Azərbaycan

 

Mən bir uşaq,sən bir ana,

Odur ki bağlıyam sana;

Hansı səmtə,hansı yana

Hey uçsam da yuvam sənsən

Elım ,günüm,obam sənsən.

 

Dağlarının başı qardır,

Ağ örpəyin buludlardır.

Böyük bır keçmişin vardır;

Bilinməyir yaşın sənin,

Nələr çəkmiş başın sənin.

 

Sıra dağlar, gen dərələr,

ürək açan mənzərələr...

Ceyran qaçar,cüyür mələr,

Nə çoxdur oylağın sənin!

Aranin,yaylağın sənın.

(Səməd Vurğun)