Istiqlalçı olmayan səmimi azərbaycançı ola bilməz!!

Dr M. Sababi

 

Tarixdə görünməyib ki, hansısa sözün həqiqi mənasında xalqını sevsin amma onun istiqlalını istəməsin, çünki müstəqilçilik və öz taleyini təin etmək cəmiyyətin yüksəlməsinə gətirib çıxardan şərtlərdən ən zərurisidir. Bunu bütün elm və bir az məntiqə sahib şəxslər yaxçı bilir. Yoxsa necə ola bilərki müstəqil olmayan bir millət məcburiyyət və istismar əsasinda inkişaf tapsın. 

 

Hesab edirəm ki elə bu sadə məntiqlə demək olar ki güney Azərbaycanın istiqlalı ila prinsipial müxalif olan şəxslər əslində azərbaycan xalqın inkişafını istəmiyən və sevmiyən insanlardılar.

 

Bəs güney Azərbaycanda milli hərəkətdən danışanda demək həmən istiqlala gətirib çıxardan proseslərdən danışmalıyıq. Proseslərə nə dərəcədə nəzarət etmək, xalqımıza ən əl verişli və səmərəli prosesləri tanıtırmaq və prosesləri hankı yola yönəltmək məsələsini müzakirə etməliyiq. Əlbəttə həmən müzakirələrin kənarında, istiqlalın məzmununu nəzərdə alaraq zaman ila uyqun coğrafi, siyasi, külturel və iqtisadi istiqlalıyyətdən də söz açmalıyıq.

 

Təcrübə göstərir ki ümumiyyətlə hər inkişaf tapmış və mütərrəqi bir xalq 3 mərhələ öz varlıqında keçirdib. 

- Millətçiliq

- Dövlətçiliq

- Demokratlaşmaqçılıq

Mən belə təsəvvür edirəm ki quzeydə yaşayan azərbaycanlılar 3-ci mərhələ və güneydə yaşayan azərbaycanlılar isə 1-ci mərhələni keçirtməkdədir. Yəqin ki bəzi insanlar istiqlal deyincə həmən dövlətçiliyi nəzərdə alıb və o istiqamətdə lazım olan prosesləri nəzarət və yönəltmək niyyətindədi. Eyni halda dünya və məntəqədə mövcud şəraitləri nəzərdə alaraq belə iddia da irəli sürünür ki demokratlaşma yolunda güney azərbaycanlılar üçün dövlətçiliq mərhələsi lazım deyil, çünki Iranda dövlətçiliq mərhələsini keçmişdə seyr edib.

 

Bu akademik mübahisələr məsələnin bir tərəfi isə, düşünürəm ki, güney Azərbaycanda milli mərkəzlərin boşluğundan aslı olaraq millətçiliq təfəkkuru ilə bağlı çox çatışmamazdıqlar var və ona görədə cəmiyyətdə ”Istiqlal” və ”Federal” ifadələri də bir mənalı alınmır. Nəticə isə, dövlətçiliq (istiqlal) və demokratlaşmaqçılıq (fedral Iran) mübahisələrdə saysız qaranlıq məqamlar və mülahizələr ortada gəzir. O qaranlıq nöqtələrdən birisi həmən Iranda federal hökumətin arzusunda olan şəxslərin münasibəti fars şovinismin müqavimətinə necə ola bilməsidir. Real səhnədə federalism baş tutmayan halda, federalçılar üçün G. Azərbaycanın istiqlal tələbi bir variant kimi ola bilərmi? Digər qaranlıq məqamlardan biri isə həmən mədəni yol ila Iranın bu qarışıq cəmiyyətdən necə bir müstəqil və ya fedral dövlət yaratmasıdır. Yoxsa hər halda son variant silahlı savaş olacaqmı. Və ya beynalxalq güclərin bu məsələdə hara qədər təsiri olmasıdır.

 

Yenidən təkrar etməliyiq ki kimsiyə şübhə qalmamalıdı ki istiqlal xalqımızın təbii haqqı olaraq ən əsasi istəyi olmalıdı. Ideal bir dünyada isə ən yaxçı variant bu olar ki istiqlaldan sonra, istər siyasi istər iqtisadi, külterel və ya hərbi əsaslara görə qonşu və dost xalq və millətlər ilə birlikdə Federal, Konfederal və ya Birlik (Itihadiyə) toplumu qurulsun. Belə bir təşəbbüs daha sözün həqiqi mənasında millətlər arasında əməkdaşlıqa səbəb ola bilər.

