Nağíli tərif edən Elin ( 12 yaşında )

Gecə gülü wpeB.jpg (58463 bytes)

 

Bir gün varıdı, bir gün yoxıdı. Bir dana balaca bağ varıdı. Bağın içində, bir qurbağa, neçə dana da gül var idi. Bir gün bağın sahibi, bir göyçək gülü buraya gətirdi.Güllər, çiçəklər və ağaclar o gülün haradan bu bağa gəlməsindən soruşdular. Ancaq o, gül heç bir söz demirdi. Güllərin biri dedi:

-Bu gül özün çox tutur. Birisi dedi: o, utanır, birisi dedi: o, bizi tanımır. Hərə bir söz dedi.Təkcə qurbağa heç nə soruşmurdu. Bir neçə gün keçdi. Kimsə onla danışmırdı. Bir gecə qurbağa ağlamaq səsi eşitdi. Qurbağa səs tərəfinə gedib, gördü ki, yeni gətirilən gül, ağlayır.

- Qurbağa soruşur, nədən ağlayırsan.

- Kimsə məniylə danışmayır.

-Hamı səni sevir və istəyirlər sən ilə danışsınlar, ancaq səndən bir cavab almırlar. Gül güldü- mən gündüzlər yatıb, gecələr ayıq olaram.

Buna görə mən heç bir səs eşitməmişəm.

Qurbağa tə’əccub ilə getdi. Sabahı gün o biri güllərə macəranı dedi. Ona görə hamı güllər fikrə daldılar. O gündən hamı gül ilə yoldaş oldular. Güllər başa düşdülər ki, o, bir gecə gülü imiş.