MİLLİ HÖKUMƏTİN SİYASƏTİNDƏ DİL VƏ TƏŞKİLAT MƏSƏLƏLƏRİ

 

 

Azərbaycanın aldığı tarixi yaralardan hələdə ki var qan axmaqdadır. Tehrandan ölkəyə ağalıq edən Fars-iran şovunistlərinin istək və arzuları türkün zəngin mədəniyyətini talan edib, azadlıq yolunda apardığı mübarizəni tarix səhifəsindən silib, dilini kəsib yox etmək olsa da, arasıkəsilməz ayağa qalxmalar və mədəni dirənişlər onun əksini isbat edir. Tarixin səsini eşitmək bacarığını əldən verən rasistlər əkdikləri yelin “fırtına” adlı meyvəsini dərməyə məcbur qalırlar.

S.C.Pişəvəri milli azadlıq yolunun böyük öndəri, milli sərdar Səttar xanı hakim rejimin xarıcı dövlətlərlə birlikdə toteə edib cəlladanə siyasətlə Tehranda öldürməsini, Şeyx Məhəmməd Xiyabanini qətlə yetirən xain  Hacı Müxbirülsəltənənin əvvəlcə millət nümayəndəsi seçilməsini və sonra on ildən artıq Reza xanin əmrilə İran dövlətinin rəisi olmağını və s. nəzərdə alaraq deyirdi:     

 “Tehran Azərbaycanın həmişə fışar altında qalmasına çalışmışdır. Orda hökumət sürən xain ünsürlər bizim başçılarımızı məhv, nabud edib, milli qürurumuzu sındırmaqdan bir an belə sərfenəzər etməmışdir.”

Hələ də ki var İranda tarix boyu çoxunluqda olan türkün vergisi və milli sərvəti ilə yaranan televiziya, radio, mətbuat orqanlari irqiçi fars -irançıların viran edici  siyasəti ilə ara vermədən Azərbaycan türkünü alçaltmağa vaxt qoyur. Reza Palaninin(Pəhləvi) İranda fars olmayan millətlərə qarşı yönəltdiyi bu fürsəttələblər yenə də tarixi keçmiş iyrənc siyasətlərinə islam donu geydirərək təkcə 100 ildə 3 böyuk ictimai-inqilaba başçılıq edən qəhrəman türkün danılmaz milli hüquqlarını  tapdalamağa çalışırlar. Keçmişdə dəfələrlə təkrar olduğu kimi, türkün dözüm  kasası daşıb öz kimliyi və varlığı üçün ölüm-dirim mucadiləsinə əl vuran zaman  quyruğu qapı  arasında qalan  bu tulkulər Səttarxanı, Xiyabanini və  21 Azər  hərəkatını məhv etmək üçün bir əldə qılınc tutur və bir əldə “Azərbaycan İranın başıdır” şuarı ilə şarlatanlığa başlayırlar. Və unutmayaq ki, tarixdə əsarətə, sömürgəyə boyun əyməyən türk dəfələrlə qılıncdan çox,  bu  aldadıcı boş sözlərin qurbanı olubdur. Amma yenə də millətin gücünə dayanaraq milli varlığından müdafiə əzmini nişan veribdir. Nəhayətən  dərdli və yaralı ürəklərdən çıxan sözləri belə bir şuarla bəyan etdi:

“Hayıf ki biz sizi qardaş bilmışdik!”