 

Fikrimcə istiqlal məsələsinin mahıyyəti burada tam aydındır, yəni istiqlal xalqımızın ən əsasi haqqı və istəyidir. Kimsə bu istəyə prinispial açıdan (istər sərhədlərin pozulmamasından, istər ideolojik əsasdan olsun) qarşı çıxarsa, demək xalqın hüquqlarına sayqısızlıq edir. Lakin mövzu axı bu sadəliyə də deyil, baxmıyaraq ki bəzi soydaşlar israrlı olaraq məsələni sadə göstərməyə cəhd edilər. Biz bilirik ki istək ilə real mövcud şərait arasında hazırda saysız faktalar var ki hər kəs onları diqqətlə incəleyib düşünməlidi. Və habelə istiqlal istəyin şəffaflıyı da öz özünə mövcud mürəkəb durumun həllində təəssüflə arzu olunan şəkildə yardımcı olmur. Mövcud şəraiti mürəkəbləndirən faktalardan neçəsi məncə bundan ibaretdir:

 

1- Demokratik və ədalət qaydalar əsasında ictimaiyyətdə hər bir önəmli dəyşiklik millətin ən azı yarımdan çox səsi ilə həyata keçirilməlidir. Bu gün müşahidələr onu göstərir ki güney azərbaycanlıların yarsından çoxunda istiqlal tələbi yoxdu, çünki milli şüur o dərəcədə xalq arasında inkişaf tapmayıb. Milli şüur deyincə, burada xalqın əksərinin öz tarix, dil, kültur və siyasi hüquqlarına tanış olub və o hüquqları əldə etmək üçün müyyən qədər fədakarçlıq hissinə malik olması nəzərdə alınır. Həmçinin, ancaq təşkilatlarımızın istəyi və retorikləri ilə də xalqda istiqlal təfəkkuru formalaşa bilmir, çünki birinci növbədə təşkilatlarımız çox məhdud imkanatlara malikdir, ikinci isə istiqlal təfəkkurunu qəbul etmək üçün milli şüura maarifləşmə zəminəsi lazımdır. Yəni öz milli hüquqları ila tanış olmayan şəxslərə istiqlal təfəkkuru mənasızdır ki heç bəlkədə milli şüurun inkişafında da əngəl ola bilsin. Düşünürəm ki kütlənin milli şüura maarifləşmə proseslərində GünAz TV ən səmərəli vasitə olsada kifayyət qədər güneyli soydaşları ihatə edə bilmir. Ümumiyyətlə seyr edicilərin əksərini hazırda milli şüura maarifləşən şəxslər təşkil edir və buda öz növbəsində fəalların milli elmi düşüncələrə silahlanmasına da çox faydalıdır. Eyni zamanda, GünAz TV təəssüflə radikal retoriklərə çox meydan verdikdən isə, neytral və milli şüurdan uzaq güneyli soydaşlara da tamaşa rəğbətini məhdud edir. Təbii olaraq TV-nin məsul şəxslərini suçlamaq da yersizdir, çünki o məhdud imkanatlardan bundan artıq intizarlarda ədalətsizdir. Qeyd etmək lazımdır ki milli şüura maarifləşmə prosesi ancaq TV və internet səyfələri ilə də həll olunmur və onların kənarında şübhəsiz milli institutların fəaliyyəti də zəruridir.

 

Bəs aydındır ki istiqlalçı və ya federalçı olsaqda, ilk başda milli şüura maarifləşmə prosesin yüksəlişində xidmət etməyliq. Başqa sözlə deməliyiq ki millət öz varlıq, hüquq və imkanatları ila tanış olmaq proseslərə əsas gücümüzü qoymalıyıq.

 

