya mə`lumat yayıb.
5 milyonluq
Azərbaycan xalqı milli dilinin, tarixinin, mədəniyyətinin köməyi ilə özünün
müasir bir xalq olduğunu dərk etdi və bir də heç vaxt fars zülmünün altında
inləməyə, fars dilinin İrandakı başqa xalqların dilləri üzərində ağalığına
razı olamayacaq.
Bu xalq bir
nəfər kimi öz həyatını milli azadlığına və dövlətinə qurban verməyə hazırdır.
Yeni,
demokratik Azərbaycan hökuməti qısa vaxt ərzində ictimai, iqtisadi, mədəni
sahələrdə ciddi bilib, daxili təhlükəsizlik tam bərqərar olunub.
Yeni Milli
Hökumətin fəaliyyəti sayəsində əsrlərlə istismar olunan xalq adi insan
şəraitində yaşamağa başlayıb. Bununla da öz milli dövlətini qurmağa, onu
idarə etməyə qadir olduğunu göstərir.
Azərbaycan
xalqının iradəsi ilə Atlantik Xartiyasını, yə`ni böyük demokratik
dövlətlərin vədlərinə uyğun olaraq qurulan Azərbaycan Milli Hökuməti artıq
danılmaz faktdır.
BMT Baş
Assambleyasına müraciəti ilə Azərbaycan xalqı xahiş edir ki, Azərbaycan
Milli Hökumətinin mövcudluğu faktı tanınsın və kənardan müdaxilə olmadan,
ona öz taleyiniin özü tərəfindən müəyyənləşdirilməsinə təminat verilsin”.
Şərqdə, xüsusən İranda
xalqların milli müqəddəratını tə`yin etmək hüququnu Amerika başda olmaqla
Qərb müdafiə edir. Amma öz mənafelərinə uyğun olaraq, bu siyasət ziqzaq
formada aparıılr, yüksələn xətlə getmir. Bununla yanaşı, həm də milli
haqları müdafiə edirlər. Yeri gəlmişkən, o zaman Azərbaycan Milli Hökumətini
devirmək üçün gələn şah qoşununun hissələrinin başında amerikalı general
Şvartskop dayanmışdı . Bu gün isə əksinə, onlar xalqların milli hüquqlarının
tə`min olunmasını müdafiə edirlər.
S.C.Pişəvərinin BMT-yə
müraciəti milli haqların tanınmasına əsaslanırdı. Bu sənədlə hökumət
Atlantik Xartiyasını imzalayan İngiltərə və Amerika, sonradan buna qoşulan
sovetlərdən Azərbaycan xalqının hüquqlarının tə`min olunmasına müqavimət
göstərən İran hökumətinin yerində oturdulmasını tələb edirdilər.
Yuxarıda qeyd olunan yazıda
məqsəd odur ki, müəyyən suallara cavab tapmış olaq:
1-
Milli Hökumətin başçısı S.C.Pişəvəri Azərbaycan Milli Hökumətinin dünya
cəmiyyəti tərəfindən tanınmasında, niyə BMT-yə müraciət etmişdir? ( təcrübəyə
əsasən müqəddəratını tə`yinetmə prinsipindən bəhrələnib və öz dövlətini
qurmaq istəyən xalq, BMT tərəfindən rəsmiyyətə tanılarsa, həmin qurum
beynəlxalq hüququn subyektinə çevrilər. Pişəvərinin məqsədi ondan ibarət idi
ki, öz xalqını bu vasitə ilə əbədi azadlığa qovuşdursun. Onun məqsədi
Azərbaycan xalqının demokratik, milli dövlətinin yaranmasından ibarət idi ).
2-
Müqəddəratını tə`yinetmə prinsipi şüarını irəli sürən dövlətlər və eləcə də
BMT Azərbaycan Milli Hökumətin başçısı S.C.Pişəvərinin müraciətini niyə
rəsmiyyətə tanımadılar? ( hətta Azərbaycan Milli Hökumətinin məğlubiyyətində
Qərb ölkələri Tehran mərkəzi hökumətini dəstəklədilər və BMT Azərbaycanda
baş verən cinayətlərə etinasız yanaşdı.
3-
57
il həmin tarixi hadisənin üstündən kesməsinə baxmayaraq, müqəddəratını
tə`yinetmə prinsipi Azərbaycan xalqının əsas şüarı olaraq öz qüvvəsini
qoruyub saxlamalıdırmı?
PƏRVİZ ƏSƏDİ
|