Zamanın səsinə səs verən, çeynənmiş vətənimizin haqq bağıran  türk övladları 21 Azər hərəkatının yeni mərhələsini gəlişdirərək tam həqiqi mənada milli ruh və fədakarlığı ilə türk millətinə qarşı davam edən siyasət əleyhinə milli-mədəni mübarizəyə başlamışdı. Azərbaycan türkləri 21 Azər hərəkatı ilə, ondan sonra gizli şəkildə və bəzən də 1339-cu ildə olan milli azadlıq hərəkatı kimi  böyuk əzm və iradə ilə  öz milli varlığından müdafiə etdi. Demək olar ki, illərdir islam adı altında gizlənən Rəfsəncaninin Xorasanda Orta Asiyanın  təzə istiqlal tapan dövlət başçılarına  dediyi: “İslam cümhuriyyəti istəyir fars dilini islamın siyasi dili etsin”, və ya  “sivilizasiyaların dialoqu” kimi sözləri saqqız kimi çeynəyən Xatəminin dəfələrlə dediyi: ”Fars dili və islam dini iranlıiıq kimliyini təşkil edirlər”  kimi boş sözlərlə millətimizin ürəyində saf bir inanc kimi yaşayan    islam dininə inamı Rzaxanın Hitlerdən aldığı  zamanı keçmiş Faşizm teorisinə, ondan qidalanan və bu günədək davam edən İran siyasətinə  qurban verməkdədirlər. İran adlanan ölkənin tarix və mədəniyyətinə tam mənada zidd olan bu kimi sözlərin qabağını almağına görə 9.4.06 tarixində ölkə məsülları ilə görüşündə dini rəhbər Xameneyinin dediyi bu söz: ”Fars dili İran millətləri arasında birlik faktoru deyil. Birlik faktoru yalniz müqəddəs islam dinidir” Bu sözlər inam və ya  bir prosesdə  qanlı savaşlarin  qabağını almaq hədəfi ilə özü milliyyətcə türk olan din başçısının dilindən çıxsa da,  bu  rejimdə heç bir zaman fars olmayan millətlərin xeyrinə tamam olmaz. Buna görə ki, bir insan nə qədər xeyirxah olsa da, insan hüqüqlarını tam mənada tapdalayan bir sistemdə nəhayətdə onun bir ixtiyarsız möhrəsindən başqa bir iş görə bilməz. Elə bu nədənlərə görə Güney Azərbaycan türkü bu gün dövlətlərin dəyişilməsini, Əlinin yerinə Vəlinin oturmasını yox, bəlkə hökümət sisteminin tam mənada deyişilib, milli demokratik dövlət quruluşu yolunda mucadilə aparır. Keçmişdən aldığımız dərslər və qan bahasına qazanılan təcrubələr isbat edir ki, yalnız demokratik dövlət sistemləridir ki,   millətlər arasında bərabərhüquqluluğun keşıyində durmaqla, dostluğu, iş birliyini və barışı daha da gücləndirsin.

İran göylərində ucalan səs elə bil milli hökumət dövrundə Azərbaycan məmləkətinin kənd və şəhərlərində düşmən qulağını kar edən şüarların, programın yeni şəraitdə əks-sədası idi. S.C.Pişəvəri yazırdı: “Bu proqram firqənin o günədək müntəşir və təbliğ etdigi şüarlar üzərində tənzim olunmuş idi...”Azərbaycan azərbaycanlılarındır! şüarı gərək əməli olsun, biz özgə millətin təhte-qeyyumiyyətinə girməyəcəyik. Qoy bu şüarlar xəlqimizin  tarixində səbt edilsin”(Azərbaycan, №110,  bəhmən 1324).

Təəssuflə Avropa dövlətlərinin İran türklərinin 1 xordaddan başlanan milli-mədəni dirənişinə və dövlətin  o etirazı qanda boğmasına göz yumması göstərdi ki bunların bizlərə görə siyasətləri  61 il bundan qabaq S.C.Pişəvərinin  dediyi aşağıda nəzərlə üst-üstə düşür: “Əgər Avropa Bisutun kitabələri və Təxti-cəmşid haqqında əldə etdiyi məlumatın mində bir faizi bu işdən çox razı qalardıq.... şərqşünaslar əsla istəmirlər ki, öz başlarını qədim dövrün xərabələrindən və qədim kitabxanaların toz-torpağı içərisindən çıxararaq bizim canlı, müasir ədəbiyyat aləmimizi seyr etsinlər və müasir mədəniyyətimizin yetişdirdiyi parlaq ulduzlara bir nəzər salsınlar” (Cənubi Azərbaycan Ədəbiyyatı Antologiyası, III c., 1988, s.366.).

Güney Azərbaycan türkləri 1 xordad-22 may 2006-cı il dirənişi ilə milli muqəddərat ələ gətirmək üçün tariximizdə bir yeni səhifə açaraq, bütün milli azadlıq yolunda mədəni, demokratik mucadilə edənlərin siyasi bərnamələrini və ana istəklərini canlı olaraq dilə gətirmışdir:

“Haray-haray mən türkəm!”

“Mənim dilim ölən deyil, özgə dilə dönən deyil!”,

“Ana dilində mədrəsə!”

“Hayif ki biz sizi qardaş bilmışdik!” və s.

Fars –İran irqçi rejiminin silahlı quvvələrinin gülləsilə şəhid olan vətən övladları öz qanları ilə isbat etdilər ki, dövrün istəyi yazılmış qanunlardan haqlı və daha qüvvətlidir.Bälli dir haq nä bahasina olursa olsun almalödir.

Qara tufan ki dəxi xəlq ilə şuxluq eləməz,

Sel gərək, el dağıda, ev yıxa, eyvan apara!(Şəhriyar).

