| |
Brüssel Dialoq Toplantısından sonra yerdə qalan 5 sorğu!
عرب الیفباسی ایله آشاغیدا
Eldar Qaradağlı
Çox səsli Amsterdam
Toplantısının ardınca səssiz Brüssel toplantısı da Azərbaycanın
milli-siyasi tarixinə qovuşdu. Ancaq ortada qalan bir çox sorğu
oldu. Bu yazının amacı qıssa və konkret olaraq bu sorğuları
yanıtlamaqdır.
1. Çox
saylı Amsterdam toplantısından sonra az saylı Brüssel
Toplantısına necə baxmaq olar?
2. Bu iki
ardcıl toplantının bir-birindən fərqliyi nədədir?
3. Bu iki
toplantının Azərbaycan Milli Hərəkatına qazancı oldumu?
4. Bu iki
toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa
stratejik görüşlər yatıbdır?
5.
Amsterdam və Brüssel toplantılarında Azərbaycanın diaspora və
lobbi proqnosları oldumu?
Sorğu 1:
Çox saylı
Amsterdam toplantısından sonra az saylı Brüssel Toplantısına
necə baxmaq olar?
Brüsseldəki havanın
Amsterdama görə çox aydın və net olmasının altını cizirəm. Çünki,
Brüssel tam anlamıyla dialoq toplantısı deyildir. Amsterdamda
gün qonusu dialoq idi. Brüsseldə Amsterdamın əmirlərinin həyata
keçirilməsi ilk və son söz idi. Başqa sözlə desək, Amsterdam
daha çox geçə oduna gedənlərin toplantısı, Brüssel isə, səhər
yola çıxanları qatarı idi. (Atalar sözü: Gecə oduna gedən
çox olar, səhər bir açılsın görərik kim gedər, kim qalar!)
Brüssel Toplantısının iradəsinə görə, Amsterdam
toplantısının 12 madəlik sonuc bildirisinin bir daha danışıqlara
verilməsi anlamsız idi. Bu üzdən Brüssel Toplantısının
fonksiyonunun Amsterdam ardı olması da, yalnız mekaniksəl anlam
daşıyırdı. Belə ki, Bir yeni quruluşun yaranması Brüsselin
gündəmində dayanmışdır. Bəzi qurumlar və şəxslərin Büresselin
dialoq toplantısı qalması arzusu bu üzdən boşa çıxmışdır.
İnhisarçılıqla mübarizə(!?) adına, gəlməyənlər də var idi. Bu
qurum və şəxslərə olan sayğımızı bir daha vurğulamaqla
Büresseldə olmamaqlarını yalnış bir alğılama hesab edirəm. Bu
dostların anti inhisarçı fiqorlarının arxasında ciddiyyəti
olmayan məqamlara toxunmamaqdan keçmək olmaz. Yaxına gəlib işin
bir tərəfindən yapışmaq yerinə uzaqda durub ələşdirmə tərzilə
bir yerə varmaq olmaz! Çoxu millətçilərdən olan bu dostların öz
qurumlarına aşırı həssas olmaqları heç belə doğru deyil. Amac
partiyaçılıq, qurumçuluq deyil. Ortada əsarətdə olan bir millət
varsa, qutsal olan yalnız amacdır. Bu böyüklükdə dərdi duyaraq
birlik çabalarına dal çevirməyin mənasını anlamaq mümkün
deyildir. Bu dostlarin Brüsseldə olmamasının təməlində gizli bir
önyayğını da duymaq olar. Onlar belə düşünürlər ki, kimsələrin
təsiri altında qalacaqlar vəya kimsələrin böyüməsi üçün arac
olacaqlar. Burada bir sorğu ortaya gəlir. Belə ki, içimizdən
olanların böyüməsini əngəlləməklə hansı qurtuluşdan söz açmaq
olar? Əcəba, vaxtıyla Dr. Çehrəqanlını sıradan çıxarmağa
çalışanların suyu kimin arxına axdı? Bugün Dr. Çehrəqanlı
çəkilib evində oturubdur. Bu, yoxsunluğun xeyrini kim gördü?
