|
Quzey azərbaycanda Şəriətiçilər nə istəyirlər?
seyid heydər bəyat
koçurən:
əsğər əsədi (eldəniz)
Quzeyda (Azərbaycan respublikası) son günlər güclü bir
Şəriətiçilik axını ortaya çıxmışdır. Şəriəti
Marksizmi
İslama qatıb qəribə bir mə’cun çıxarmışdı. onun öz zamanında ona
kəsin tənqidlər oldu, bu tənqidlərin sonucu olaraq
Şəriəti
“mənim əsərlərimi iki böyük alim, Təbrizli əllamə Məhəmməd Təği
Cə’fəri və Xurasanlı
Məhəmməd Rza Həkimi islah edə bilərlər”- yazdı.
sonralar “yalnız
Məhəmməd Rza
Həkimi bu işlə məşğul olabilər”-dedi.
Son
illərdə
Məhəmməd Rza Həkimi ilə Qumda bir xüsusi oturumda görüşdük.
yoldaşlar “niyə Şəriətinin əsərlərini islah
etmədiniz”-deyə soruşdular. Həkimi “o əsərlərə mudaxilə etməyi
məsləhət bilmədim”-dedi. Ancaq imalarla dolayısıyla anlatdı kı,
o əsəsrlər islah olunası deyildilər, çünkü hər bir islah işi hər
şeyi bir-birinə qarışdırardı. Həkimi bilirdi ki, Şəriətinin
əsərlərinə əl apararsa böyük bir
tarixi xəta və anlaşılmazlıq ortaya çıxar.
Şəriət
son zamanlar özüdə düşünmüşdü ki, aşırıcasına kəsin nəzərlər
verib, ağına-bozuna baxmadan beyninə hər nə yetişib hamısını
yazıbdır. indi İranda kimsə Şəriətidən kəsin
şəkildə müdafiə edə bilmir. ona başqa siyasi damğalar vuranlar
da vardır. mən burada heç bir ittiham və damğa vurmaq fikrində
deyiləm. ancaq bu odlu-alavlı Şəriətiçilərə bir
sözüm var: onlar gerçəkdən Şəriətini
tanıyırlarmı?? Şəriəti İslam ümməti desədə
həyatının son anlarına kimi İran Azərbaycanlısına edilən
zülmləri görmədi, görmək istəmədi. Bəlkə buda Azərbaycan
Şəriətiçilərinə önəmli olmaya bilər.
Şəriətinin
əsərləri Fars dilində məzhəbi ədəbiyatın zirvələrindən sayılır.
o, Əxəvan Salis, Şəfii Kədkəni, kimi farsçılarla yaxından
dostluq etmişdir. şovenizm təfəkkürünün mərkəzlərindən biri olan
Məşhədin Firdovsi universitəsinin öyrəncisi olmuş, orada ədəbi
dərnəyin başçılığını öz üzərinə götürmüşdür.
Şəfii Kədkəni, “Fars şeyrinin yeni özəlliklərini Şəriətidən
öyrəndim… Əli ağa Şəriəti son zamanlar məzhəbi
işlərə baş qoşdu o əvvəllər bir ədəbiyatçı
idi”-deyir.
Şəriəti
əsəsrlərində aşırı Fars klasik şeyrindən istifadə etmış,
Şəriəti üçün dil çox önəmlidir. Azərbaycan Şəriətiçilərinədə
dil önəmlimidir??
Şəriəti
Şəhid Bəlxi, Rudəki Səmərqəndi və özəlliklə Nasirxosro kimi anti
Türk və anti Oğuz bir şairin şeyrlərini dərindən oxuyub öyrənib,
onlardakı tərkib, lüğət və sözlərini bəzəyib İran gəncliyinə
etgi buraxmışdır.
Azərbaycan Şəriətiçilərə necə?? onlarda Alpartunqa
mənzuməsini oxuyub tanıyırlarmı?? onların nəzərində Qaraxanlı
dönəmindəki Quran tərcümələri və habelə Qutadğubilig önəm
daşıyırmı?? onlarda klasik ədəbiyatı dərindən oxuyub, öyrənib,
bugünkü məzhəbi dilimizi zənginləşdirməkdədirlərmi?? əgər Fars
dilində Qutadğubilig kimi bir məzhəbi, əxlaqi abidə olsaydı
Şəriətidə quzey(Azərbaycann) Şəriətiçiləri
kimi ona sərt yanaşarrdımi??
Indi İranda Farsçılıq və Fars ədəbiyatı məzhəbi qurupların
əlindədir. buanlar şi’əçilik adına Türkləri Fars edib və din
adınada Fars dilində olan klasik sünni əsərləri dirildib yenədə
Fars ədəbiyatına və dilinə xidmət edirlər. ayrıca, Şəriəti
İranda daha moddan düşümüş, sözləri insanların fikir və ruhuna
təsir edəcək enerjisini itirmişdir.
Belə bir durumda quzeydə(Azərbaycan) baş qaldırn Şəriətiçilik
axını yabancı istilasından başqa nə olabilər ??
Azərbaycanda məzhəbi nəsr utanc verici bir durumdadir. Bu nəsr
yalnız tərcümələrə dayanır. Kimisi Şəriətini
tərcümə edir, kimisidə Qmda əlli il öncə yazılmış passiv
kitabları.
Məzhəb
önəmli
bir şeydir. farsca yazdığım “cumhuriye Azərbaycan və din” adlı
yazımda Azərbaycanda məzhəbi müdafiə etməliyik, demişəm. ancaq
bu məzhəb ona-buna bağlı və milli düşüncədən, dil düşüncəsindən
ayrı olsa onda o daha məzhəb deyil, xalqı məzhəb adına
onun-bunun inanc və fikir köləsi etməkdir. Məzhəb adına millətə
xiyanət etməkdir.
----
yazını əski orcinalini buradan ala bilərsiz
http://www.hbayat.azerblog.com/1387_02_20_Say=494.ay
|