
üşüdüm
hay üşüdüm
Dağdan
alma daşıdım
Almacığımı
aldılar
Mənə
zülum dedilər
Mən
zülumdan bezaram
Dərin
quyu qazaram
Dərin
quyu beş keçi
Hanı
bunun ərkəki?
Ərkək
qazanda qaynar
Qənbər
yanında oynar
Qənbər
getdi oduna
Qarqu
batdı buduna
Qarqud
gəlmiş qəmişimiş
Beş
barnağı gümüşimiş
Gümüşü
verdim tata
Tat
mənə darı verdi
Darını
səpdım quşa
Quş
mənə qanad verdi
Qanadlandım
uçmağa
Haq
qapısın açmağa
Haq
qapısı kilidli
Kilidi
dəvə boynunda
Dəvə
Gilan yolunda
Gilan
yolu suludur
Suda
balıq doludur
Gilan
yolu sər-be-sər
Içində
meymun gəzər
Meymunun
balaları
Məni
görcək ağladı
ürəgimi
dagladı.