Yazıq o bağvana ki, qışın şaxtasından qurtulmaq üçün hər gün
bağının bir ağacını baltalır.
Brüssel toplantısının
kişisəl etginliklərdən qorunmasının yolu tanınmış qurum və
şəxslərin orda olması idi. İnhisarçılığı bahana tutaraq Brüsselə
gəlməyənlərin inhisarçı düşüncələrinə bir göz atalım: “Çün
mən bir qurum kimi varam, başqa bir qurumun yaranması mənim
iznimlə, mənim etginliyimlə olmalıdır. Yoxsa mən yoxam!”
vəya “Güneyin bizdən nə istəyi bir yana qalsın, bizim
Güneyə nə verəcəyimizi düşünməliyik!”Altı cizilmiş iki
cümlənin mahiyyətinə diqqətlə baxarsaq. Düşüncədə olan
bulanıqlığı aydınca görərik. Güneyin
dışarıdakılardan birlik istəyinə kimsə qarşı çıxmayır. Ancaq,
işə gəlincə qurum və birər səliqələrin üstünlüyü hər şeyi pozur.
Nə yazıq ki, Güneyə ağıl verməkdə, məsləhət görməkdə hamı
bir-birilə yarışa girmiş durumdadır. Brüssel Toplantısının
qayəsi bu dağınaqlığa son qoymaq idi. Bu üzdən, hər hansı
səbəbdən bu sonuca hazir olmayanların Brüsseldə yerləri boş
göründü. Brüssel bundan daha qalaballıq vəya bundan daha da
azsaylı ola bilərdir. Unutmamaq gərəkir ki, hədəf daşıyıcısı
olan insanın dəyəri matimatik ölçülərə sığmazdır. Dünyanın ən
nəhəng hərəkatının iradələrlə yaranmasını nəzərə alarsaq,
Brüssel Toplantısında iradə sərgiləyənləri, milyonlar arzunun
nümayəndəsi hesab etmək olar.
Sorğu 2:
Bu iki ardcıl
toplantının bir-birindən fəqliyi nə old?
Amsterdam toplantısı
qapalı siyasi taktikalar meydanıydı. Amsterdam toplantısının
hədəfi yalnızca dialoq olduğu üçün, ortada var olan gizlilik
açılmadı. Amsterdamdaki 12 maddəlik ortaq bildiri kağız
üzərindən irəli getmədi. Bu üzdən, işdə və əməldə nə kimi
ayrıntıların yaranması da qapalı qaldı. Həmin bildirinin
Brüsseldəki görəvinin icraçı olmasıyla başlayan çeşidli yozumlar
da aydınca görünməyə başladı. Belə ki, Amsterdamda olan ortaq
maddələrin Brüsseldəki yozumu dəyişik formalar aldı. Sadə
anlamla desək Amsterdamdaki qazanın Brüsseldə qapağı açıldı.
Amsterdamda sakin və səssizcə toplantının ortağlığına üstünlük
verən gənc düşünürlərin brüsseldəki ulusallıq həssasiyyətləri
üzə çıxdı. Amsterdamda iki taktikanın bir arada olmasını
düşünənlər, Brüsseldə bunların taktika deyil, stratejik yöntəmli
olmasını dərk etdilər. Azərbaycan
mərkəzli türkcü düşüncə və
İran mərkəzli
federal Azərbaycan
görüşləri iki qaçırılmaz düşüncə kimi qarşı-qarşıya durdu. Bu
sürəc tam toplantınin bir gününü aldı. Sonunda isə, mühafizəkar
solçu azərbaycançılıq və
çağdaş gənc türkçü
azərbaycanlılıq
arasında olan düşüncə ayrıntısı aydınca üzə çıxaraq
mühafizəkar
solçu azərbaycançılıq
qurumun dözümsüzlüyü ilə sona çatdı. Brüsseldə bu iki çeşidli
düşüncənin barış ortasını axtaranlar böyük əziyyətlərə
qatlansalar da, nə yazıq ki, uğursuz qaldılar. Bu ara,
Əhməd Obalı
bəyin uzun sürəcli TV çabalarının ardından Brüsseldəki tər
dökməsi də, mühafizəkar soydaşlar tərəfindən yanıtsız buraxıldı.
