3-Tapmacalar

Cavablar səhifənin sonunda

1. Ayağı yoxdur, qaçır,

Qanadı yoxdur, uçur.

 

2. Araba gedər, izi yox,

Yanar, yanar, közü yox.

 

3.Bir ağacım var, oniki budağı.

Hər budağın otuz yarpağı.

Hər yarpağın bir üzü qara, bir üzü ağ.

 

4. Bir qızıl öküzüm var,

Harda yatsa ot bitməz.

 

5. Biri gedər, gəlməz,

Biri yatar, durmaz.

 

6. Qəndə oxşar dadı yox,

Göydə gəzər qanadı yox.

 

7. Göydə doğular,

Yerdə boğular.

 

8. Bostanda var bir arvad,

Paltar geyib qatbaqat.

 

9. Yer altında sarı biz.

 

10. Ləyəndə, ay ləyəndə,

Gül boynunu əyəndə,

Yeyilər kal vaxtında,

Yemək olmaz dəyəndə.

 

11. Bir dağarcıq unum var,

Içində bir oxlov.

 

 

12. Bir təndirim var iki çörək tutur.

 

13. Bu yanı taxta, o yanı taxta,

Yumuru bəy otaqda.

 

14. Çölü sarı, içi darı.

 

15. Bir damım var,

tək dirəkli.

 

16. Ağzın açar, zəhər saçar,

Onu görən geri qaçar.

 

17. Altı taxta, üstü taxta,

Bəy oturub otaqda.

Qoyun deyil, otlayır,

Toyuq deyil, yumurtlayır.

 

18. Yatanda yumuru yatar.

Ətin dərmana qatar.

Hər kim istər onu tutsun,

Tikanları əlinə batar.

 

19. Gündüz yatar yuvada,

Cecə gəzər obada.

 

20. Nağaraçı nağara çalır,

Nə nağarası var, nə çubuğu.

 

21. Qanadı var quş deyil,

Dişləyir, ilan deyil.

 

22. Yazda yığır yeməyini,

Çox sevir öz əməyini.

Yeyib yatır baharadək.

Nədir adı tapın görək.

 

23. Balaca quyu,

Içində suyu,

Ağcadan ağdı,

Sarıdan sarı.

 

24. Qızılgül pardaxlandı,

Qol atıb çardaxlandı,

Torpaqsız yerdə bitdi,

Yarpaqsız budaqlandı.

 

25. Nənəyə dəyməz, babaya dəyər,

Xalaya dəyməz, bibiyə dəyər,

Allaha dəyməz billaha dəyər

 

26. Bel sapı, balta sapı,

Bir budağı, beş yarpağı

 

27. Bir güzgüyüm var qapaqlı.

Dörd dövrəsi saçaqlı.

 

28. Əvvəl vardı yeyərdik,

Yeməsəydik ölərdik

Indi də var yemirik,

Yeməsək də, ölmürük.

 

29. Həftədə bir dəfə başin kəsərəm

Nə qanı çixar nə canı.

 

30. Gündüzlər dolanar,

Gecələr ağzı açıq yatar.

 

31. Iki kürküm var,

On qardaşa çatar

Bunu kim tapar?

32. Bizdə bir kişi var,

Hər gələnə əl verir.

 

33. Nə evdədi, nə çöldə,

Nə göydədi, nə yerdə.

 

34. Adam əlində,

şeytan fe’lində.

Təkər ayaqlı,

Quyruğu belində.

 

35. Altı haça, üstü haça,

Iki üzük, iki qılça

 

36. Alçaq damdan qar yağar

Qıraqı taxta divar.

37. Baxsan onun üzünə

Görünərsən özünə.

 

38. Bizdə bir kişi var,

Ağzında iki dişi var.

 

39. Bir qara öküzüm var,

Hər yetən çullayır.

 

40. Qara atı bağladım,

Qaya dibinə bağladım.

 

41. Ələk boyda üzü var,

Yüz əllicə gözü var.

Ağzı yuxarı baxar.

Altından yağış yağar.

 

42. Ət dirəkin başında,

Dəmir deşikli papaq.

 

43. Suda balıq,

Quyruqu yanıq.

 

44. Altı taxta, üstü taxta

Ortasında dəmir balta.

 

45. Bir quşum var, balası özündən tez uçar.

 

46. Iynə gözündən baxaram,

Cümlə cavanı yıxaram

 

47. Taxta-dəmir,

Gah əyilir,

Gah düzəlir.

 

48. Nə baltadı, nə kərki,

Bütün kəsərdən iti.

 

49. O hansı quşdu, uçduğu

Yuvasına qayıdıb girə bilməz.

 

50. Qaşıqda oturub ayaqlarını sallayır.

 

51. Ağaca təpə, başı günə,

Nə köpəkdir nədə təpə.

52. Qoz ağacın oyarlar

üstünə tel qoyarlar

Vaxtsız durub ağlasa

Qulağını burarlar.

 

53. Yumuru təkər, əllərdə gəzər.

 

54. Çömçə başı məndiri,

Belində var kəndiri.

Milçək qonsa vızıldar

Əl dəyəndə sızıldar.

 

55. Bizim evdə bir kişi var

Təpəsində üç dişi var.

 

56. Daşdandı, dəmirdəndi,

Xörəyi xəmirdəndi.

Aləmə yemək verər.

Özü doymaz nədəndi?

 

57. Dörd qardaş var,

Ha ötüşürlər

Biri-birinə

Çata bilmirlər.

 

58. Qaradı gözü, uzundu sözü.

 

59. Xərcləməsən azalar,

Xərcləsən Çoxalar.

Cavablar

Tapmacaların cavabı:

1. Bulud 2. Günəş. 3. Il, aylar, günlər, gecə, gündüz. 4. od. 5. Tüstü, Kül. 6. Qar. 7. Yağış. 8. Kələm. 9. Kök. 10. Xiyar. 11. Iydə. 12. Qoz. 13. Fındıq. 14. Əncir. 15. Göbələk. 16. Ilan. 17.Tisbağa (tosbağa). 18. Kırpı. 19. Yarasa. 20. Ağacdələn. 21. Ağcaqanad. 22. Qarışqa. 23. Yumurta. 24. Maral buynuzu. 25. Dodaqlar. 26. Əl. 27. Göz. 28. Ana südü. 29. Dırnaq. 30. Ayaqqaqbı. 31.Əlcək. 32. Qapı dəstəsı. 33. Pəncərə. 34. Tərəzı. 35. Qayçı. 36.Ələk. 37. Güzgü. 38. Maşa. 39. Sac. 40. Qıfıl. 41. Aşsüzən. 42. üskük. 43.Piltə. 44. Xəncər. 45. Tüfəng. 47. Bıçaq. 48. Ağıl. 49. Söz. 50. Əriştə. 51. Plov. 52.Kamança. 53. Qaval. 54. Saz. 55. Yaba. 56. Dəyırman. 57. Arabanın təkərləri. 58. Qələm. 59. Elm.