
Kiçik evdə böyük sözlər
Yazan: Carl Henrik Svenstedt
Çevirən: Davud Eldəniz
Qaynaq: Ordfront magazin
Günlərin
bir günündə səhərçağı yuvunan zaman kürəyimin sağ tərəffindən dəhşətli
bir sancı qalxidı. Sabahki günü mən bel ovkalıyanın yanına getdim. Bel ovkalıan
Isabel adlı Erməni gözəl bir cavan qızdır ki, hünərin Çində öyrənibdir.
-
Elə hiss edirəm ki kürəyimə bir pıçaq taxılıbdır, mən ona dedim.
-
ürəyindədir, o dedi.
-
ürəyim, mənim öküz təkin ürəyim var!
-
Niyaranlığın varmı? O soruşdu
-
Vallah hər zaman höyüşnədəyəm. Anamda xəstədir və hər an ölüm xəbəri gələ
bilər.
-
Səni Sevirmi? Isabel soruşdu
-
Hətmən ki sevir. Bizim ayiləmizdə belə sözlər danışılmaz. Belə sözdə onun
ağzından çıxmayıbdır.
-
Ananı sevirsənmi ?
Indi
mən lap mat qaldım.Insan mə’mulən ata-anasın sevər. Belə sözlər mənim fikrimə
çatmamışdı.Bunlar kiçik evdə böyük sözlərdilər. Bir az fikirləşəndən sonra
dedim ki mən anamı sevırəm. Bu ləhzə ürəyim istəyirdi ki Isabel masajına
başlasın. Amma hələ o stulunda oturmuş və qara gözlərilə mənə baxırdı.
-
Anava demırsən ki, sən onu sevirsən?
-
Yox yox! çəkinə-çəkinə cavab verdim. Belə yaxınlıqlar–qucaqlamaq, öpmək və
ya saça əl çəkmək– bizim aramızda olmayıbdır. O zamanlarda belə şeylər az
idi. Mənim yadıma gəlmir ki, atam məni qucaqlamış olsun. Amma buna baxmayaraq mən
onu sevirəm.
-
Ölmək üçün anan çətinlik çəkirmi?
-
Onun xərçəng xəstəliği vardır və çoxdandır ki ağrı çəkir. Buna baxmayaraq o
heç nə demir. Onun nəslində belə anlayış var ki: Adam gərək nalə etməsin!
-
Bəlkə o istəyir ki ölməmişdən əvvəl eşidsin ki sən onu sevirsən.
Masajxananı
tərk edən zaman beynimdə yalnız bir söz varıdı. Masaj almadım və pıçaqda ki
kürəyimdə qalır.
Bir
cümə gecəsi idi.Evə qayıdıb anam üçün birinci dəfə olaraq bir sevgi məktübü
yazıb və onu post edəndən sonra rahat yatdım.
Gecə
saat üçdə kiçik qardaşım telfon edyib, ağlaya-ağlaya dedi ki, anamız ölübdür.
Bazargünü
səhərçağı qəmbasmış 77 yaşında olan atama telfon etdim.
-
Bazarartası anaya üçün bir məktüb gələcəkdir, onu götür mənim üçün saxla.
Təşyi
günü çay-qəhvə zamanı ölünü yandırmadan öncə mən tayfa tanışdan ayrılıb
və təkimə kəlisaya qayıdıb və müvəffəq oldum sevgi məktubun anamın tabutuna
soxam.
-
Əlvida anacan, deyib və hiss etdim ki ürəyim yüngülləşdi. Uffuglarda bir
rənginkəman gözə vururdu.Qayıdıb qardaşımın yanında oturb, ondan soruşdum:
anamız ölən zaman bir söz demişdirmi?
-
Yox, ağıla batan bir söz demədi, Amma o həzyan içində bir məktubun gəlməsindən
danışırdı, qardaşım cavab verdı.
Bəs
belə, mən dedim. Sən nigəran olma o gəlib çatıbdir.