Bu soydaşların aşırı istəklərindən yalnız kiçik bir bölümünə
toxunuram: Bu soydaşların kiçik bir qurum olduqlarına
baxmayaraq, hər
işin başında olma səyləri, yeni yaranacaq quruma beyin olmaq
istəkləri ilgi çəkən idi. Bu soydaşların idialarına zidd olan
amatorca bir davranışa işarə etmək məqsədə uyğundur: Seçimlərə
aday olma zəmanı, hərkəs özünü vəya adayını tanıtarkən, bu
dostlar tərəfindən toplantıya qatılmayan iki soydaşın adaylığı
irəli sürüldü. Demokratlığa hayqırı olan bu davranışa etiraz
edən toplantı ortaqları adaylıq elan edən şəxs tərəfindən
dəli-nəsihətə və qarşı etiraza məruz qaldılar. Toplantı bu
totalitar tərzə yol verməyincə bu qurumun toplantını tərk etməsi
anlaşıldı. Sözsüz ki,
belə davranışlar nəticəsində, toplantıda ağır və olumsuz hava
yaranmış oldu. Ancaq, toplantının yüksək iradəsini bu oyunlar
poza bilmədi. Toplantı önünə qoyduğu amaca doğru irəlilədi.
Sorğu 3:
Bu iki toplantının
Azərbaycan Milli Hərəkatına qazancı oldumu?
İlk başda deməliyəm
ki, mən toplantınin iki-üç və hətta neçə aylar ertələnməsindən
yanaydım. Səbəbim çox aydındır. Belə bir gərəkən qurumun
yaranmasının geniş milli-siyasi kadır tələb etməsini
görməməzlikdən gələrsək böyük yalnışlıqdayıq. Brüssel
toplantısının daha dayanacaqlı və uzun ömürlü sonuc verməsi üçün
təcrübəli və çevrəli milli-siyasi aktivlərin bir araya gəlməsi
gərəkirdi. Brüssel buna nail olmadı. Bunun nədəni isə, anlamsız
tələskənlik idi. Hal buki, biraz xoşgörü, biraz özveri və bu
yolun ağır daşları olan milli-siyasilərin ortaqlaşmasını
sağlamaqla bu amaca əl tapmaq çox asan olardı. Nə yazı ki, başda
Əhməd Obalı bəy olmaqla bu önəmli işi irəli götürənlər diqqətsiz
davrandılar. Nədən Obalı bəy? Burada kimsənin sevinməsinə yer
yoxdur. Obalı bəyin son illərdəki aktivliyinin Azərbaycan Milli
Hərəkatına olumlu etgisini kimsə dana bilməz! Bu qardaşımızın
istər Günazda, istər gənəl alanda verdiyi milli mücadilə hər
müddəi üçün bir örnək olmalıdır. Sözsüz ki, Obalı bəyin haqqını
verməklə kimsənin haqqı əlindən alınmır. Ancaq, bir misal var ki:
“Yalnız ölülər yalnış yapmazlar!”. Yaranmış qurumun
/Güney Azərbaycan milli Azadlı Cəbhəsi/ yönətim
qurulunun 11+2 əsli və əvəz edici tərkibinə bir tablo kimi
baxarsaq işimizin nəqər zor olmasını görəcəyik. Burada kimsəni
kiçitmək kimi niyyətimin olmadığını vurğulamaq zorundayam. Bu
tablonun içində daha təcrübəli və milli yöntələrə tanış olan bir
çoxlarının yeri boşdur. Bu isə, gəlməyənlərin suçudur. Gəlib,
çırmalanıb iş görənlərə eşq olsun!.
Brüssel toplantısının
ən böyük qələbəsini, onun hədəfə doğru irəliləməsi oldu.
Umaram, Brüsseldən çıxan iradənin məhsulu
uzun sürəcli olsun. Bu yolda GAMAC öndəliyinin üzərinə düşən çox
işlər vardır. Görüşlər, ilişgilər və yeniliklərə yol açmaq
bunlardan biridir. Amsterdam və Brüssel kimi dəyərli
toplantıların dəvamı üçün sürəkli və ardı kəsilməz dostluq və
soydaşlıq ruhu gərəkir.
