

Əmiyə bir maçı ver!
Sona Sulduzlu
Bir
payız günü axşamüstü bir qız şəhərdən kəndə evlərinə gedirdi. Qız
otubusdan endi. O, duranacaqda durdu. Duranacaqdan kəndə meşə qırağı ilə yarım
ağac yol idi. Qız bu yolu tək getməsin, duranacaqda dayanıb, ola bilsin bir allah
bəndəsinə tuş gəlib, evə tək getməsin. Qurtdan-quşdan başqa qudurmuş insanlar
meşələrdə dolu olarmış. Bunu qız düşünüb, yolun qırağında oturduğu yerdə
oturdu. O, gələn-gedəni gözdən geçirdi, ancaq bir tanış görə bilmədi. Qorxu
canını almışdı. Bir müddətdən sonra bir başqa otubusdan bir neçə kişi endi.
Onların içində bir qoca kişi də var idi. Qız sevincək qocadan soruşdu.
-Ay
Əmi! Mən də səninlə bu qabaq kəndədək gedə bilərəmmi? Qoca məhəbbətli
baxışları ilə:
-Əlbətdə
qızım! Dedi.
Qız
qocanın ayağı ilə yavaş-yavaş kəndə yola düşdü. Bir azdan sonra, qoca üzünü
qıza tutub deyi:
-
Qızım, əmiyə bir maç ver görüm!
Qız
dedi:
-Ay
Əmi! Allah tufağını dağıtsın! Mən maç verən olsaydım, daha nədən bir saat
sənin kimi bir qocanı gözlərdim? Deyə acıqlandı.
Qız
qocanı dalıda qoydu, getdi. Ancaq bu söz bu kənddən başqa qonşu kəndlərə də
yayıldı.
Əmiyə bir maç ver görüm
Qızım! diyə kəndlilər
bir-birinə zarafat edirlər.
Indi isə, səni oxuyan,
Əmiyə bir maç ver görüm!