Bu viranedici selin qabağını alıb və milləti uğurlu gələcəyə çatdırmaq üçün önümüzdə duran ən vacib  məsələ təşkilatlanmaqdır. Aydındır ki, bu təşkilatlanmaq sol təfəkkur əsasında milləti varlı və yoxsula parçalamaqın əksinə millət naminə birləşıb düşmənə bir yumruq kimi zəbələr vurmaqdır. Bir tərəfdəndə gərək ayıq-sayıq olmaqki bu gün savadsız millətçiliyin faciəsi yəni milli savaşda millətin qurtuluşunu yalnız saq təfəkkürə bağlamaqla, millətin birliyini əlacsız xəstəlik kimi  çürüdüb aradan götürməsin. Orta əsrlərdəki  kimi insanları əqidəsinə görə  “məhv etmək”, düşmən  saymaq  bizim milli mübarizəmizin öndərlərinə və bu yolda fədakarlıqla mübarizə edən insanlarımıza təhqirdir. Əli Azərinin aşağıdakı düzgün nəzəri hər bir milli mübariz üçün örnək ola bilər: “Milli məsələdə kimsə bir əqidədən, məramdan asılı deyil, hər kim, hər nə əqidə və məzhəbdə və hər yolda olmağa muxtardır. Bir kimsənin həqqi yoxdur ki, filan məram və filan əqidə adına  sxolastik dövrəsində olan kilsə istibdadını yenidən qursun. Çünki milliyyət ümumi bir mövzu və ümumi bir həqdir bu ağanın və ya o xanımın, və habelə aşağı qatın və yuxarı qatın deyil”(Ədəbiyyat və milliyyət, I cild, s.95).

  İctimai-siyasi baxımdan birliyin ən gözəl və ictimai dəyəri təşkilatda və təşkilati çalışmaqda məna tapır. Təşkilatlanmaq çevrəmizdə olan hər bir şey kimi müəyyən bir prosesin məhsuludur. Milli dirçəlişlər yalnız milli zülmün nəticəsində başlanmır, bəlkə millətin aydınlarının və müəyyən bir dövrana, bir mərhələyə aid olan siyasi nəzəriyyələrlə şəkil tapır. əyər bu dirçəlişlərin nəticəsi olan duvlətlər müxtəlıf səbəblərə görə  aradan gedirlər.öz dil və kimliyinin keşiyində dura bilməyə millətlərdə tarix səhifəsındən silinib məhv olurlar.Elə bu səbəbdəndir ki, ən adlım millət və dövlətlərin bir çoxundan indi təkcə quru ad qalıbdır. Buna görə ki, bunlar milli varlıqlarını qorumamaqlarına görə öncə milli dövlətlərini əldən veriblər və sonra hakim millətin şovinist siyasətlərinə təslim olaraq onların içində əriyib məhv olublar. Buna örnək olaraq öz zamanının dünyada üç böyük dövlətindən biri olan və yurdunun varlı və gözəl dənizinə  öz soy-kökündən adını alan(Xəzər dənizi) Xəzər türklərindən və dövlətinin adını çəkmək olar. Bu gün məhv olub aradan getmək istəməyən millət  üçün təşkikatlaşmaqdan başqa bir yol qalmayibdir.

Milli varlıqdan müdafiə edən təşkilatların öz qaynağından(praktikdən) uzaqlaşması və toplumda olan münasibətlərin arasıkəsilməz dəyişilmələrinə göz yumması onların nəzəriyyələrini və yazdığı bərnaməni barsız və kölgəsiz ağaca çevirə bilər.

Praktik insanın çeşidli sahələrdə, o cümlədən duyğu, iş sahəsindəki davamlı çalışmaları, mübarizələri nəticəsində əldə etdiyi başarılar, təkamül və inkişaf formasında özünü göstərir. Onun hədəfi təbii və ictimai çevrəni insanın yaxşı yaşaması üçün dəyişməkdir. İctimai mübarizənin çevrəsi axtarış və araşdırma ilə fərqlidir. Elə bu nədənlərə görə ictimai pratikdə təşkilatın elmi dünyagörüşündən əlavə onun başarılar qazanması üçün kəsici olmaqi, əminlik və coşğunluqu ən əsas məsələdir. Biz millətimizin sonsuz gücünə inanır və bu gücü yalnız bilik və siyasi tərbiyə, siyasi gəlişmə yolu ilə özünə qayıtmaqda görürük. Məncə bu kimi əsas istək və arzuya əl tapmaq  yalnız kültürəl devrim və milli təşkilatlarla mümkündür. Əgər təkbaşına işləmək damcının qumsallığa tökülməsinə bənzəsə, milli təşkılat xırda arxların  birliyindən yaranan dəniz və mütərəqqi qüvvələri  özündə birləşdirən,  millətlərin taleyini təyin etməyə qadir olan sonsuz milli gücdür. Demək olar ki, milli azadlıq hərəkatını boğan, öz millətini başqa millətlərdən üstün bilib və onu hakim etməyə çalışan quvvələr bir hakim milləti məhkum hala gətirmək üçün onun ilk prosesdə milli siyasi şəxsiyyətlərini qətlə  yetirirlər. Onlar bu cinayətlə yalnız o milləti təşkilati qüvvədən məhrum etməyi nəzərdə tuturlar. Bu mərhələdən sonra dili aradan aparmaqla milləti yox etməyə başlayırlar. Elə bu səbəbdən S.C. Pişəvəri deyirdi:   

“Azərbaycan  xalqının milli və demokratik azadlığını təmin etmək üçün mövcud siyasi qüvvələrdən əsaslı surətdə fərqlənən siyasi təşkilatın yaranmasi zəruri idi”.

