
Göydən düşən ildırım
Çevirən: D. Eldəniz
30 yaşlı Filip ilə
31 yaşlı Yvonne yeddi ildən bəri evlidirlər. Onların iki uşaqları, Rasmus 5
yaşında və Rebecka 3 yaşında, vardır. Indi Yvonne boşanmaq qərarına gəlibdir.
Son analıq tətilindən
sonra indi Yvonne yarı vaxt işləyir. Obirisi tərəfdən Filip çox işləmək ilə əlləşir evin borcun və kırasını vaxtında versin.
Yvonne’nin
boşanmaq qərarı Filip’in yuxusun qaçırdıbdır; Niyə ki, keçmiş yeddi ilin
ərzində Yvonne’nin ağzında heç bir etıraz səsi çıxmamışdır.
Filip: Mən
əslən
Yvonne’nin sözlərin başa düşmürəm. Mənim fikrimcə bizim əlaqəmiz yaxşı
olubdur. Bəzən mali çətinliklər olubdur; Ancaq mən gecə-gündüz çalışmışam bu
çətinlikləri aradan qaldıram.
Yvonne: Ola bilsin sən
deyəndir. Ancaq sən məni sevmirsən! Son beş ildə "səni sevirsəm" sözü
ağzından çıxmayıbdır.
Filip: Doğurdan belədirmi?
Bunu sən yaxşı bilirsən ki, mən səni sevirəm!
Yvonne: Mən falçı
deyiləm, sənin ürəyindən keçən fikirlərdən xəbərim olsun! Mən necə bilim ki,
sən məni sevirsən. Uşaq doğdum gül vermədin. Ev işində canımı çıxartdım,
sağ ol demədin. Barberdən gəlirəm "nə gözəl olubsan yerinə" deyirsən
nə baha imiş. Soruşuram saçlarmın yeni formundan xoşun gəlir, deyirsən "pis
deyil". Evə süpürgə çəkirəm gözün görmür və burnun evdən gələn xoş
iyi anlamır. Ayda bir dəfə qablamaları yuyusan; yumasaydın ondan yaxşı olardı. Heç
vaxt demirsən arvad sən nə duzlusan.
Yvonne’nin e’tiraz
sözləri çoxdur. O, Filipi hissiz bir adam tək tanıddırmaq istəyir. Bu son söz
Filip’ə dəyir. Filip’nin fikrincə onların cinsi əlaqəsi yaxşı olubdur. Ya
olmaya Yvonne teatr oynayıbdır.
Annika Schrams
belə izah edir.
Yvonne buna fikir
verməyib ki, o, hansı yol ilə eliyə bilər əlaqəsini əri ilə yaxşı etsin. Misal
üçün o, eliyə bilər Filip evə tez gəldiyi zaman desin: "Nə yaxşı evə tez
gəlirsən" və ya " taza köynəyin sənə bərk yaraşır."
Biz kişi olaq ya
arvad gözləyirik tərif mədh eşidək; Ancaq bunu bilmirik ki, bu tərif-mədh iki
tərəfli olmalıdır. Buna arxayın ol ki, boy oxşasan, boyuvu oxşayacaqlar. Obirisi tərəfdən
susub ürək sözlərimizi deməsək ər-arvad rabitəmizi xətərə salacayıq. Elə buna
görə də Yvonne’nin susmaqdan çıxıb keçmiş təcrübələrdən və ehsaslarından
söz açması ər-arvad rabitəsində musbət rol oynaya bilər. Filipdə Yvonne’yə
cavab olaraq təmizlik yapıb yatpmadığı haqqında fikirlərini söyləyə bilər.
Yvonne başqa
arvadlar təkin təmizlik diktatoru olubdur. Belə bir havada kişi girişkən və yaxşı
təmizlik yapan ev kişisi ola bilməz. Qoy kişi sevdiyi təkin evi təmizləsin! Onda ev
"təmiz cəhənnəm" yerinə sevgi evi olar.
Qaynaq: ÅRET RUNT nr 51 1997