Canelo 12 ildən bəri xəstəxana
qabağında yiyəsinin yolunu gözləyir!
Çevirən: D. Eldəniz
Ispaniya:
12 il bundan öncə Canelo’nın yiyəsi ürək səktəsi edəndən sonra Purta del Mar
xəstəxanasına alındı. Ancaq Caneloun içəriyə yol vermədilər.
Itin
yiyəsi xəstəxanada öldü. Yiyəsinin ölməsini bilməyən it hələdir hələ
xəstəxana qabağında yiyəsinin yolunu gözləyir.
Tanınmış qiyafə
Bu
gün Canelo( darçın rəngli Ispaniyacada) Ispaniyanın 160 000 nüfuzlu Cadiz mahalında
tanınmış bir qiyafədir. Yerli mətbuat bu vəfalı itin haqqında yazıb və şəhər
teatrida onu alqışlamışdır. Xəstəxana müdürünün sərəncammına görə
Xəstəxana məntəqəsində Caneloya azadlıq verilib və heç kimin haqqı yoxdur onu
ordan qovsun.
Mehriban
insanlar Caneloya yemək verirlər; Bəzəndə Canelo sahildə dolanıb, sahil rəsturantlardan
verilən yeməklərdən alıb yeyir. Canelo hər axşam sahildən qayıdıb xəstəxana
qabağında yiyəsinin yolunu gözləyir.
Qocalmış
və sağ gözündən mirvarı suyu gətirmiş Canelo daha xoşbəxt olmayacaqdır. Ancaq
Canelo onu göstərir ki, doğurdanda it insanın yaxın dostudur!
Qaynaq: Katrineholms kuriren