“Biz yarandıq, bir qurum olduq. Kim istərsə, bizə gələr,
kim istəməzsə, bizdən deyil.” Kimi əski və yıxıcı
zehniyyətlərin bir dəfəlik gömürməsi lazimdir. Belə xəstə
zehniyyətlərin yox olması üçün, saxta olmayan plüralizmin
gərəkir. Bu yolda, GAMAC-ın Yönətimində yerləşən gənc beyinlərin
üzərinə ağır yük düşür. İnanıram ki, gənc beyin sahiblərinin bu
yöndəki çabaları sonucsuz qalmayacaqdır.
Azərbaycan Milli
Hərəkatının sınırlı ideyasının sınırsız olduğunu hərkəs bilir.
Sadə deyimlə, Güneydə, Azərbaycanda, Türklükdə sınırlı olan bu
hərəkatın amacını dünya üzərində axtarmaq gərəkir. Azərbaycan
Milli Hərəkatının qaynağı və mərkəzi Güneydir. Amma bu hərəkatın
fikir sınırı gündən-günə Güneydən çıxır və dünyalaşır. Bu isə,
Güneyin və İran adlanan bölgənin talei üçün təkcə yoldur. Açığı,
Azərbaycanın Güney sorunu İran içi sorun yox, kürəsəl sorun
olmalıdır. Bu, bir bəşəriyyət savaşıdır. Keçmiş 30 ildə,
dünyanın iradəsi Güney Afriqa Apartaydını diz çökdürdü. 20-il
öncə, Rus sevit sistemi, ardıca federal Yoqoslav klonisi düyna
gücü ilə, darmadağın oldu. Bu olaydan sonra, yeni-yeni
özgürlüklər meydana gəldi. Ancaq, sona qalmış sümürülənlər
arasında hələ də, Biz varıq. Biz, bir dünya varlığı olaraq
vəhşilik boyunduruğunda qalan acı gərçəyik. Bizim də, insanlıq
haqqımız bir dünya varlığıdır. 35 milyonluq bir toplumun bütün
haqlarında uzaqda tutulmasının adını ölkə içi problem
adlandırmaq olarmı? Biz, Azərbaycan Milli Hərəkatı,nın dışarı
qolunu yaratmalı, onu dünyanın ən dərin siyasət qatmanlarına
yendirməliyik. Bunun üçün DAK-lar var, Şuralar var, Partiyalar
var, Dərnəklər var, İnsan və milli haqları qoruyan örgütlər var
vb. Bunlar varkən, bunların gücünü bir ayara toplayan bir
Cəbhənin oluşmasının bu millətə nə ziyanı ola bilərki! Amsterdam
və Brüssel bu önəm üçün tariximizə damğasını vurdu. Bunu
bacardımı, bacarmadı? Söz qonusu işin niyyətindən gedirsə,
bacardı diyə bilərik. Yoxsa, söz qonus, olumsuz nöqtələrin
böyütməsilə umudsuzluq yaratmaqsa, onda xəstəliyin dərmanını
başqa yerdə aramaq lazimdir!
Amsterdam və Brüssel
Azərbaycan Milli Hərəkatının kürəsələşməsi üçün atılan bir
addımdır. Kaşki, bu addımlara uğur qatmaq yolunda, Panfaşizmin
çəngəsindən uzaqlaşan tanınmış milli-siyasi çəxslər də
sorunluluq qəbul etseydilər.
Sorğu 4:
Bu iki
toplantıdaki düşüncə toqquşmasının özülündə taktiksalmı yoxsa
stratejik görüşlər yatıbdır?
Sözsüz ki,
çağdaş Azərbaycan Milli Hərəkatı gənc bir hərəkatdır.
Azərbaycanın heç bir tarixsəl qalxışında bugünkü ana fikir axını
görünməmişdir. Türk tanıtımı, Azərbaycan Türk Millətinin keçmiş
siyasal-sosial ayaqlanmalarında unudulmuş yöntəm olmuş sa da,
bugün onun ən sarsılmaz və dəyişməz incisi olmuşdur.
