
Dəyirmançı və Eşşək
Bir dərmançı, oğlu ilə birlikdə eşşəyi
sürüb bazara satmaq üçün aparırdılar. Bir az yol getdikdən sonra qabaqlarına bir
dəstə qız çıxdı. Qızlardan birisi dəyirmançı ilə oğlunu görcək dedi:
Görün
nə ağılsız adamdırlar, eşşəyi boş-boşuna qabaqda sürüb aparırlar, heç biri
də onun üstünə minib və bir az rahat olmaq estəmirlər. Bu sözü eşitcək, oğlan
atılıb eşşəyin belilnə mindi. Yolun bir azını sevinə-sevinə getdilər. Bu dəfə
də onlara bir neçə qoca tuş gəldi. Qocalardan biri yoldaşlarına dedi:
Baxın, zaman necə dəyişibdir, daha
kimsə qocalara və ağsaqqallara ehtiram etmir. Bu tənbəl və qeyrətsiz oğlana
baxın, çox rahatlıq ilə eşşəyin üstündə oturub, düşünmür ki qoca dalınca sürünür.
Düş
yerə, tənbəl boynu yoğun, qoy yazıq kişi də bir az minsin, yorğunluğunu alsın.
Bu sözü eşidincə, dəyirmançı oğlunu endirib özü ulağa mindi. Bir az keçməmiş
qabaqlarına bir dəstə arvad-uşaq çixdı. Arvadlardan birisi üzünü dəyirmacçıya
tutub dedi:
Anlamaz
qoca, sənin ürəyində heç rəhm yoxdur? Özün rahat və asudə eşşəyin üstündə
oturb, yazıq uşağı da dalınca yügürdüsən?
Yazıq dəyirmançı bu sözlərdən çox
utabıb, çəkdi oğlunu da dalına mindirdi. Kəndə yaxınlaşanda bir kişi dəyirmançıdan
soruşdu:
Bu
ulaq sizin özünüzün deyil?
Dəyirmançı
dedi:
Niyə
özümüzündür, özümüzündür.
Kişi
dəyirmançıya dedi:
Özününkü
olsaydı, belə eləməzdin, heyvan eşşəyin az qalır yük altında beli sinsin. Sizin
insafiniz olsa, bir az da onu dalınıza alarsınız. Dəyirmançı bunu eşidəndən
sonra eşşəkdən endi, oğlunu da endirdi. Sonra da ağacın bir başını öz
çiyninə, bir başını da o kişinin çiyninə qoyub eşşəyin də əl-ayağını
bağlayıb çiyinlərinə aldılar. şəhərə gedən yolda bir körpü var idi.
Körpünün altından dərin bir çay axırdı. Dəyirmançı ilə kişi eşşək
çiyinlərində körpünün üstündən keçərkən, orada bunlara baxan və körpünün
dövrəsinə yığışan adamlar onlara çox güləndə, birdən eşşək adamların səs-küyündən
hürküb əl-ayağı bağlı çayın içinə düşdü. Çayın suyu yazıq eşşəyi
götürüb apardı.
Dəyirmançı utana-utana, yorğun-
arğın öz kəndlərinə qayıtdı. Yolda öz-özünə düşünürdü:
-Istədim
hamını özümdən razı salam, heçkəs məndən razı olmadı, artıq payı eşəyimi
də əldən verdim!