Fahişələr də futbol oynayır



525ci Qəzet 02/10/2004



Qvatemalada əxlaqsız qadınlardan təşkil olunan "Estrellas de la Linea" komandası Mərkəzi Amerikaya səfər edəcək.
Əvvəlcə futbol klubunun fahişələrdən ibarət olması məlum olarkən kollektiv turnirdən kənarlaşdırılıb. Bu hadisə mediada əksini tapdıqdan sonra beynəlxalq aləmdə maraq doğurub. Bundan sonra komandaya bir firma yardım əlini uzadıb.
Rəsmi yarışlarda iştirakına icazə verilməyən klub yaxın günlərdə Qvatemalanın turist mərkəzləri Livinqston və Petenə gedəcək. Oyunçular burada olan 200 əxlaqsız qadının arasından seçilirlər. Onlar Əl Salvadora da yollanacaqlar. Əxlaqsız futbolçular burada yoldaşlıq oyunlarında qüvvələrini sınayacaqlar.

 

Yazı haqqında nəzər veriniz!

 

يازي حاققيندا نظر وئرينيز!