Azərbaycanın tarixinin bir bütöv olduğunu gözdən atmamaqla
yanaşı Türkmənçay Anlaşmasından sonra bütünlüyünü darbalara
vermiş bu tarixin çeşidli – Güney, Quzey, Qarayazı-Borçalı,
Dərbənd-Həştərxan, Qarabağ-İrəvan vb.- yöntəmlərini də unutmaq
mümkünsüzdür. Özəlliklə, bu arada 200 ilə yaxlaşan bir Güney və
Quzey tarix detalları ortadadır. Güney tarixində farsçılıq
gələnəyinin böyük alanda yer alınmasını nəzərə almadan bilimsəl
baxışa yiyələnmək mümkün deyildir. Bu, siyasal və kültürəl
axının Çaldıran yenilgəsindən günümüzədək çəkilməsini gözə
alarsaq millətimiz üzərində 500-illik bir basqının olmasını
görürük. Çaldıran yenilgəsinin ən iki acısı olan – siyasi
mərkəzin Azərbaycandan daşınması və iki qardaş dövlətin din
üzündən milli varlıqlarını itirməsilə yanaşı qanlı düşmən
durumuna düşməsi- hələ də irqçı düşmən tərəfindən propakanta
hədəfi kimi qalmaqdadır. Son 20-ildən üzü bəri Dr. Zehtabi kimi
millətçi qocamanların çalışması və gənc kəsimin böyük özveri
göstərməsi görünməkdədir. Bu qıssa zaman içində,
millətimizin bilimsəl görüşləri olduqca geniş alan almışdır.
Artıq, Məşrutə, Xiyabani, Pişəvəri, 29-Bəhmən, Xalq müsəlman
kimi kütlə ayaqlanmalarına duyğusal deyil, məntiqsəl
araşdırmalar yapılmaqdadır. Həmin yeni baxışların sonucu olaraq
May(Xordad) 2006 “Azərbaycan Ulusal Ayaqlanmasına” deyinmək olar.
Türkçülük təməlləri üzərində millətimizin milli istiqlal və
qurtuluş arzularının tərcümanı olan gənc Güney “Azərbaycan Milli
Hərəkatı” yeni çağımızın ulusal inanc hərəkatı olmuşdur.
Ancaq, milli yöntəmdə
nəqədər irəliləmə olsa da, üzülərək etiraf etməliyik ki, hələ də,
bəzi mühafizəkar sol düşünürlərin bu dəyişikliği qəbul etmə
səviyələri donuq olaraq qalmaqdadır. Bunlar üçün, milli-siyasi
söyləm, keçmişdəki sol dialoq anlamı kimi alqılanır. Bu
dostların dialoqdan anladıqları yalnız sinif və ictimai qatlar
çərçivəsində qalmaqdadır. Onlar, 40-50 illik dərin sinif və
siyasi təcrübələrinə dayanaraq, gənc milli düşünürlərin saf,
təmiz duyğularından istifadə etmək hiləsi irəli sürürlər. Bu
robotlaşmış siyasətin altında həm də dərin mənəmlik psikolojusu
yatmaqdadır. Özlərini hərkəsdən savadlı, ağıllı, üstün və elit
sanan bu cənabların ilginc iddialarından bir örnəyə baxalım:
“Mən bir keyfiyyətəm, minlərcə kəmiyyətdən üstünəm. Mən
kəmiyyətlərlə uğraşmaqla dəyərli zəmanımı boşa xərcləmərəm!!”.
(eyn ifadələr!) Belə düşünürlərə görə, millət anlamıyla kütlə
anlamı eyniləşir. Millət kütlə kimi alqılanır. Savadsız, əzgin
və özünü tanımaz kütlənin seçim haqqı yoxdur. Yalnız elit
düşünər və lider olar. Bu üzdən, düşünür millətdən üstün dayanan
aristokratdır!
“Xordad/may”
ayaqlanmasından sonra “Azərbaycan Milli Hərəkatı”nın təməl
görüşünü oluşduran, Özgür, Bağımsız və Azərbaycan Mərkəzli
Türkçü düşüncə özülü daha aydın görünməyə başladı. İrqçı
fars dövlətin isə bu tavana qarşı grişimi qat-qat sərtləşdi.
