Miyanalı Əlirzadan dörd şer

 

1

AZƏRBAYCAN DEYƏNDƏ

Könlümə sə´da düşür,

Keçmişim yada düşür,

ürəyim oda düşür

Azərbaycan deyəndə.

Ay doğanda gecələr,

Ruhum sənlə dincələr,

Incələr düşüncələr

Azərbaycan deyəndə.

Keçmişini anıram,

Gələcəyin sanıram,

Bu günə yanıram

Azərbaycan deyəndə.

Bitər acı günlərin,

Açılar düyünlərin,

Gələr ərköyünlərin,

Azərbaycan deyəndə.

 

2

NAğıLDı HƏLƏ

Balıqquşu oxuyur

Nəfəsi su səsiylə,

Dənizin ləpəsiylə...

ürəyim tir-tir əsir

Cüt qanad həvəsiylə,

Azadlıq nəfəsiylə...

Balıqquşu oxuyur,

Zaman nağıl toxuyur...

3

OXU, SEVGILIM, OXU

Uzun olur gecələr

Gözümə getmir yuxu.

Sındır sükutumu, gəl-

Oxu, sevgilim, oxu.

Azı keçib gecəmin

Hələ qalıbdır çoxu.

Gecəmə gəl şərik ol

Oxu, sevgilim, oxu.

Çək əlini sinəmə

Çıxar atdığın oxu.

Yarama məlhəm elə-

Oxu, sevgilim, oxu.

 

4

Qəşəm

Aşıq qəşəmin xatirinə

Könüllə dinləyib yadda saxlayın

Bu xalqın dilidi, sözüdü Qəşəm.

Tamam "yeddi yüz il" oxuyub, çalan

Aşıqlı karvanın izidi Qəşəm.

Onun öz sözü var, öz söhbəti var,

Könül sevdasında döz söhbəti var,

Atadan, babadan iz söhbəti var,

Sazında, sözündə özüdü Qəşəm

Duran ürək bilər onun qiymətin,

O ata sən’ətin, baba sən’ətin,

Bu gözəl torpağın , ulu millətin

Balı olmasada, duzudu Qəşəm.