Mübahisəli məqam burada budur ki istiqlal retoriki maarifləşmə prosesinə əngəl törədir, yoxsa yox. Yazının girişində deyilən kimi söhbət istiqlal istəyinden getmir, çünki aydındır istiqlala prinsipial müxalifət edən əslində xalqın təbii və insani hüquqlarına müxalifət edir. Bəs söhbət burada milli şüur olmayan əksəriyyətdə istiqlal ifadəsinin müsbət vəya mənfi halanmasıdır. Fikrimcə, buna baxmıyaraq ki istiqlal istəyin şəffaflıyı öz yerində təqdirə layıqdır və məqsəd nə olduğunu aydınca göstərir, lakin bu ifadə eyni halda neçə tərəfli əngəllərdə törədir. Bir tərəfdən Kütləvi Informasiya Vasitələrindən (KIV) məhrum qalan və istiqlal dövrün yaxçı cəhətlərini görə bilmiyən güneylilərdə səhv təsəvvür yaranır ki guya Irandan ayrılıq mənfi nəticələr bağışlıyacaq. Nə alacağlarını bilmir, amma nə vereceylərini yaxçı bilir desək bəlkə mənzurumuzu bir cümlədə yekunlaşdırmışıq, çünki bu millət 80 il şovinist təbliğatına məruz qalıb. O birki tərəfdən milli mücadilə hankı formada irəli süründüyünə baxmıyaraq hakimyyət tərəfindən separatis hərəkəti kimi adlandırıb və fəaliyyəti kökündən kəsməyə cəhd oluna bilər. Əlbəttə ki hakimiyyət elə hazırda Azərbaycan Milli Hərəkətini (AMH) hər şivə ilə boğmaqa çalışır, amma o basqı dünya səviyəsində və hətta ölkə daxilində heç ünvanla mənəvi və hüquqi baza və xaraktər daşımır. Bunu hakimiyyət yaxçı bilir və bundan artıq basqılara zərurət hiss etmir heç, bəlkədə vəziyyəti artıq gərginləşdirməsin diyə mükəmil təzyiqlərdən çəkinir. Hakimiyyət yaxçı bilir ki milli şüur o dərəcədə hələ güneylilər arasında gəlişmeyib. Necə ki açıq və aşkar güneylilərin bir nömrəli düşməni təcavuzkar Ermənistana cənub Azərbaycan yolu ila qaz verir, turist göndərir, iqtisadi yardım edir və hətta hərbi əməkdaşlıq edir. Təsəvvür edin ki hətta hakimiyyət Ermənistan konsuluğun Təbrizdə açılışınıda müzakirə obyekti kimi gündəmə alır. Sözün həqiqi mənasında bu günümüzün acı reallığıdır.

 

Bu həqiqətləri nəzərdə alaraq özümüzdən soruşmalıyıq ki kütlənin milli şüura maarifləşmə prosesində istiqlal ifadəsi müsbət təsir edirmi. Məncə yox, çünki istiqlal üçün milli şüur lazmıdır və milli şüurun yüksəlişi üçün kütlə ilə milli fəallar arasında geniş əlaqə olmalıdır. Bu gün güneydə kütləvi informasiya vasitələrin zəif olduğu halda istiqlal tələbi isə həm KIV-in məhdudlaşmasında və həm basqı və təzyiqlərin şiddətlənməsində daha təsir edə bilən amıl ola bilər və məhz o səbəbdən məqsədə uyqun taktika kimi ola bilməz. Diqqətdən qaçırmamalıyıq ki AMH güclü KIV və milli institutlara malik olduqdan sonra bəlkə istiqlal istəyi daha məqsədə uyqun hesab ola bilinsin. Oda fərqli bir variantdır. Amma, hazırda belə istək yoxarıda sədalandırdığımız səbəblərə görə öz ziddinə nəticə verə bilər. Bu arada Kürd rəhbəri, Barzani, bəyin sözünü xatırlatmaq yersiz olmazdı: deyir ki ” Istiqlal Kürdlərin təbii haqqıdır, amma indiki vəziyyətdə məqsədə uyqun hesab etmirik”.    

 

2-şüncə və hərbi güc. Təcrübə və tarix göstərir ki milli istiqlal proseslərinə ciddi yön verə biləcək qüvvələrdən ən əsasisi həmən hərbi gücdür. Beynalxalq ictimaiyyəti BMT-də qəbul olunan sərhədlərin pozulmasına razılıq verməsələrdə, güc qarşısında birmənali mövqələ milli mücadilələrə yanaşmır. Güc (hərbi və siyasi) strukturlarına malik olan milli istiqlal hərəkətləri iki mərhələdə, savaş dövrü və qurtuluşdan sonra, dünya siyasi arenada çıxış edilər. Yəni milli mübarizədə silahla qalıb gələn hərəkətlər elədə əngəlsiz bir başa sivil dünyada qebul olunmur. Ona görə siyasi strukturlara malik olan hərəkətlər həmən dövrdə məcburən hüquqi dairələrdə geniş tətbiq olmuş praktikalardan istifadə məcburiyyətinə qalırlar. Demək ki qarşı duran tərəflər ortaq razılıqə gəlmiyəndə, artıq beynalxalq qanun və hüquq çərçivəsində mübarizə irəli aparırlar. Bu haqda iki müxtəlif milli hərəkətələrdən, Kosovo Albanlar və doğu Timur kimi hərəkətlərini örnək kimi ad çəkmək olar. Amma, bilirik ki bu məsələden AMH içində indi söz açmaq tezdir çünki indiki durumda AMH milli şüura maarifləşmə prosesin sürətlənmə problemi ilə uzləşir, yəni şüncə güc zərurəti ilə qarşı-qarşıya durub.

