Uşaqlıq çağı

Isveçcə: Ah... Araqdan

Az. Türkcəsinə: D. Eldəniz

 

Qız olduğum çağı çox şuluğıydım. Mənim qabağımı kimsə ala bilməzdi. Ata-anamın deyinməklərinə baxmayaraq, savaşçın bir qızıydım. Evin yekə qızı, böyük nəvəsiydim. Evdə vurub bir şeyi sındıranda ata qohumlarım gilə əkilərdim. Çərxim ilə ora gedib, bir iki həftədən sonra, hay-küy yatandan sonra, çərx ilə evimizə qayıdardım.

Babam qoca idi. Onun bağdan, güllərdən xoşu gəlib, bağda çalışardı. O, uzun paltar giyərdi. O, çox təmiz idi. Babamın yanında oturan zaman o, bibimə qışqırardı. Gəl bu qızı apar; Bu çox danışır.

Atamın bir böyük alma ağacı var idi. Mənimdə bir quşatanım varıdı. Birgün mən çürümüş almaları götürüb quşatan ilə bibimə tolazladım. Bibim balaca ayaqlı yoğun bir qadın idi. O, məni tutmaq üçün dalımca qaçdı,; Ancaq mən alma ağacına dırmaşıb bir qolun üstündə oturdum. Atam bibimə dedi: "Istəyirsən çıx ağaca qızı tut." Ancaq ağaca çıxa bilmiyən bibim qışqırmağa başladı.

Mən çox yaramaz qızıydım. Sevdiyim şeyi elərdim. Ancaq babam mənə deyərdi ki, mən onun anasına oxşayıram. Ona görə də o, məni çox sevərdi. Babam qıtmır bir kişi idi. Onun iki pul torbası varıydı; birisi dəmir pullar üçün obirisi də kağız pullar üçün. Ancaq o zaman ki, mən dedim:" Baba mən pul istəyirəm" o dəmir pullardan yox, kağız pullardan çıxardıb mənə verdi.

Bunu görən bibim hirslənib babama dedi: "Niyə mən pul istəyən zaman deyirsən pulum yoxdur, boş torbanı mənə göstərirsən; Bəs niyə bu qıza kağız pul verirsən?"

Babamdan aldığım pulları bibimə görsədib ona yandıq verdim.

Mənim qorxumdan heç uşaq cürət etməziydi babam gilə gəlsin.

Arığ, oca bir qızıydım. Bibim eliyə bilməziydi dalımca qaçıb məni tutsun; mən şalvar giyərdim. Heç vaxt ətək geyməmişəm.

Böyüklük çağında, 17 yaşım olarkən hələ çərx sürərdim. Biz şəhərdə yaşardıq. Dayım gil körpünün obirisi tayında yaşardılar. Bir gün yoldaşlarım ilə, hamısı oğlan, çərxi minib, dayım gilin bağına sarı yola düşdük.

Bağa girib alma dərməyə başladıq. Dayım arvadı məni oğlanlar ilə görüb başladı deyinməyə: "17 yaşında qız oğlanlar ilə çərx sürür." Sonra soruşdu: "Nə istəyirsənmi? Anan hardadırmı?

Dedim: "Anam evdədir və mən buraya yoldaşlarım ilə alma dərməyə gəlmişəm." Yoldaşların? Bu oğlanlar sənin yoldaşlarındırmı? Dayım arvadı dedi. " Əcəb pis dövran olubdur; Qızlar oğlanlar ilə oynayırlar". Sonra o, qışqırıb və bir sözü ki, pis arvadların haqqında işlədərlər mənə dedi. Onun sözünü anlamadım. Ancaq onu bildim ki, dayım arvadı bərk hirslidir.

Çərx ilə evə qayıdıb anama dedim: sənin qardaş arvadın bir az əcib-qəribdir. Biz yalnız alma dərməyə getmişdik və bir şey eləmədik.

Bunu eşidən çağı anamıda hirs götürdü.

(Qaynaq: Katrine-Magazinet; Nr 1/98)