Deyirlər Bahar gəlir

Sona Sulduzlu

 

Sulduz mahalına Bahar gəlirdi. Səhər tezdən quşlar nəğmələrini başlayırdılar. Günəş öz istisindən yerə də pay verib, hamı canlıları qışın yuxusundan oyadırdı. Quşlar baharın gəlməsini uzaq yollardan görüb, xəbərini yerə-göyüə öz nəğmələri ilə yayırdılar. On-onbeş günün içində bahar təbi’əti çevrildib, cənnəti yer üzündə öz əliyylə yaradırdı. Meyvə ağacları gül içində itmişdilər. Çayın şaqqıltısı, quşların çib-çibi həya’tin isti nəfəsi, göyərtinin becərməsi insanları da özünə gətirirdi. Insanlar sonsuz bir umudla bu günlərdən ləzzət alırdılar.Onlar bilmədən sevimli bir halda təbi’ətlə birləşib, bu harmonini artırırdılar. Mal-heyvanlar naxıra çıxıb qaranquluq tövlələrdən qurtulurdular. Qadınlar qışın çirk-pasağını çayda yuyub, baharı təmizliklə qarşılayırdılar. Kişilər yer üstünə gedib, yerin əkməsinə hazırlıq görürdülər. Yaşam keçmişə görə qolaylanırdı ( asanlaşırdı).

Kətdilər min illər boyu baharı Bayram ən-ənələri ilə qarşılamışdılar, ona hədiyyələr verib gələcəyə uğurlar diləmişdilər. Ancaq nəisə onların sevincindən deyərdin, "görəsən bahar ilk dəfə olaraq, bu mahala gəlirdimi? Görəsən o, birinci dəfə olaraq, onları dərin bir yuxudan oyadırdımı?" Aylar boyu yataqlarından durmağa qadir olmuyan qocalar-qarılar günortaçağı divarlara sövkənib ( dayanıb ) günəşin istisini üşümüş canlarına alırdılar, çayı, quşları dinləyirdilər. Baharın olmasını dört bir yanda görmək olurdu.

Elə belə bir gündə də Leylinin sevişməsi başlanmışdı. Leylinin 15 yaşı var idi. O, çox gözəl olmasada çirkin deyildi də. 15-20 yaşında, çirkin ya göçək, sankı tezdən doğulan günəşdilər bu gənclər yaşlarının bu vaxtında. Uşaqlıqçağını dalıda qoyub, gələcək günlərini qoşullar onlar. Əlbəttə bu mahalın qızlarının gözəllikləri, oğlanlarının qeyrətlilikləri bütün ölkədə deyilib və deyilər. Əlvan yanaqlı, çatma qaşlı və uca boylu olmaq bu qızların nişanalarından neçəsidir.

Leyli neçə başqa qız ilə paltar yumağa çaya getmişdi. Bahar nəfəsini hamı canlılara salıb, onları qəflət yuxusundan oyadan kimi, gənclərin də istəhlərini-həvəslərini oyatmışdı. Bir neçə igid oğlan da bu çayın başında qızları gözətləyirdilər. Bu həvəs qızlarda da açıq görünürdü. Onlar paltarı yumağı bahana edib, oğlanlardan ötürü ora gedirdilər, ata-anaların gözündən uzaqda, oğlanlarla danışsınlar deyib-gülsünlər. Əli-Əskər də bu igidlərin içində idi. Oğlan qızı keçən ildən bəri sevirdi, o zaman qız başa düşməmişdi, indisə oğlanın yanıqlı baxışları qız səhlidir aləmi yandırırdı. Leyli də Əli-Əskərin sevgisini cəvabsız qoymadı, qızda ona vuruldu. Əli-Əskərə Əskər də deyərdilər. O, 18 yaşında arıx-uzun bir oğlan idi. Yoldaşları onu Uzun Əskər səsləyərdilər. O, atasına tay, əkinçiliyə baxardı. Leyli ilə Əskər sevgilərini daldada-bucaqda hövüşnə-qorxu içində bir-birinə bəyan etdilər.

Bahar sovuşdu, yay yetişdi. Yay da dövranını sürüb, onun yerini payız aldı. Gənclərin sevgisi get-gedə şiddətlənərək açıqlandı. Söz qadınların içində olduğu üçün, qızın anası da bu macəranı eşitmiş oldu. Ana qızına dilləndi, öyüt verdi, nəisə qız eşitməz oldu. Söz gəlib qızın atasına çatdı. Qızın atası öz cavanlığını yaddan çıxardan kimi, onlara yazığı gəlməyib, oğlanı döydü-qorxurtdu. Leyli evlərində döyülməkdən, dannaqdan başqa bir gün görmədi.

