
Ağşın Ağkəmərlı
Dondurmaçı
Hərgün səhər-səhər
pənçərədən yalnız bir səsi eşidirdim.
O səs ilə yüksəlirdi doyğularım;
qanadlanardı diləklərim.
Hər gün pənçərədən
səhər-səhər yalnız bir səsi eşidirdim.
O səs sankı içimdən duyardım.
Bu gündə pənçərədən
səhər-səhər yenə o səsi duydum.
Bu dondurmaçının səsi o biri
dondurmaçıların səsinə bənzəmirdi; onun çox-çox fərqli olduğunu hər gün
duyardım, bu gündə duyardım.
Dondurmaçı arxasına baxa-baxa
uzaqlaşırdı. Sankı pənçərədən mənimlə vidalaşırdı.
Həç düşünmədən, içimdən
qərar vərdim. Qapıları ardı- ardına çalarağ... yolun sonunda özümə gəldim.
Özümdən asılı olmayaraq o səsə
doğru qaçırdım.
Mən yüksək səslə
"dondurmaçı! dondurmaçı!" deyə çağırdım, bağırdım. Ağsaçlı yorqun
və kədərli dondurmaçı təkərli soyuducusunu dayandırdı. Mənisə daha yaxınlaşıb
bir dondurma istədim.Dondurmanı mənə sarı uzatdı.
Bir an nədənsə o özgün baxışları
yanar dağ oldu. Gözlərində dənizlər dalqalanıb tufan oldu; yerin çəkə bilmədigi
qədər ağır oldu. Bir "ah" kimi yox, bir toz kimi uçan oldu. Dondurmaçı
dondurma satdığını çoxdan unutmuşdu; şəhərin gürültüsünü, insanların ruhsuz
fəriyadını, bütün varlığını; bütün gələcəyini, o, çoxdan unutmuşdu. Bir an
özünə gəldi; bir söz demiş olsun deyə adımı soruşdu. Mənisə havanı udub
utana-utana baxışlarımı yerə dikdim. Bütün vucudumla, bütün varlığımla içimdən
qopan bir səsi hayğirmaq istəməyimə baxmayaraq dodaqlarımda yalnız bu sözlər
canlandı; "Gün... el, Günel" deyib durdum; baxışlarımı yerdən ayırmadan
durdum.
"Sənin nə gözəl adın
var" -deyə bir neçə dəfə tikrar etdi: "Günel, Günel." Qaşlarına
ilmək vurub, gözlərini qıyıb gülümsəyərək dedi:
-Qızım, nədən utanırsan ki!?
Bilirsənmi, sən olmasan elin Günü də Günəşidə olmaz! Sən olmasan hayatın da heç
anlamı olmaz! Görünür bu adı sənə atan qoyub.
Dondurmaçı sonunda bir gülüş
ərməğan etdi; dondurmaçı pul almadan sürətlə uzaqlaşdı.
Dondurmaç arxasına baxmadan
uzaqlaşdı. Mənisə yavaş-yavaş özümü toparlayıb fikrə daldım. "O hardan
bilirdi ki mənə bu adı atam qoyub?"
-Deyə dönə-dönə düşündüm
nəyə görə indiyə kimi bu sözü kimsə mənə söyləməmişdi? Ah atam! Ah atam!
Onun sözü ürəyimin canı oldu, m´ənasız həyatın adı oldu. Düşündüm ki, mən
onu hardasa görmüşəm.
Durmadan evə tərəf qaçdım, piləkandan
yuxarı dırmandım. Həyəcan dolu sikut içrə anamın əski albomunu açdım. Elə
birinci səhifədə o gerçəkliyi öyrəndim. Dondurmaçı mənim atam idi, atam.
*****
Dondurmaçı çoxdan getmişdi. Onu
çoxdan yollarda itirmişdim.
Heyif ki, bir daha səhər-səhər
onun səsini duymadım.
Bir daha onu dinləmədim. Mən yalnız,
yalnız bir daha onu görmək arzusu ilə yaşayıram.