“Biz bu xüsusda uzun-uzadı mütaliə etdikdən sonra yəqin hasil etdik ki, möhkəm bir təşkilat vücuda gəlməsə, gündən-günə qüvvətlənməkdə olan selin(irticanın hücümu nəzərdə tutulur)qabağını sədd etmək mümkün olmayacaq, ona görə birinci növbədə böyük bir firqə yaratmağa təşəbbüs etdik”(Qızıl səhifələr, s.23).

Təşkilat da hər bir varlıq kimi şəraitin  və onun milli şüurunun hansi mərhələsində olduğunun və hakimiyətin mahiyyətinin güzgüsudur.    başqa dildə desək, təşkilat millətin varlığı, azadlığı təhlükədə olan zaman yaranırsa,  faydalı olur. Azərbaycan bu siyasi kulturda  də həmişə qabaqcıl olmaqla düşmənlərin ovcunu açmağa və onlara dirsək göstərib, diz çökdürməyə nail olubdur. Bəllidir ki, milli təşkilat bir ovuc öz qazancları üçün  hər yoldan yetənə quyruq bulayan, lümpen və  ictimai-siyasi təcrubəsiz, şəxsi ixtilafları unuda bilməyənlərin yeri ola bilməz. Əgər təşkilatın olmamaqlığı bir millətin düşmənlərinə kortəbii ayağa qalxmalari tezliklə qan dəryasinda boğmağa nail edırsə, alçaq, hər gün bir dona girənlərin yuvası olan təşkilatlar ondan dahi dəhşətli təsir qoymaqla millətdə siyasi- ictimai işlərdə iştirak edib başlarına bir çarə qılmaq istək və arzusunu yandırıb külə döndərir. Böyük natiq və qorxmaz Şeyx Məmməd Xiyabani hərəkatının devrilməsı və onun  şəhadətə yetirilməsi bir tərəfdən təşkilata önəm verməməkdən və bir tərəfdən də öz qazancları üçün  ağına-bozuna baxmayib hər  bar bayrağın altında sinə vuranlara etimadin nəticəsində baş verdi. 21 Azər hərəkatının başçısı deyirdi: ”Firqə böyük bir siyasi təşkilatdır. O, bir dəstə bisavad və məlumatsız adamların yığıncağından ibarət ola bilməz. Əsaslı bir firqə düşüncə, anlaq və siyasi məlumat üstündə qurulmalı, üzvlərinin biliyinə dayanmalıdır”.

Milli zülmə məruz qalan millətlərin təşkilatı siyasi çalışmayla yanaşı siyasi, ictimai, iqtisadi sahələrdə də kadrlarin tərbiyəsinə olduqca önəm verməlidir. Burda o kadrlardan söz gedir ki millətinin ağ günə çıxmasına özlərinin qara günlərə tablaşmasından və canlarından belə əziz tutmasi bahasına inanırlar. Böyük təşkilatçı S.C. Pişəvəri yazırdı ki: “Hər kəs öz başını saxlamaq üçün yaşasaydı, dünyada böyük simalar, fədakar qəhrəmanlar və canlarını vətən və millət yolunda fəda edən rəşid insanlar tapılmazdı(21Azər, 1961, s.92.).

Milli öndərimiz insanda bilik, igidllik və fədakarlığı genetik bir vergi yox, bəlkə onu yalnız və yalnız ictimai-kültür və siyasi təşkılatların fəaliyyəti nəticəsində yaranan mühitin məhsulu sayırdı. Yəni təşkilatlar ictimai dəyişikliklərə səbəb olmaqla toplumdan  qidalanıb, şəxsiyyət olan insanın  gərçək anlamda bir milli şəxsiyyət olmağına şərait yaradır. Öz  ömrünü ictimai- siyasi mübarizələrdə keçirən Pişəvəri çox salıb çıxandan sonra,”bir gündə silah gücü ilə qiyam edib dövləti idarələri tutmaq” və ya  “Tehrana teleqraf göndərib, etiraz mitingləri təşkil vermək” və bu kimi  təklifləri rəd edib və firqəni mühafizəkarlığa və kəndlilərin dərdənə yetişməmək kimi  acı sözlərə və ittihamlara göz yumaraq təşkilatinan millətin əlaqələrini daha da sıx və möhkəm edir. Təbiidir ki, hər bir ictimai- siyasi işdə  tələsib, vaxtsız bir praktikə əl vurmaq düşməni ayıq-sayıq salaraq onun əlini  hərəkatı dağıdıb, xalqın isti aşına soyuq su  qatmaq kimi işlərə açıq qoymaq kimidir. İctimai işlərdə tələsmək və “təndiri qızdırmadan çörək yapmaq” türkün bu dahiyanə sözünü “xəstə tələsər, amma armud vaxtında yetişər” xatırladır.