Payızın orta ayı idi. Bu ay o ayılardan idi, xalq hamı işlərini qurtarıb, şənlikə baxardılar. Onlar nişanlı cavanların toylarını tutardılar. Gəlin gətirib, qız köçürdərdilər. Kətdə toy idi, hamı oraya getmişdilər. Toy həyətində Leyli ilə Əli-Əskər görüşdülər, danışdılar. Qızın anası balaca qızını pusuxçu qoysa da fayda vermədi. Cəvanlar vaxt tapıb, qaçmaq qərarına gəldilər. Qaranquluq düşcə, Leyli təpənin dalında olan qəbristanlığa yola düşdü. Yolda bir neçə oğlana tuş geldi. Qərar belə imiş ki, oğlanın yoldaşları qızı kətdən qaçırtsınlar. Oğlan yoldaşlarına demişdi,

"qız kətdən çıxdı, yaxalayın, peşmanlığa yer qormayın, qorxar peşman olub geri qayıdar".

Doğurdan da qız yolun yarısında peşman olub, kəndə dönsün-dönməsini düşünürdü, bədəni payız yarpağı tək əsirdi. Birdən xafa-xaftan neçə kişi onu yaxaladılar. Leyli bu işdən xəbərsiz olduğu üçün, zənd eylədi, bu kişilər ona əl atmaq istəyirlər. O, istədi bağırsın, ancaq onun ağzına yegə bir çit basdılar. Leyli nə qədər can atdı, əl-qol çaldı, özünü qurtara bilmədi. Bir-iki qayım şapalağın altında qız huşdan getdi. Oğlanlar qızı çuvala salıb, qəbristanlığa sarı getdilər. Qız özünə gələndə gördü, başı Əli-Əskərin dizinin üstündə, bir arabadadır. Qaranquluqda bir nəfər başqası atı çapırdı, araba az qalırdı çevrilsin. Qız o yan bu yana baxıb, gördü bir çuvalın içindədir, onun, yadına bir şeylər düşüb, höngürməylə ağladı. Əli-Əskər qızı kiritmək üçün belə dedi:

"Bağışla sevgilim! Qorxurdum gəlmiyəsən, məni yalqız qoyasan, sənsiz daha bir gündə yaşaya bilməzdim. Sənlə ayrılandan sonra uşaqları gördüm, əhvalatı danışdım, uşaqlar söz verdilər kömək etsinlər, yaşasınlar, onlarsız səni qaçıra bilməzdim".

Leyli araba sürəni tanıdı. O, Əli-Əskərin yaxın yoldaş Səməd idi. O, başını çevirib Leyliyə dedi:

Ay qız! Leyli, çox qorxmadınmı? Biz yalnız özünüzdən ötürü bu işi gördük".

Leyli bağıra-bağıra dedi:

"O vəhşilik nə idi bəs? Bağrımı çatlatdız, dedim məni oğurladılar, abırım getdi. Mənisə özüm gedirdim, yomuruqlar, təpiklər nə idi daha? Mənə macal verdiniz görəm siz kimsiniz. Qoymadınız mən ağzımı acam, vicdansızlar!

Oğlan gülə-gülə dedi:
Ay qız Leyli! Ağzını açmasaydın, anamın çadırasını bəs necə ağzınıza tıxadım? Sən qız qaçırtmayıbsan, mən sənlə beş qız indiyə tək qaçırtmışam, Allah qoysa altıncısı özümə qismət olacaq. Ancaq elə qızı böylə qaçırtdarlar. Olmaz, xalq desin, qız öz könlü, öz ayağı ilə gedibdir, daha onda biz nəyə lazımıq? Bir də qaçırtmanın dadı ordadıkı, qızı zorla qaçırtdasan, ürəyini üzəsən, sonra gözünü açıb öz sevgilisini görüb, sevinsin".

Leyli o dəhşətli hərəkəti bir zərəfat kimi eşitçək qəzəbləndi, istədi atılsın Səmədi atın üstündən yerə çəksin, gözlərini çıxartsın, ancaq əl-qolu təlistə bağlı olduğuna, yerdən qalxanmadı. Əli-Əskər qızı dilə tutub,

"Sevgilim! Daha kimsə bizi bir-birimizdən ayıra bilməz" deyə qızın əl-qolunu açdı bağrına basıb…