Azərbaycan Folkloru: Holavarlar


 

 

     Xalqımızın folkloru ölkəmizin insanın dilindədir deyə bilərik. Amma millət durağan deyil, hərəkətli bir mövhumdur. Hələ də özümüzü gənc hesab edirik. Amma bəzən həyətimizdəki balacaları görüncə heyrət edirəm: hamısı böyüyüb, necə deyərlər, "kişi" olublar. Xülasə, vətəndə yeni bir nəsil yetişir. Çoxu da boz binalarda 3-4 gözlü mənzillərdə. Folklor isə təbiətdə, torpaqla iç-içə olunduğu zaman dillər əzbəri olur. Allah qorusun, indi bu yeni gənclik xalqımızın şifahi irsini ya unudarsa?
    
     AzəriPublisist elə bir az da bu məqsədlə hazırlandı. Xalqımıza, dünyaya şifahi mədəni irsimizi çatdırmaqdır amallarımızdan biri. Səhifəmiz sizin qarşınıza yeni bir silsiləvi məqalələr zənciri ilə çıxır. Mövzusu da "Azərbaycan Folkloru". İnanın, oxuduğum zaman nənəmin inək sağarkən oxuduqları, yurdumuzun insanının o mehriban mahnıları yadıma düşür. Bılığ, Bozdar, Səkkir, babamın qoyun otarmaqdan üstü-başı canavar pəncələrinin izləri ilə gəldiyi yaddaşımı məşğul edir. Səkkir də, Bozdar da həyətimizi qoruyan itlərin adı idi. Azərbaycan kəndlərində demək olar ki, bütün bozuvların adı da Bılığ idi. Millət, xalq tarix, dibsiz dəryadır. İndi sizə bir sualım var: SİZ, BU GÜN XALQIMIZIN ŞİFAHİ İRSİNDƏN NƏ BİLİRSİNİZ?

     Birinci məqalə Holavarlar haqqındadır. Əməkçi xalqımızın əmək nəğmələridir Holavarlar. Yaxında bu və digər terminlər haqqında da məlumatlar alacaqsınız. Amma indilik ilk məqalə ilə pərdəni açaq.

      Bu arada, materialların təminində hədsiz köməyini gördüyüm səhifəmizin yazıçılarından Vəfalı Bilaloğlu - Ləmbəli-yə öz minnətdarlığını bildirmək istəyirəm. Yaxında bu şair övladının öz yazılarını da oxuyacaqsınız. İndilik isə, Allah amanında! Uğurunuz xeyir olsun, əziz həmvətənlər! Holavarları oxumaq üçün hekayənin davamını oxuyun.

    Hörmətlə Vasif İsmayıloğlu MD - Subutay


 


Öküz, öküz, xan öküz,
Boynu qızıl qan öküz,
Çәk çayır-çәmәndәn,
Sәnә can qurban, öküz.

Öküzüm birdi mәnim,
Taleyim kürdü mәnim,
İki oldu öküzüm,
Qara çuxam durdu mәnim.

Başına mәn dolanım,
Mәn dönüm, mәn dolanım,
Ölmә, ölmә yazığam
Kölgәndә mәn dolanım.

Boynunu mәn yağlaram,
Yaman gözü dağlaram
Tez çәk, maral öküzüm,
Geri qalsan ağlaram.

Öküzün hodaqları,
Sallanıb dodaqları,
Tez çәkin yer qurtarsın,
Qayıtsın hodaqları,

Telli mәrcan, bizә gәl,
Dağdan enib düzә gәl,
 Dırnağının iziylə
Bu yerlәri bәzә, gәl

Çәkәn öküz mәrd olur,
Çәkmәyәnә dәrd olur
Tәnbәl ökuz yiyәsi
Xәcil olur, pәrt olur.

Qızıl ökuzum, yeri,
Qoyma şum qala geri,
İti tәrpәn, maralım,
Duşmәnlәr baxır bәri.

İranadakı* boz ökuz,
Qoparıbdı toz öküz,
Alıb yerin canını,
Çıxsın yaman göz, ökuz.

Ökuz qayıtdı qaşdan
Ay Allah, saxla daşdan,
Bәdnәzәr qabaqdadı,
Yolunu sal bu başdan.

Dağ döşundә yatana
Güı gedәr ay batana
Qara ökuz qarğıyar
Cutun macın tutana.

Qara ökuz aranda,
Çıxar gün qızaranda,
Hodaq murada çatar,
Torpaqdan bar alanda.


Öküzüm gedәr işә,
Qorxuram bağrı bişә,
Nola bir bulut gәlә,
Göydәn yerә nәm duşә,

Ökuzlәr qoşa getdi,
Guc vurdu daşa, getdi,
Cütün macı qırıldı,
Zәhmәtim boşa getdi.

Ökuzlәrim naz eylәr
Quyruq bular, toz eylәr,
hәr axşam gün batanda,
Kövşәndә pәrvaz eylәr.

Öküz, boynun yağlaram,
Düşmәn gözün dağlaram,
Rananı* dәrin götür,
Sәnә yonca bağlaram.

_________________
* Cutün açdığı şırım.