Pışəvəri yazir:”... Acı tənqidlər və şədid təərruzlərə baxmayib kəmalxonsərdlik ilə xəlqi təşkil edib, fədai dəstələrini firqənin inanmış adamlarının rəhbərligi altına çəkməyə çalışırdıq. Nəhayət, hərəkət xəlq içərisindən başlayib bütün ölkəni bürüyüb Tehran irticainin qoşun qələlərini üzüyün qaşı kimi mühasirəyə alub milli qüdrətimizin qabağında dız çökməgə məcbur etdi(21Azər, s.8-9).    

Aydındır ki, dayaz məlumata güvənən siyasi bir təşkilat ölkənin heç bir sahədə qabağa getməsinə yardım edə bilməz. Mübarizənin bir prosesində kadrın olmamaqlığı tam mənada devrilməyə, qurtaran bir yola aparıb çıxardar. Layiqli, xalqa sevgisi olmayan kadrlar, nəhayətən, düşmən dəyirmanına su tökərlər. Yalnız təşkilat başçıları yox, bəlkə onun kadrları və üzvləri də siyasi-ictimai tərbiyə olmaqla öz təşkilatının yaranma nədənini, tarixini, bərnamədə qeyd olunan şüarlar əsasında vəzifələrini dərindən başa düşüb buna əməl etməlidir. Dünyada gedən prosesləri və demokratik üsullarla idarə olunan dövlətlərin quruluşunu  və onların siyasi platformalarında olan yaxşı və pis nəzərləri  tanımalıdırlar.

Ana dil və milli dirənişimiz!  

Siyasət dünyasının isti-soyuğunu görmüş S.C. Pişəvəri  bəşəriyyət üçün tarix boyu ən mübahisəlı, önəmli və əsas sayılan “millət” və “milliyət” kimi mövzuları dərindən düşünərək milli hakimiyyətın təməl daşını qoydu. O türk dilini rəsmi dövlət dili elan etməklə milli qurtuluşun ən muhum və həssas nöqtəsinə əl qoyub deyirdi:

 Bu məsələ(Dil məsələsı.B.H ) bizim üçün ölüm- dirim məsələsidir...biz isbat etdik ki, bizim dilimiz müstəqil bir dildir.. bu dili danmaq həqiqəti danmaq kimidir. Bizim nehzətımız  dil vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi(21 Azər, s.75-76, Bakı, 1961).

O bu nöqtədə millətini canından da çox sevən M.Ə.Rəsulzadə ilə bir nəzərə çatmışdılar ki: ”milliyətin ümdə rüknünü təşkil edən dildir. Dil, adətən hər bir heyətın hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücudə gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsil bunun üçündür ki, təmsil(assimilission) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verir və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edirlər. (M.Ə.Rəsulzadə)”.

Bu gün türk dilindən məktəb, universitə və mediyada istifadə etməyi  vətənpərvərliyə müxalif görənlər,  bir tərəfdən fars dilini fars olmayan millətlərin qılınc gücü ilə boğazına soxaraq onu pışmış toyuğu da gülməyə məcbur edən boş sözlərlə “milli birlik”rəmzi adlandıranlar nədənsə keçmişdə şarlatan, börk qapan cahillər haqqinda işlədilən ”səninkini yiyək, mənimkini oynadaq” sözünü ayıq və sayıq türkün xatirəsində canlandırır. S.C.Pişəvəri bu irqçiləri nəzərdə tutaraq deyirdi: “Hənuz indi də məscidlər və minbərlərdə vaizlərimiz xalqın anladığı Azərbaycan dilində vəz edib, dini vəzifələrini əncam verməyə dəvət edirlər....Niyə bir dildən minbərdə istifadə etmək olur, amma mədrəsələrdə olmur? (21 Azər, s.93).

