Dədə Qorxu heykəlini qorumaq üçün müraciət:

 

 

Dədə Qorxu heykəli Nəmin şəhərindən 10 km. aralı  olan aşağı Anbaran bölgəsində (baxış) yerləşir. Yəni, aşağı  Anbaranda, Baba Davud dərəsindən keçən quru çayın sol tərəfindədir. Heykəl təxminən 35-40 metr ucalığında insanın baş hissəsidir. Bu insanın üzü qədim insanın üzünə bənzəyir. Heykəlin ətrafında köhül və ocağa bənzər yerlər də var.

 

Arxeolojist Saqib Həmidi bu heykəl haqqında tədqiqat aparıb və  onun araşdırmaları 1377  ildə bəzi jurnallarda dərc olunmuşdur. O həmçinin Ərdəbil şəhərinin arxeoloji bölümünə də müraciət etmişdir. Təəssüflə bu müraciətə müsbət cavab  verilməmişdir.

 

Dədə Qorxu heykəlinin qorunmasi üçün bu il şəhrivər ayında Azərbaycan aktivistlərindən olan hörmətli Abbas Lisaninin təşəbbüsü ilə həmən heykəlin ətəyində toplantı keçirilib. Bu toplantıda milli şüar daşıyan plakatlardan əlavə ətrafdakı daşların üzərində də milli şüarlar yazılıb, film və şəkillər də çəkilib. Həmən şəkilləri vətəndaş saitinin aşağıdakı adreslərində görə bilərsiniz:

http://www.vatandash.com/khabar-00173.htm
http://www.vatandash.com/image-ghorkhodada-83.htm


 

Qeyd edək ki, “Dədə Qorxu” adını hörmətli Abbas bəy Lisani bu heykələ  verib ve  bu gunə qədərdə bu adla taninib.  Bu toplantıdan sonra orda iştirak edənləri ittilaat celb edərək sorğu suala tutub. Onun ardından ittilaat məmurları heykəlin yerləşdiyi yerə gedib ətrafda yazılmış Azərbaycan milli şüarların silib və yerinə yaşasın fars, yaşasın İran yazıblar.

                 Ərdəbilin rəsmilərindən bəziləri bu məkanın Babək qalası kimi müqəddəs və milli bir məkana  çevrilə biləcəyindən qorxuya düşüblər. Buna görə də keçən həftə Ərdəbil şəhərində Ərdəbilin Ustandarı, Fərmandarı, İmamcüməsi, Sənaye və Mədən idarəsinin müdiri, ittilaat müdiri və Sipahın məsullarından ibarət bir iclas keçirilib. Bu iclasda heykəlin dağıdılması müzakirə olunub. Heykəlin dağıdılmasını şəriləşdirmək (diniləşdirmək) üçün  Ərdəbilin İmam cüməsi ağaye Amili deyib ki 21-ci əsrdə bu heykəl butbərəstliyin nişanəsidir.

 

 

Hörmətli yoldaşlar, bu tarixi heykəlin araşdırılması ölkədə olan mədəniyyətin aydınlaşmasında və bölgənin kimliyinin təyinləşdirilməsində çox əhəmiyyəti var. Bu heykəli qorumaq üçün bölgəsəl və beynəlmiləl tarixi əsərləri qoruma orqanlarına müraciətinizlə bərabər onun dağıdılmasına etirazınız da istənilir.

 

Bu məlumat bir başa Ərdəbil şəhərində mötəbər qaynaqlardan alınıb və təyid olunmuşdur.

 

Diqqətiniz üçün sağ olun.

Saleh               

 

 

Yazı haqqında nəzər veriniz!

 

يازي حاققيندا نظر وئرينيز!