 

Milli şüur zəif olduğu vəziyyətdə milli istiqlal prosesinə operativ halda yön vermək məncə çox əsasiz iddiadir. Milli hüquqlara maarifləşmə proses kütlə arasında öz qaydasında düzgün gedərsə, o zaman AMH vaxtında düşüncə gücə malik olub və hətta mədəni yol ila milli istiqlal prosesinə yön vermək imkanına malik ola bilər. Heçdə ittifaqi olmaz ki fars şovinism və rejimin müqavimətinə qalıb olaraq dinc və mədəni yol ila ”el gücü,  sel gücü” taktikasi ila milli qurtuluş həyata keçirilsin. Buda həmən bir tətbiq olmuş praktikadır, Indiya və ya çekoslavakiya ən azı iki örnəkdir. Əlbəttə bu bir ideal şeraitın mehsulu olsada, ideal olmayan halda da milli şüncə gücü hər zaman lazımlıdır. Istər federal istər müstəqil Azərbaycan və ya istər əslən digər azadlıq üçün milli mübarizə edirik. O isə, AMH-in fəallari milli şüur vəşüncə gücün artması üçün zəruri tədbirlər görməyə çağırmalıdır, nə ki zərurətsiz retoriklərlə milli şüurun artmasına əngəl törətməlidilər. Biz günün şəraitinə nə qədər cavab verən addımlar atması ilə hərəkətimizin uğurlarını ölçməliyiq. Fikrimcə bu gün istiqlal tələbi maarifləşmə prosesinə əngəl törədir və buda diqqətə layıqdır.

 

3- Xarici güclər: Cürətlə iddia edə bilərəm ki mən son 10 il ərzində AMH haqda çeşitli Avropalı siyasətçilərin mövqeyi ilə tanış olaraq hərəkətə qarşılıq gələcək reaksiyaların forması haqda kifayyət qədər ləms edib və bir az təcrübə qazanmışam. Belə deyim ki bu gün sədr etdiyim Azərbaycan Isveç komitəsi ki onda bir neçə Avropa və Isveç parlamentlərindən üzvlər vardı bu təcrübədə böyük yardımcı olub. Bu izahdan mənzur budur ki qarşılandığım real vəziyyətdən sayqılı müxatəbələrə aydınlıq gətirim.

 

Bu gün siyasət dünyasında vəziyyət elədir ki, təəssüflə cəmiyyət özünün mübarizlik əmsalından daha çox, Qərbdən gələn reaksiyalara diqqət yetirir, çünki Amerika başda olan Qərb proseslərə ciddi yön verə biləcək qüvvədir. Savaşın qarşı-qarşıya duran tərəfləri, öz məqsədinə çatmaq naminə güzəştsiz mövqedə duran halda Qərb istədiyi tərəfə balansı ağırlada bilir. Bir qədər dərindən məsələyə müşahidə olunsa, bunun da səbəbləri aydınlaşır. Yəni, Qərbin hər hansı verə biləcəyi bəyanat və ya dəstək mübarizəni qələbəyə yaxınlaşdırır. Eyni zamanda xatırlamalıyıq ki təcrübə göstərir ki ABŞ və Qərbin iqtisadi, siyasi və ya hərbi maraqları onlar üçün birinci əhəmiyyət daşıyır, demokratiya və insan haqları isə sonra gəlir.