Əli bəy Hüseynzadə demişkən: “Bir millət üçün hər şeydən öncə arzu ediləcək şey qüvvətdir!” Bu qüvvət öz imzaları ilə tanınmış ictimai, siyasi, milli şəxsiyətləri unudulmuş, sayı 30 milyondan artıq olan türk milləti üçün ancaq və ancaq ana dilinin mudafiəsi ilə məna tapır. Pişəvəri düşmənin qəddarcasına dilimizi məhv etmək siyasətini nəzərə alaraq deyirdi:  “Altı yaşlı Azərbaycan balasının ağzına özgə bir dili, cəbrən soxmaq olmaz.” 21 Azər hərəkatinin rəhbərliyi inanirdilar ki, ac-yalavac günə salınmış, ölkəsi viran olunmuş bir millətə nicat vermək nə qədər çətin olsa da, mümkündür, amma dilini əldən verib manqurtlaşmış bir toplumu nə millət adlandırmaq olar və nə də bu faciədən qurtuluş yolu tapmaq olar. Bunları nəzərə alaraq deyirdi: “dava çörək və yaxşı hakim davası dəgildir. Demək milli nehzətimiz daha dərin və əmiq səbəblərdən meydanə çıxmışdır...bunu ayrı dona geydirmək və ayrı cür təbir etmək səfahətdir”.

Bu gün başı daşdan-daşa dəymiş və səbir kasası dolub daşan türk var qüvvəsi ilə keçmiş iştibahlardan dərs alaraq yalnız hakimiyyətin dəyişilməsinə və birini təxtdən salıb ondan da bir alçaq Fars-İran  şovinistinin qan sorması uğrunda ölüm-dirim savaşına əl vurmur. Bu gün hər bir milli taleinə düşünən türk daşın haradan dəyməsini başa düşərək ölkəyə hakim olan irqçi və antidemokratik sistemi aradan götürməyə və öz milli varlığının təcəssümü olan hakimiyyəti yaratmağa  çalışır.

Bizcə, millətlərin kəsilmiş dillərinin azad olması, ana dillərinə məktəb, universitə və medya dünyada tanınmış demokrasinin ilk addımıdır. Ana dilini hər millətin ən böyuk mənəvi servəti bilən, türkün boğuntuya məruz qalmış dövrünün şərəfli övladı və fədakar millətsevər şəxsiyyət Ali Azəri  21 Azər hərəkatının rəhbəri S.C.Pişəvəri ilə bir nəzərə yetişərək yazırdı: “Türk çoxlu rejimlər yıxıb vəli özü də yıxılıb və ya çoxlu rejimləri iş üstə gətirib və hətta dirildib, ancaq özü də ölüb, çünki o bilməyibdir ki, hansı rejimi gərək öldürsün və sonra hansı rejimi diriltsin.(Ə. Azəri.Ədəbiyyat və milliyyət). Biz türkün pusquda yatan xarici və daxili düşmənlərinin felinə uyaraq öz əlimizlə  yeniliyə və demokratiya prosesində Əyalət-vilayətə(Milli müqəddəratın təməl daşı) inanıb və imperyalara boyun əyməyən türk Qacar sülaləsini devirərək onun yerinə milli varlığımıza düşmən kəsilən və imperiyalarin xeyrinə əldən-ayaqdan çıxan savadsız qoçu Reza Palaninin.... qəddarlığlarına  şahid olmuşuq. Bizim bu günə düşməyimizin ən əsas səbəbini Qaspralı İsmayil bəyin bu dahiyanə nəzərində tapmaq olar: “Hakim bir millətin məhkum düşməsı, məhkum bir millətin yox olmasi məktəbsizlikdən gəlir.” Unutmayaq ki, bu gün məhkum olan türk tarix boyu imperatorluqlar quran və məktəbsiz qoyulan Güney Azərbaycan türkü birinci dəfə olaraq İran adlı ölkənin millətlərinə modern məktəbi ərmağan gətirib və elə bu kimi yeniliklər carçısı olmağına görə,  türklər minlər böyük  şəxsiyyətini  qurbanlıq verib. Beləliklə, möhtəşəm soy-kökündən uzaqlaşdırılan türk fatehlik, hakimlik şəxsiyyətini əldən verərək, manqurtlaşma, kiçilmə əhvali-ruhiyyəsinə təslim olmuşdur. Bu xəstəlik bizləri türk dünyasını parçalayaraq azərbaycanlılığa, və Azərbaycan içındə də təbrizliyə, ərdəbilliyə və... bölüb bunlarla fəxr etməyə gətirib çatdırıbdır. Bu kimi psixoloji devrilmələr bizi ata-babalarımızın igidliyindən, ölümün gözünə dik baxma bacaracağından, yeni  və çağdaş milli hakimiyyət qurmaq fikrindən uzaqlaşdırıb. Biz inanlırıq ki milli ruh, milli duyğu, milləti dağ kimi düşmən qabağında dayanan və hər bir milli faciələrə son qoymaq qüvvəsinə malik edər. Bu milli ruh tarixin süzgəcindən keçıb, qat-qatından gələn səs olsa da, onun əbədiləşməsi anaların laylasından başlanaraq, üşaq bağçasında, məktəb və universitədə kök salıb gəlişir. S.C.P inanırdı ki,danışılmayan bir dil gəlişə bilməz və dili azad olmayan bir millətin bilim və iqtisadi da  gəlişə bilməz, ona boyuk onəm verib deyirdi:  “Bizim nehzətimizin milli xasiyyətindən birisi dil məsələsidir. Biz indi hər cür güzəşt etsək də, dil məsələsində güzəştə keçmərik. Siyasi mübarizədə  dal-qabaqa getmək olar, lakin əsas səngər əldən verilsə, məğlub olmaq olar. Bizim də dil məsələmiz əsas bir məsələdir.”