Rejim üçün ən qorxunc olay Azərbaycanda yayğınlaşmaqda olan
türkçülük və türk yöntəmlikdir. Rejimin bu haqdaki tutumu
olduqca doğaldır. Ən azından buna görə ki, var olan irqçı rejim
Azərbaycan ayaqlanmasını özü üçün son fəlakət hesab edir və
hesabında da yalnış etməyir. Demək, Rejimin Azərbaycana qarşı
düşmənçiliyi bəllidir. Ancaq doğal olmayan üzücü bir görüş də
ortada vardır. İrqçı dövlət sisteminin 10-cu seçgilərilə
başlayan yeni bir rejim içi güc dava ilə yanaşı Güney
Azərbaycanın da gündəmində milli-siyasi altirnativləşmə sürəci
özünü göstərdi. Rejimin var olan iki rəqib qanadından daha
pisinin seçilməsilə haqlı etirazlar baş qaldırdı. Təbriz başda
olmaqla Azərbaycan bu mərkəzçi ayaqlanmağa qatılmadı. Başqa
anlamla Azərbaycan türklüyü gec bulduğu öz yöntəmini əlindən
buraxmaq istəmədi. Azərbaycan bir daha irançılıq yolunda həzinə
verməyəcəyini bəlli etdi. Azərbaycan rejimin iç savaşına deyil,
öz milli savaşına hazir olacağını göstərdi. Belə olan halda,
özümüzdən olan keyfiyyətçi(!) mühafizəkar qələmlər, öz millətini
qamçılakən, mərkəzçi Yaşıllar hərəkatına qatılmayan Aərbaycan
Milli Hərəkatını geriçilikdə, təcrübəsizlikdə, bir iddə xəyalçı
millətçilərin (istiqlalçıların) əlində əsir olmaqda ittiham
etdilər. Bu ağalar yazdıqca Azərbaycan Milli Hərəkatı öz düzgün
yolunu sürdürdü. Ancaq, bir ürək bolanma ortada qaldı. Atalar
demişkən “Milçək murdar eləməz, ürək bulandırar!”
Amsterdamda fikir ixtilafları deyil, səliqə
dəyişikliyidir ifadələrinin sıx-sıx qullanılmasına tanıq olduq.
Brüssel bu qapalı diplomatik ifadələri üzə çıxardı. Brüssel
toplantısı, Azərbaycan aktivistiləri arasında dərin təməl və
stratejik düşüncə dəyişikliyinin qacırılmazlığını ortaya qoydu.
Hətta daha ötəsi, Brüsseldə istiqlalçıların belə, arasında
düşüncə fərqliyi aydınca göründü. Bu görüntü toplantı sonlarında
daha netləşdi. Bu plüralizmdir yoxsa, millətaltı əski xəstəlik!?
Buna gələn fürsətlərdə toxunacayıq.
Sorgu 5:
Amsterdam və
Brüssel toplantılarında Azərbaycanın diaspora və lobbi
proqnosları göründümü?
a)
Diaspor
Diaspora daha çox
kültürəl və sosial ağırlıqlı olan ölkə dışı vətəndaşlıq və
soydaşlıq toplusudur. Gənəl kimlik anlamına sahib olan diaspora
fəlsəfəsində siyasi yükümlülük təyin edici rol almamaqdadır.
Siyasətin zatında var olan hücümçü ruhla diasporanı düşünmək
doğru deyildir. Diasporanın doğrudan birləşdirici və toparlayıcı
fəlsəfəsilə siyasətin dar qapsamını qarşılaşdırmaq olmaz.
Diasporanın ideolojiklə də yaxından ilişgisi olamaz! İdeolojiya
bəlli fikir dördgenində tərif olan anlamdır. Diasporanın daha
çox bir milli fəlsəfə olduğunu nəzərə alarsaq, onu vahid bir
millət-dövlətin öz sınırlarından kənardaki kütləsinin birləşdimə
mekanizmi adlandırmaq olar. Bu üzdən, diaspora ümummilli alanda
oluşan sınır dışı bir savunma çabasıdır. Buna görə, şiddətlə
bütövçü və siyasətdən qaçan kültürəl və sosial meylə yönəlikdir.