 

Mənim müşahidələr və sorğularım onu göstərir ki Qərb çox nadir bir halda separatist bir hərəkətə dəstək verir, hətta bu hərəkət tam haqlı olsada. Yəni, ümumiyyətlə Qərb heç bir ölkədə təin olunmuş sərhədlərin pozulmasına aktiv yardım haqqına malik deyil. Buda beynalxalq ictimaiyyətində tətbiq olmuş bir praktikadır ki hələ hələ bir ölkə sadəlikdə ona etnasız yanaşmır. Bəs demək olar ki güney Azərbaycanda istiqlal retoriki ilə başlayan prosesə Qərb-in necə yanaşacağı bəllidir. Yəni haqlı milli mübarizəmizdə bir başdan əhəmiyyətli yardımı itiririq. Əger güclü AMH-ə sahib olsaydıq, bəlkə bu itki önəmli olmazdı. Amma, bilirik ki hazırda AMH nə düşüncə və nədə silahlı gücə malikdır və yaxın gələcəkdə əldə edəcəyi də şübhə altındadır. O zaman özümüzdən soruşmalıyıq ki hankı qiymətə bu əhəmiyyətli beynalxalq ictimaiyyətin dəstəyini qurban verməyə hazırıq.

 

Nəticə almaq olar ki məhz bu 3 önəmli səbəblərdən aslı olaraq G. Azərbaycan istiqlalının arzusunda olsaqda, günümüzün acı reallığını nəzərdə alaraq Iranda federativ sistemin tələbi ilə milli mübarizə meydanına çıxmalıyıq. çünki federativ sistemin tələbi həm hərəkətin mənəvi və həm beynəlxalq qanun və hüquq öhdəlikləri ilə üst üstəşür. Federativ sistem isə, məncə, öz növbəsində müstəqil Azərbaycan dövlətin bərqararında imkan yaradıcı bir vasitə kimi də əyarlandırmaq olar. Dinc yol ila federativ sistemi Iranda mümkün olmayan halda, təbii olaraq milli hərəkət automatik istiqlal tələbinə yönələcək. Zən edirəm Iranda federalism tələbi əslində həmən istiqlal tələbin başqa formasıdır, çünki şovinist qüvvələr insanların hüquqlarına heç cürə sözün həqiqi mənasinda hormətlə yanaşmaq fikrində deyil. Təəssüflədə Iranda fars şovinist təfəkkuru çox möhkəm kök salıb.

 

Yeri gəlincə deməliyəm ki əlbəttə ki fərqli federativ sistem və tələblər ola bilər. Ən azi 24 ölkə dünyada bu gün federativ şəkildə idarə olunur. Isveçrə və Belçikadan tutaraq Pakistan, Ərəb Imaratlar Birliyi və Etiyopi kimi fərqli federativ sistemlər var. Amma müşahidələrim onu göstərir ki bu gün AMH də bütün fəal olan federativ sistemin tərəfdarları əsil və həqiqi mənada Iranda federalism tələb edilər, nə ki onun qondarma şivəsində ki bəzi fars mənusbli icmalar nəzərdə alır. Azərbaycan türkcəsi Iranda rəsmi dil kimi, Azərbaycanlıların siyasi, iqtisadi və külturel strukturlarının bərqərarı və buna bənzər həqiqi hüquqların bərpasının tərəfdarlarıdılar. O isə, bir siyasi qüvvə və ya şəxs kimi daha praqmatik düşüncəyə sahib olan məncə ilk başda Iranda federativ sistemini tələb etməlidi, hətta onun real olacağında inanmasada, çünki tələb mənəvi və hüquqi əsaslara dayağdır.

 

Əlbəttə bu məqalədə federalism haqda geniş izah mümkün deyil və lazımlı də görünmür, çünki federalism haqda kifayyət qədər yazılar dərc olunub. Yəqin ki qərəzsiz şəxslər o yazılarda xalqımıza ən əl verişli, yəni mükəmil hüquqların bərpasını, heç olmasa teorik  məzmununda mümkün olacağını görəcək. Əməldə mümkün olmasada onsuz da hərəkət həmən həzinə ilə istiqlal cəhətinə yönələcək.  

 

Son olaraq deməliyəm ki xalqımızın taleyinə gəlincə hər kəs nəhayyət öz vicdanına müraciət etməlidir. Ağır günlərimizdə milli hərəkətlə ayıd mövzulara məsuliyyətlə yanaşmalıyıq. Deyilər ki “dünyada baş vermiş bütün faciələrin mənbəyi vicdansız ağıllılar olub”. Tanrı bizim milli hərəkəti vicdansız ağıllılardan qorusun və arzu edirəm ki heç olmasa mən özüm onlardan birisi olmayam və hər düşüncə və əməyim xalqıma vicdanlı və sədaqətimdən aslı olmuş olsun.

 

 

 

 
 

 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
 استفاده از مطالب با ذکر منبع بلامانع است
www.durna.info | eldeniz@yahoo.com