Fars-İran şovinistləri keçən 81 ildə min bir dona girsələr də, var quvvələri ilə milli mədəniyyətimizin aradan aparılmasına, barlı-bərəkətli, İranın siyasi, iqtisadi və bilim baş kəndi kimi tanınan  Azərbaycanın viranə və bərbad günə salınmasına çalışıblar. Bu ölkədə bir qanun və siyasət yoxdur ki, fars olmayan millətlərin xüsusən türkün dil, mədəniyyət və tarixinin danılmasından və məhv olunmasından mudafiə etməsin.

Bizim haqqımız yoxdur ki, yalnız türkün keçmişdə yaratdığı tarixə, zəngin mədəniyyətə və yaratdığı imperatorluqlara güvənməklə bu günki tarixi-milli məsuliyyətdən boyun qaçıraq. Bu gələcək türk soylarının kölə kimi yaşamaqlarına göz yummaq kimidir. Biz yalnız türk millətinin siyasi kulturunun gəlişməsınə, ümum milli oyanışa, arası kəsilməz çağırışdan başqa bir şey ola bilməz. Millətlərin müqəddəratı nə göylərdə və nə də biganə hakimlərinin əli ilə yazılır. Hər millətin müqəddəratı yalnız və yalnız öz əli ilə yazılıb və yazılmaqdadır. Öz ana dilinin azadlığı və demokratiya uğrunda  milli mücadiləyə qatılan insanlarımıza aydındır ki, dirçəliş prosesində ilk növbədə milləti tərbiyə etmək və onu öz hüququ ilə tanış etmək ən mühüm və lazım olan işlərdən biridir. Əgər bu proses düzgün qabağa gedirsə, onda  hər bir türk milləti təmsil etmək qabiliyyətinə sahib çıxıb,öz milli örgütünü  və yol göstərcisini tapıb və düşməni dizə çökdürmək qüvvəsinə malik olacaqdır. Acı təcrubələrdən dərs almamaq bacarığı olan S.C. Pişəvəri bunları nəzərə alaraq deyirdi:

“Millətin özü tərbiyə olunmadan, siyasi cəhətdən inkişaf etmədən hər nə desək, hər nə yazsaq, təsirsiz olacaqdır”.

Zamanın istəyi Fars-İran irqçilərinin tərəfindən milli mənliyimizin, tariximizin, kultur və mədəniyyətimizin və qısaca desək, demokratiya və azadlıq əleyhinə yazdırılan   hər bir yazılı qanundan  üstündur. Türk hakimiyyətinə qarşı birləşən  beynəlmiləl irticanın zorakılığı, Almaniyada aldadıcı şüarlarla iş üstünə gələn nasional-sosyalizmin meydana gəlib və başqa millətlərə  meydan oxuması  Rzaxan kimi qoçunu  gücləndirərək, Fars-İran şovinist siyasəti ilə ilk növbədə yenilik və milli müqəddərat carçısı olan türkü aradan götürməyə çalışdı. Türk siyasi-mədəni şəxsiyyətlərinin qətli və ya ev dustağı etməklə bütün fars olmayan millətlərin tarix və mədəniyyətlərini yox edib və onlari farslaşdırmaqla öz məmuriyyətini,  yəni onu iş üstünə gətirən və ondan mudafiə edən dövlətlərin xeyrinə ölkəni talan etməyə çalışdı. Tarixin səsinə ayıq-sayıq olan, heç zaman müstəmləkəçi dövlətlərə boyun əyməyən, heç bir millətin kultur və mədəniyyətinə xor baxmayan türrkün milliyətinin kimliyinin təməl daşı sayılan dilini aradan götürməyə çalışsın. Aydındır ki, dilini əldən verən və   assimilyasiyaya təslim olan bir toplum nə millət adı daşıya bilər və nə də talan olmuş milli varlığını mudafiə edə bilər.