Diaspora təşkilatlanmasıyla bəlli dil, tarix, din, kültür,
sosial birlikləri yaranar. Son illərdə Quzeydən və Güneydən
gələn minlərcə ailənin məhz Azərbaycan adı altında bir araya
gəlməsilə saysız dərnək, cəmiyyət və milli birliklər
formalaşmışdır. Öz pərəm-parça vətənində birlikdən yoxsun qalan
bir millətin çeşidli kültürlər basqısında fərqlənmiş
psikolojisini yalnız Vətən sevgisi altında bir arada saxlamaq
olar. Son illərdə, dar və cahil amaclar üzündən siyasi
görüşlərin Azərbaycan Diasporasına girməsinin və alanın
siyasiləşməsinin şahidi olmaqdayıq. Elə bu üzdən, Azərbaycanın
ümummilli maraqlarının zədələnməsini, dərin çatlamasını görürük.
Sadə bir sözlə, diaspor varlığı ilə lobbiçilik anlamını dəyişik
tutanlarn üzündən formalaşmaqda doğal sorunlar yaşayan
diyasporumuzun durumu irəli getməkdənsə, geri dönüş yaşamaqdadır.
Belə davranan soydaşlar, bu dərk etməlidirlər ki, Azərbaycan
diasporunun siyasi yöntəm alma gücü və mahiyyəti yoxdur. Çünki,
Azərbaycanda istabilləşmiş hakimiyyət və müxalifət ilişgisinin
olmamasıyla yanı-sıra, həm də siyasi durum baxımından Güney,
Quzey fərqlikliyi vardır.
Çox sevindirici
haldır ki, istər Amsterdam, istərsə Brüssel toplantılarında
Azərbaycan diasporu qonusunda hər hansı ciddi düşüncə ortaya
qoyulmadı. Çünki, bu toplantıların hədəfində Güneyin
milli-siyasi hərəkatı var idi. Bu iki toplantının bütün yazılı
və söyləm məntiğinin yönü Güney idi. Azərbaycan diasporunun
güclü olduğunu fərz edərsək, yalnız onun bu kimi toplantılara
səssiz dəstəyini düşünmək olar. Əks halda Amsterdam və Brüssel
kimi tək yönlü toplantıların Azərbaycan diasporuna ziyan verici
məqsəd dəyişməsini gözdən qaçırmaq olmaz.
b)
Lobbi
Lobbiçilik
diasporanın tərsinə bir siyasi yöntəmə malikdir. Bəzi labbi
mərkəzlərinin siyasi hədəflər üzərinə örtük salmasnın məhz
siyasi bir manovra olmasını da göz önünə almaq gərəkir. Lobbi
bəlli bir siyasi hədəfin (İqtidar vəya müxalifət) dış qolunun
propakanta gücüdür. Elə buna görə, davacıl, hücümçü və bəlli
dövlət vəya millətə qarşı yönlənmiş siyasi amaclı qurumdur.
Örnək olaraq dünyanın bütün siyasi alanlarında faktik güc kimi
tanınan Yəhudi, Yunan, Ərməni və gedərək güclənməkdə olan Kürd
lobbilərindən ad aparmaq olar. Bu qurumların daha çox diaspora
mərkəzlərindən siyasi kadr güc toplamasını və onlara
proffesiyonelcə yöntəm verməsini görmək olar. Diasporanın
tərsinə Lobbiçiliyin ən əssas fəaliyyət dairəsi yerli
siyasilərin içidir. Bu yolda üniversitetlər, elmi mərkəzlər,
siyasi araşdırma məkanları, böyük ticarət alanları ən əlverişli
çalışma yerlərdir. Mali sektorlarla yanaşı elmi mərkəzlərdə
eyitimləşən siyasi kadrların yetişdirilməsi yerli dövlətlərin də
maraq dairəsinə hizmət edir. Kürəsəl dünyanın siasal
diplomatiyasında lobbi mərkəzlərinin geniş rolu vardır. Yenə
örnək olaraq dünyanın ən nəhəng lobbi mərkəzi olan Yəhudi
Lobbisinin Amerika siyasətində olan danılmaz roludur. Bu Lobbi
təşkilatı oxtapus kimi dünyanın bütün mali və siyasi dalanlarına
qol atmışdır. Amerikanın hər hansı siyasi hakimiyyətində
İsrailin markası vurulmaqdadır. Bunun səbəbi isə, Yəhudi
lobbisidir. Buna bədəl Amerikanın da ekonomik maraqları bu
lobbilər tərəfindən qorunur. Bu haqda, həmin lobbilərə bağlı
olan Yəhudi kəlan trastlara və kartellərə işarə etmək olar.
