
Atalar sözü- Məsəllər
Ağac bar
verəndə başını aşağı əyər.
Ağac əyildi sındı,
igid əyildi öldü.
Ağil başda olar,
yaşda olmaz.
Alim olmaq asandı, adam
olmaq çətin.
Artıq tamah baş yayar.
Arxalı köpək qurd
basar.
Bağa bax üzüm olsun,
yeməyə üzün olsun.
Bir əldə iki qarpız
tutmaq olmaz.
Vətənə gəldim, imana
gəldim.
Qələmin ucu, qılıncın
gücü.
Qonşu qonşuya baxar,
canını oda yaxar.
Qorxaq gündə yuz yol
ölər, igid ömründə bir yol.
Qorxan gözə çop düşər.
Quyuya su tökməklə
quyu dolmaz.
Dağ-dağa qovuşmaz,
insan-insana qovuşar.
Daldan atılan daş
topuğa dəyər.
Dəmiri nəm
çürüdər,
insanı qəm.
Doğru söz acı olar.
Dost başa baxar, düşmən
ayağa.
Dost dar gündə tanınır.
Dost-dosta tən gərək,
tən olmasa gen gərək.
Dost üzdən bəlli
olar,düşmən gözdən.
Dost qədrini dost
bilər.
Elə arxalanan igidin
arxası yerə dəyməz.
Elm ağlın çırağıdır.
Elmin gücü, yıxar bürcü.
Elmsiz adam, meyvəsiz ağac.
Ehtiyat iğidin
yaraşığıdır.
Əldən qalan əlli il
qalar.
Zəhmət çəkməyən
bal yeməz.
Igid ölər adı qalar,
müxənnətin nəyi qalar?
Istəyirsən bol
çörək, al əlinə bel, kürək.
Itə ataram, yada
satmaram.
Işləməyən dişləməz.
Iş insanın cövhəridir.
Yayda işlə, qışda
dışlə.
Yalan söz üz qızardar.
Yalançnın evinə od
düşdü, heç kim inanmadı.
Yaxşı dostu yaman gündə
sına.
Keçmə namərd
körpüsündən.
Mərdi qova-qova namərd
eləmə.
Nə doğrarsan aşına,
o çıxar qaşına.
Nə əkərsən, onu
biçərsən.
Ot kökü üstə bitər.
Özgə atına minən tez
düşər.
Özgəyə quyu qazan
özü düşər.
Örtülü bazar dostluğu
pozar.
Sözün doğrusunu
zarafatla deyərlər.
Söyləyən olma,
dinləyən ol.
Söz böyüyün, su
kiçiyindir.
Söz qılıncıdan kəsərlidir.
Ustadına kəc baxanın
gözlərinə qan damar.
Hər şeyin təzəsi,
dostun köhnəsi.