|
Qərbin
və
rusun zibilqapısı!
Azərbaycan medyası bugün nə
durumda?
Medya vasitələri şüphəsiz hər ölkənin aynasıdır. Yaxşı-pis
hərnəsə məmləkətde başverən hadisələr, xalqın həyattərzı və ən
önəmlısı milli-mənəvı dəyərlər o cümlədən bədii-sənət əsərlərı,
öz əksini medyada tapar. Digər tərəfdən, bir ölkə öz istiqlalını
və maddı-mənəvı dəyərlərını qorumaq üçün bu dəyərlərı
zaman-zaman ve ardıcıllıqla kütləvı medya vasitələrilə geniş
xalqa yayımlayaraq xatırlamağa çalışar. Bu, hər hansısa
mədəniyyətin inkişafının komunikasiyon qanunudur. Bu qanuna əməl
etməyen millətlər geri qalmalari labuddur və nəticətən
yadellərin müstəmləkəsı halına düşərlər. Indi, baxaq görək bizim
Azerbaycan cümhuriyyətimizin medyasi nə vəziyyətdedir?!
Bildiyimiz kimi Azərbaycan torpaqlarının 4-de biri hənuz işğal
aldındadır. Bir milyon qaçqının vəziyyəti hərkəsə məlum.
Məmləkət iqtisadiyyati bərbad vəziyyətdə. Ruşvətxorluq baş alib
gedir. Ictimaiyyətde məddahliq ve yaltaqliq bir epidemiya halı
almış. Qərbin, İranın və rusun medyasi Azerbaycan ictimaiyyətini
hər saat bombalamaqda dəvam edir. Azerbaycan xalqı qərbin kültür
hucumu qarşısında pasiv durumda. Bir yanda da ayrı millətlər
bizim mənəvi irsimizə yiyələnib özlərinkiləşdirirlər. Hələ bu
harasıdı. Ən acınacaqlısı isə budurkı, vətəndən kənarda qurbətde
yaşayan milyonluq diasporamız öz kültür dəyərlərını ya tanımır
yada bunalrı onalra tanıtan yox. Biri çixib demirki, öz
dəyərlərını bilməyən kəs necə o dəyərlərə sahab çıxsın? Milləti
qınıyana Allah nəhlət eləsın. Məllətin nə günahı varkı, öz milli
dəyərlərini tanımır. Bu dəyərlərı tanıtan orqanlar ancaq və
ancaq milli medyalar olmalıdır. Və bu modern gerçəyi də bilmək
lazimdirki, ilk öncə medya meydanında üstünlük qazanabilməyən
bir millət çətinki, savaş meydaninda üstünlük qazanabilsin.
Yarıhərb-yarisulh vəziyyətdə olan bir məmləkətdə bu özəl
kanaldır vəya dövlət kanalıdır, deyə söhbət gedəbilməz. Hər kəs
və hər medya hər zaman torpaqlarını geri almağa hazır olmalıdır.
Yuxarıda söylədiyim kimi, öz milli dəyərlərini bilməyen xalq
onları necə və nətəhər qorumağı da biləbilməz. Milli dəyərlərin
yayilmasi və tanıtımı (musiqi, dil, tarix, mədəniyyət vs.) geniş
miqyasda və etgili olaraq başlıca medya vasitələrinin
vəzifəsidir. Bu vəzifəni halı-hazırda Azerbaycan medyası necə
yerinə yetirir?! Bu kanallardan biri Lider-tv kalanıdir.
Lider-tv televiziyonu bir neçə peyk yönlərindən 24 saat
yayimlanir. Zahirdə Azerbaycanın özəl kanalıdır, amma eslində
Azerbaycanda iqtidarda olan hakimiyyəti açıq-açığına təbliq və
mudafiə edir. Buna bizim heç sözümüz yox. Axi, xaricdə yaşayan
bizlər üçün iqtidar-muxalifətin məfhumu olmamalıdır. Bizimçün, əslində
məmləkətin bütövlüyü hər şeydən önəmlidir. Lider-tv biz
qurbətçilər üçün Azerbaycana açilan pəncərədir. Biz bu
pəncərədən Azerbaycanı görəbilərik. Dərdini paylaşıb fərəhinə
şad olabilərik. Və nəhayət bu və bunlar kimi bir çox
kanallarımızda öz doğma dəyərlərimizi öyrənib qoruyabilərik. Bu
qurura fəxr etmək olar. Amma nə yazıqkı, Lider-tv kanalından
Azerbaycana baxdiqda heç nə görəbilmirik, illa Amerikanin, rusun,
fransanın və xulasə qəbrin zir-zibillərin. Sizi inandirim ki,
bu, sözdə Azerbaycan kanalında Azerbaycandan əsər-əlamət yoxdur:
qərbin və rusun filmləri dal-badal ekranda, hələ bunlara
hindustan filmlərini də əlavə etdəbilərsiniz. Ekranada olan
sənədli filmlər isə yenədə qərbinkilərdir. Düşük keyfiyyətlı
seriyallar hamisi genə qərbinki. Teatromuzdan xəbər yox. Uşaqlar
üçün proqramlar rus dilində. Bu kanal başdan-başa rus dil və
kültürünün təbliğat maşınıdır. İnanmirsizsa baxabilərsiniz. Bu
saydıqlarım hələ bir tərəfdə dursun.
Kültürümüzün ən önəmlı ünsürü olan musiqimizə gəlincə: sizi
inandirimki, tam faktla bu kanalda bir il ərzində vur-tut daş
çatlasa sadəcə yalnız bir-iki saat milli musiqimizə yer verilir.
Taze odaki, öncədən tamaşaçıya bildirilmir. Ən ciddi bölümü olan
xəbərlər yayinlarinda isə birilərini pisləmək üçün düşük
küçə-bazar söyüşlərı belə işlədilir, redaksiya tərəfəndən.
Tamaşaçıya belə gəlirki, bu kanali idarə edənlər sadəcə öz
şəxsı maraqlarını vəya ərbablarının maraqlarını qorumaq üçün hər
cinayətı rəva görəbilərlər. Lider-tv kanalını idərə edənlər
böyük siyasi şəxsiyyət Heydər Eliyevin adindan sui-istifadə edib
milləti və məmləkəti ruslara və qərbə satırlar. Lidər-tv kanalı
məddahların, səviyyəsizlərin, ruşvətxorların və alçaqların
görüşyeridir. Bu kanal birsözlə qərbin həm zibilqapısıdır həm
zibilqabı!
Sadəcə yalnız 24 saat (bunların deyişilə: bir sutqa) bu kanalı
tamaşa etdiyiniz təqdirdə asanlıqla bu nəticəyə gələbilərsinizki,
bu kanal yalnız və yalnız rusofillərin kanalıdır və Azerbaycanın
milli və hətda xalq maraqlarilə daban-dabana ziddir. Və başqa
deyişlə bunlar ermənilərdən daha irəncdilər. Və hətda
deyəbilərem ki, bunlar ermənidən daha bətərdilər, niyə ki,
ermənilər xaricdən gəlib torpaqlarımızı işğal edibsə,
insanlarımızı qətliam edibsə, bunlar isə öz növbəsində içəridən
milləti satmağa başlayiblar. Mən şəxsən heç millətdə Lider-tv
kimi satqin və irənc kanal görmədim. Bu qədər qərbə düşgünlük və
öz doğma kültürünə xor baxmağın başqa analoqu kainatın heç bir
yerində tapilmayib. Allah sənə nəhlət eləsin millətsatqını!
Kərim Tanrıverdı
Azermedia@hotmail.com |