Xoruz

Xoruza toyuqların kralı deyirlər. O, toyuqları, cücələri başqa heyvanlardan qoruyur. Bə’zi ölkələrdə xoruz döyüşdürmək adətdir. Xoruzlar döyüşəndə vaxt olur ki, bir-birini dimdikləyib öldürürlər. Xoruz döyüşdürmək qədim Yunanıstanda, Romada bir adət imiş. Indi bizim zəmanəmizdə də Asiyanın bə’zi ölkələrində əyləncə üçün xoruz döyüşdürürlər.