Aslan və balaca it
Lev Tolsto
şəhərdə böyük
bir heyvanxana vardı. Bura gələnlərdən tamaşa haqqı olaraq ya pul, ya da vəhşi
heyvanlara yedizdirmək üçün it və pişik qəbul edirdilər.
Bir nəfər heyvanlara tamaşa etmək
istədi. Küçədən bir it tutub heyvanxanaya gətirdi. Onu tamaşa etməyə buraxdılar,
iti isə alıb qəfəsdəki aslanın qabağına atdılar ki, aslan onu yesin.
It quyruğunu qısıb qəfəsin bir
küncünə sıxıldı. Aslan yaxınlaşıb onu iylədi.
It dalı üstə uzandı, pəncələrini
qaldırıb, quyruğunu oynatmağa başladı.
Aslan pəncəsi ilə ona toxunub
çevirdi.
It kənara sıçradı, dal pəncələri
üzərində aslanın qabağinda dayandı.
Aslan itə baxır, başını o tərəfə,
bu tərəfə çevirir, ona dəymirdi.
Heyvanxana sahibi aslana ət atdı,
aslan ətdən bir parça qoparıb it üçün qoydu.
Aslan axşam uzanıb yatanda it də
başını aslanın pəncəsi üzərinə qoyub yatdı.
It ozamandan aslanla
bir qəfəsdə yaşayırdı. Aslan ona dəymir, birlikdə yeyir, bir yerdə yatır, bə’zən
də onunla oynayırdı. Gələn bir kişi öz itini tanıdı. O, itin qaytarılmasını
heyvanxana sahibindən xahiş etdi. Heyvanxana sahibi iti vermək istədi, ancaq onu
qəfəsdən çıxarmaq üçün çağırdıqda aslan tüklərini qabardıb bağırdı.
Bu qayda ilə aslan
ilə it düz bir il qəfəsdə yaşadılar.
Bir il sonra it xəstələnib
öldü. O, iti iyləyir, yalayır, onu pəncəsi ilə tərpədirdi. Aslan itin
öldüyünü anladıqda birdən sıçradı, tüklərini qabartdı, quyruğunu böyürlərinə
vurdu. Qəfəsin divarına atılıb, onun dəmir çubuqlarını, döşəməsini
gəmirməyə başladı. Sonra itin yanında uzanıb susdu.
Heyvanxana sahibi
iti götürüb aparmaq istəyirdi. Ancaq aslan heç kəsi ona yaxın buraxmırdı.
Heyvanxana sahibi fikirləşdi ki, aslana başqa bir it verilsə dərdini yadından çıxarar.
Buna görə də qəfəsə başqa bir it buraxdı, ancaq aslan onu o saat parçaladı.
Sonra aslan pəncələri ilə əvvəlki ölü iti qucaqladı və beş gün uzanıb yatdı.
Altıncı gün aslan da öldü.