
Müəllim
əldə qələm tutmağı
Bizə sən öyrətmisən
Möhkəm addım atmağı
Bizə sən öyrətmisən
Heç zaman unudmarıq
Böyük əməyini biz
Ey mehriban dostumuz
əziz müəllimimiz
Gəlib doğma məktəbə
Biz səndən dərs alırıq
Alışırıq zəhmətə
Boy atıb ucalırıq
Heç zaman unudmarıq
Böyük əməyini biz
Ey mehriban dostumuz
əziz müəllimimiz