Amerika üzdə İran adlanan dövlətə qarşı ambarqo uyqulayır.
Həmin lobbinin himayəsində olan sınırlar ötəsi şirkətlər isə
qaçaq yollarla ehtiyac olan materilları arxa qapıdan İran
sınırlarına daşıyır. Bu iki başlı oyundan Amerika dövlətinin
əldə etdiyi vergi və dəllalıq qazancı qat-qat artır, Lobbi isə
özünə aid olan banklarını, mali qaynaqlarını sürəcli olaraq
qorur. Son zamanlar İran adına iki Lobbinin ortaya gəlməsinə
tanıq olmaqdadıq. Azərbaycana gəlincə, ortada hər hansı Lobbi
adına bir girişim yoxdur desək yanımamışıq. Amsterdam və Brüssel
toplantılarını yönətənlərin gizli zehniyyətində belə bir
girişimin olmasını ümid edə bilərikmi, yoxsa...? Məncə, Brüssel
toplantısının alt bilincində belə bir girişimin olması çox
uğurlu istəkdir. Ancaq, Brüssel toplantısında illərini
Azərbaycanın Güneyinə və bütövlüyünə verənlərin olmaması və
olanlara da təmiz ürəklə yanaşılmaması üzündən milli-siyasi kadr
boşluğunda olan Güney AMAC(GAMAC)-la lobbiçiliyə getmək olarmı,
olmazmı? Bunu gələcək göstərəcək!
Sonuc:
Brüssel toplantısını
ələşdirən bəzi sol soydaşlara görə, orada heç bir uğurlu hal yox
idi. Sözsüz ki, bütün siyasi fəaliyyət və yaşam
həssasiyyətlərini Azərbaycanın türkçü düşüncəsini məhv etmək
yolunda qoyan bu soydaşların fikrincə Brüssel bir uğur olabilməz
idi. Çünki, Brüssel bir çayxana məhvili deyil, bir iş
mikanizminin yöntəmini açan toplantı idi. Bunu qazandımı
qazanmadımı? Söz qonusu bu deyil. Söz qonusu Azərbaycan Türk
Millətinin məhz öz inanclarına və əldə etdiyi simgə varlıqlarına
dayanaraq özgür, bağımsız tam istiqlal yola addım atmasıdır.
Təbiki, bu soydaşların belə yöntəmləri dərk etmə hazırlıqları
yoxdur. Bu soydaşların vaxtıyla BAB, DAK, Milli Şüra, milli
partilər və qurumların da yaranmasında VətənPərvər
mövqeləli belə olmuşdur. Bugün də belə, sabahda belə olacaqdır.
Millət öz yoluna, bu soydaşlar inkar yoluna! Bizim
əlimizdə nə gələr ki!!
Bütün çalarlarıyla,
Brüssel Toplantısı bir amac doğruntusunda atılan uğurlu addım
oldu. Orada yaranan yeni qurumun, Azərbaycan Milli Hərəkatına
nələr verəcəyini dözərək görəcəyik. Brüssel Toplantısının möhürü
və damğası, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi-dir.
Bu damğanın gələcəkdə haralara vurulmasıyla Brüssel
Toplantısının düzgün dəyəri ortaya çıxacaqdır. Umaram, hər hansı
nədəndən Amsterdam və Brüssel toplantılarında olmayan milli
qurum və şəxslərin də ürəkdən qatılımı ilə GAMAC yönətiminin
çiyinindəki yük, hərkəs sarından bir milli borc kimi mənimsənsin!
Son
e_qaradagli@yahoo-se
2010-07-15
|

|