Milli hakimiyyət vətəndaşların azad və könüllü surətdə seçki əsasında təyin olan müddətədək seçilib və insan oğlu insanın maddi və mənəvi istəklərini unutmadan onların təminini və ölkənin bütün sahələrdə gəlişməsı yolunda arasıkəsilməz çalışmalara əl vurdu. Düşmənin gecə-gündüz saldığı firtanalara baxmayraq ictimai ədaləti, humanizmi, türk balalarının və Azərbaycanda yaşayan başqa azlıqların bacarıqlarının, ərdəmlərinin inkişafina şərait yaratmaqla bütün dünyada qəbul edilmiş əsasları ilə bir hüquqi və qanuni dövlət idi. Bu gün bu dövlətin iki millət vəkili hələ yaşamaqdadır. Güney Azərbaycan türkünün  haqlı dirənişı ilə Milli Hökumətin yenidən bərpası danılmaz haqqımızdır. 

Bu şanlı dirçəliş  bizim təşkilatsızlıq və milli siyasi tərbiyəyə şəraitin olmaması, mümkün olan imkanlardan lazımi qədər istifadə etmək bacarığını itirdiyimiz üçün devrilməyə məruz qaldı. Bu xəstəlik təzə yayılmış xəstəlik deyil. Bunun köku Reza xanın dillənənin dilini boğazından çıxartmaq, millətin başbilənlərini günün günorta çağı qətlə yetirmək, arasıkəsilməz psixoloji təbliğatla birliyə qarşı mübarizə və millətdə  birlikdə bir işə əl vurmaq əhvali-ruhiyyəsini öldürmək, hətta 7-8 yaşlı m əktəb uşağına iki nəfərdən artıq bir yerdə dolanmağin yasaq etmək və gecə -gündüz həta evin içində ananların lay-lay yerinə: “yat-yat, damda qulaq kəsən var!” kimi sözləri elə bu elan olunmamış ruhi savaşin davamı var. Atalar demişkən: “Ayinin min bir oyunu var- bir armuddan ötrü!”.

Rzaxan zamanından bu günə qədər davam tapan bu rasist siyasətin qabağını almaq yalnız və yalnız siyasi və kültürəl çalışmaqla yanaşı, insan hüqüqlara dayanaraq arası kəsilməz təbliğatla öz haqlılığımızı dünya  demokratlarına isbat etməkdir. Milli zulmə məruz qalan fars olmayanlarla yanaşı, fars millətinin bərabər hüquqluluqdan mudafiə edən şəxsiyyətləri ilə  də  işbirlini milli hökümət zamanindan daha da yuksək səviyyədə davam etməliyik. Azərbaycanda yaşayan milli, dini azlıqların vətəndaşlıq hüququ ən gəlişmiş ölkələrə bərəbər olmalıdır.

Pişəvəri  deyirdi: “Bu(kürd, erməni, asuri- B.H) millətlər gərək Azərbaycanda  tam mənada azad yaşayıb öz milli dillərində milli işlərini idarə etsinlər. Milli hökümətimiz milli əsarətə yol verməyəcəkdir. Öz millətimizin azadlığını istədiyimiz kimi,  özgə millətlərin də  azadlığına imkan verməliyik(Azərbaycan, №110, 1945).   İctimai ədaləti milli azadlığımızın  təməl daşı sayaraq hər bir prosesdə insan xeyrinə gəlişməlidir. İçtimai ədalət, milləti öz müqəddəratına hakim edib azad yaşamasına şərait yaradan  demokrasi millətimizin iqtisad, bilik, mədəni və ictimai gəlişməsini daha da gücləndirəcək.  

Bizi 21 Azərdən 61 illik zaman fasiləsi ayırır. Amma ondan uzaqlaşdıqca ona bağlılığımız, o yola inamımız daha da artır-Savalandan, Kəpəzdən uzaqlaşdıqca onların böyüklüyünü, əzəmətini daha da artıq hiss etdiyimiz kimi...

 Bu əsrə layiq olan 21 Azərlər yetirmək üçün mədəni və özünə qayıdış renessansına- şam çörəyindən daha çox ehtiyacımız vardır. Bu renessans Güney Azərbaycan türkünə milli dərdinin ağırlığını bir  daha anladacaqdır. İnanıram ki,  dərdi tam mənada hiss edib başa düşən bir millət üçün dərman tapmaq o qədər də çətin olmaz. Mənliyini qorumağa çalışan millət hər bir çətinliyə sinə gərib ölümün     gözünə dik baxaraq tarix yazar. Tarix göz yaşı ilə yox, bəlkə milli siyasi şüurdan yaranan iradə və dirənişlə yazılıb və yazılacaqdır. Nailiyyət bizimlədir. Bu yola inamımız milli azadlıq yolunda bu günə qədər alovlanan məşəllər kimi əbədidir.

 

BEHRUZ HƏQQİ

KÖLN , 5.12.2006.

 

 

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | durna@durna.se