
Əlcək
Çevirən: Əhəd Əşkriz
Ilin ən soyuq
günü idi. Bir balaca oğlan öz sürütməsi ilə nənəsinə odun yığmaq üçün meşəyə
getmişdi. Nənəsi ona demişdi:
" Nə qədər
odun yığa bilsən, yığ gətir, havalar çox soyuqdur, qızışmaq üçün çoxlu odun
yandıraq gərək.
Qoca nənə evdə
oturub oğlana əlcək toxurdu.
Günün çoxunu oğlan
meşədən odun yığıb, sürütməsini yarıya qədər doldurdu.
Işin sonunda gözlənilməz
bir ittifaq düşdü.
Sonuncu odunu
sürütməyə qoyanda oğlanın əlcəyi yerə düşdü. Sən şansa bax! Ən soyuq
gündə əlcəyi itirəsən! Doğrusu kimsə bilmir oğlan əlcəyini necə itirdi. Oğlan
sürütməsini çəkib getdi. Əlcək də qarın üstündə qaldı!
Elə oğlan oyana,
bir balaca Sıçan tapıldı. Bax soyuğdan necə də titrəyirdi. Onun gözü yumuşaq–tifdikli
əlcəyə sataşcaq, onun içinə sürüşüb girdi. Elə canına qalıb idi.
Bir azdan sonra
hoppana–hoppana bir qurbağa gəldi; o gözü əlcəyə sataşcaq dedi; " elə bil
burda birisi yaşayır". Səsləndi sıçan: " yalnız mən, donmamışdan buyur
içəri".
Elə onlar
əlcəin
içində rahatlaşmışdılar ki, bir bayquş uça–uça gəldi. " Mən də
içəriyə gələbilərəm mi?" Sıçan dedi; "Qalıb özünə". Axı o, həmişə
bayquşdan qorxardı. Qurbağa dedi: "Bu şərt ilə ki çox qol–qanat çalmıyasan,
görürsən ki yerimiz dardır.
Çox çəkmədən
bir dovşan qaça–qaça meşə yolundan gəlib soruşdu: "o gözəl isti əlcəkdə
mənə də yer var mı"? "Eşik çox soyuqdur". "Yerimiz çox dardır,
amma eybi yoxdur sən də gəl, o da düzələr".
Hələ dovşanın
əlcəkdə yarısı yerləşməmişdi ki, o yandan bir tülkü gəldi. Bir düşün gör o
neylədi. O da girdi içəri. Sıçan fikirləşdi ki " olmaya qonağa çox üz vermişəm".
Əlcək çox dar idi, amma eşik yaman soyuq idi.
Və indi, bir boz
qurd da o tərəfdən göründü, o istədi ki, onu içəriyə qoysunlar. Sıçan dedi:
" Mən heç bilmirəm bu necə olası bir işdir. "Amma gəlin əlləşək".
Hərə bir az özünü dəbərtdi ki, qurda da yer açılsın, o da içəri soxuldu.
Düzdür ki əlcək çox dar idi, amma əvəzində isti idi.
Heyvanlar
əlcəyin
içini öz rahatlıqları üçün düzəltmişdilər. Onda onlar eşikdən möhkəm bir
miqilti eşitdilər. O bir qaban donquz idi, çalışırdı soyuğun, yelin əlindən
əlcəyin içinə pənah gətirsin. "Ay balam"! Cükküldədi sıçan– buna
görə ki, əlcək sökülməyə başlamışdı. "Burda əslən yer yoxdur da"!
"Mən çox
ehtiyatlı olaram, " yaban donquz dedi, və özünü içəriyə soxdu. Sıçanın,
qurbağanın, bayquşun, dovşanın, tülkünün və qurdun arasına.
Hələ buracan çox
çətinlik olmamışdı. Deməli ki indi də bir iri ayı gəldi. O həm çox yekə
həmdə çox üşümüşdü. Ayı ağzını açmamışdan " Burda artıq yer
yoxdur"; diyə Heyvanların hammısı birdən qışqırdılar.
Ayı dedi: " sözdür
deyirsiniz də" . " Yəqin ki, bir nəfərə də yer vardır! " Və o haman
özünü əlcəyin içinə yaydı, əvvəl başı ilə bir əlini, əlcək səsləndi,
sonra da o birisi əliylə tamam heykəlini soxdu içəriyə, onda əlcəyin tikişləri
atdı, ayı nəfəsini sinəsində saxlayıb girdi içəriyə.
Bu zamanda bir
balaca qara çəkirgə gəldi, özü də çox qoca idi, əryi–büyrü qıçları
soyuqdan sancı eliyirdi. Əlcəyi görən kimi dedi: "Nə gözəl yerdir, isti və
yumuşaq, mən oraya getməliyəm". Sən demə balaca çəkirgə əyri–büyrü
ayaqlarını əlcəyin içinə keçməmiş, əlcək partlayacaq. Elə belə də oldu. Tikişlər
partladı, köhnə dəri xışıldadı, içinin qırmızı tifdiyi pərəm–pərəm oldu.
Heyvanlar da soyuq qarın üstünə səpələşdilər.
Onda ki oğlan
əlcəyin itməsini bildi, onu axtarmağa geri qayıtdı. Ancaq onun tapdığı
əlcəkdən qalmış bir cırıx–mırıx xırdaca dəri idi. Oğlanın göz önündə
bir xırdaca sıçan qaçıb ağacın dalında gözdən itdi.
Sıçanın başında
da qırmızı bir papaq var idi. O, qırmızı papaq əlcəyin başbarmağına bənzəyirdi.
Oğlan dedi: " Bəs belə!" üşümüş əlini paltosunun cibinə qoydu və
dedi: "indi nənəm yəqinki əlcəklərimi toxuyub qurtarıb". Bununla o, tələsik
evlərinə sarı yola düşdü. Yel onun üzünü yaman üşütmüşdü.