Təkərləmə

Toplayan: Əxtər Fərzanə

1.

Qavalı çala çala getdim bağa

bağda ki qızlarınan oynamağa

əl atdım böyük qızın sinəsinə

kiçik qız haraladı nənəsinə

nənəsi çixdi dama bir daş vurdu qabırqama

qabırqamı tuta tuta getdim xana

xan dedi: qaşı qara gözü qara.

Nə tüşmüsən bu çöllərə

verərəm səni iyidlərə

bağlatdırram söyüdlərə.

Yügürtdürrəm ağ itlərə

bilcək mənim dərdim otum

əmr elədi

uzun uzun uzaltdılar

qabırqamı sağatdılar

xan dedi altına həsir salın şeh keçməsin

üstünə çadır çəkin gün düşməsin

atına arpa verin kişnəməsin

itinə sümük tökün daha hürməsin.

 

2.

 

Mamanı ay mamanı

balam kimi gül hanı

gül hanı bulbul hanı

balam gül tək açacaq

yurda ətir saçacaq

avxuyacaq yazacaq

obasında elində

atasının dilində

şirin sözlər yazacaq

adlım şair olacaq.

 

Mamanı ay mamanı

tarı saxla balamı

balam sevər ananı

ananı həm atanı

 

Mamanı ay mamanı

balamı yaxşı tanı

balam gecələr yatar

səhər tezdən oyanı

mənə yoldaş olar

göylümə sırdaş olar.