Zürafə

 

Boyca zürafə bütün heyvanlardan uzundur. Seyrək ağaclıqda, kolluqlarda yaşayır. Boynunu uzadıb təzə açılmış yarpaqları və kövrək zoğları qoparır, amma otları yeyəndə çətinlik çəkir, çünki uzun boynunu aşağı əyməli olur.

Zürafə laldır, bə’zən azacıq mələyir. Boynu uzun olduğundan qorxulu düşmənini səhrada lap uzaqdan görür.