
"Olarmı
adam bərabər əlaqədə yaşasın və daha aşiq qalsın"
Åsa Moberg; Yazıçı, Jurnalist, Mütərcim
Çevirən: Davud Eldəniz
Mənim yazdığım kitabı "
Simone ilə Mən"ni oxuyan çoxlu adamlar gah koncıkavlıq və təəccüb ilə və
gahda xəşin bir şivə ilə məndən bu sualı sorurlar. Kişi ilə arvad arasında bərabər
bir əlaqənin imkanı varmı?
ümidim budur belə olsun, amma çox
çətin və nadir bir şeydir.
Kitabda, əlaqə üzərə gələn bir
söz bir çoxlarına dəyıbdır:
"Əyər bərabərlik bəzilərin
əlaqələrində obirilərin əlaqələrə görə daha çox gözə dəyirsə illəti odur
ki, bu qadın, başqa qadınlara nisbət, eliyə bilir kişisnin istəklərin öz istəyi
tək göstərsin."
Bu xüsusda Cecilia Anell,
Aftonbladet qəzətində çap olan tənqidində belə yazır: "Kinism(cynism)ə yaxın
qaramsar bir baxış."
Mən qaramsar və ya kinism bir adam
deyiləm. Mən istədim bu vəsilə ilə qadınları Təqsırkarlıq hissindən qurtaram.
Təqsırkarlıq hissi ona görə ki
adam eliyə bilmir evdə olan məsüliyətləri bərabər bölsun; və təqsırkarlıq
hissi ona görə ki adam əlləşir bir bərabərsiz əlaqəni bərabər göstərsin.
Mən əlləşirdim ki Təqsırkarlıq
hissin o qadınlarda ki bərabərlik yolunda çalişrılar azaldam. Bir mucadilə ki mən
özüm 24 illin içində, 1988-ci ilə qədər yanı o zamana kimin ki mən dul oldum,
üz-bə-üzidim. Mən istəyirəm öz ürək boşalmağımı, o zaman ki eşiddim hətta
Simmon de Beavoir mənim neçə illik idolumda eliyə bilmədi istədiyi ideallar təkin
yaşasın, başqaları ilə araya qoyam.
O özünü Jean-Paul Sarterin
istəklərinə yaxınladdı. Mən bunu anladığım zaman öz şikəstimdən utanmaqdan
qurtardım. Amma mənim idealım elə bu çətin ələ gələn bərabərlikdir.
Bərabərlik üçün çalışmaq, cəhd
etməli bir röyadır. Bərabərliyində başqa uğurlu məfhumlar təkin bir fonksiyonu
vardır.
Adam düz danışmalıdır. Bu
yaxşı bir qaydadır və düzlükü gözdə tutaraq şikəst yiyənlərin yenilgisi bu
yaxşı qaydanı pozmur. Düz danışmaq üçün adam həmişə xiyal edə bilər və bu
xiyala baxmayaraq vəziyyətin icab etdiyi zaman yalanda danışmaq olar.
Bərabərlik belə bir xiyaldır.
Amma əyər mən məcbur olaydım bərabərlik ilə eşq arasında birini seçəm,
zənnimcə eşqi seçərdim. Amma buna çox yəqinim yoxdur, niyə ki, bərabərliyin
düzgün mənasın düşünmək çətindir.
Məncə, bərabərlik yaşamda
qıran və dəqiqə saymaq deyil. Əyər mən bunu versəm, səndə onu verəcəksən.
Əyər mən qabları bu gün yusam, səndə sabah yuyacaqsan və əyər mən bu gün
bazarlıq etsəm səndə sabah bazarlıq edəcəksən.
Mən belə yaşayan cüftlərə(
ər-arvad) rast gəlmişəm. Görünür yuxarıda ki illətlər eşqi yox etmək ücün,
effektiv bir şivədir. Hər zadı aradan bölmək üçün, iki tərəfli dayimi
gözətçilik lazimdir və buda nobəsində hər əlaqəni zəhərləndirə bilər.
Söz gələni mən bəzi gənc
cüftlər haqqında eşidmişəm ki, qadın bərabərlik adı ilə kişisin elə günə
salır ki özündən başqa hamı onun kişisin arvad qulu kimi dəyərləndirir. Və mən
yenə cavan cüftlər haqqında eşidmişəm ki onlarda klasik qadın görən işlərin
hamısın kişi görür; çünkü bu işləri o görməsə heç kimsə onları görmyəcəkdir.
Belə bir kişinin təmizlik
zərfiyyəti(tröskeli) azdır və o, dözənmir ki bir vaxt arvad fikir etsin ki daha
indi təmizlik etmək və ya qabyumaq vaxtıdır. Bu həmən mekanizmdir ki sünnət üzü
ilə qadınları evdə olan işlərin çoxunun görməsinə məcbur edir.
Bərbərsizliyin hər cürə varyantı
adamlar arasında, fərqsiz yaşlı və gənc, ki təsmim tuturlar birlikdə yaşasınlar
gözə deyir. Amma görək bərabərliyin həqiqəti varmı?
Mən neçə cüftə rast gəlmışəm
ki, birinci görüşdə bərabərliyin olmasına ümid verir. Bu bərabərlik o
əlaqələrdə gözə dəyir ki onda ər ilə arvadın sabit və uzun müddətli
rabitələri olub və onda kişi ilə arvadın bərabər quvvətli şəxsiyyətləri və
bərabər gəlirləri vardır.
Bunların, bir-biri ilə çox yaşamaqlarının
illəti bərabər yaşamaqdır və ya onlar ona görə bərabər olublar ki onlar bir-biri
ilə çox yaşayıblar? Əyər bu pişşərtlərin hamısı düz olsa, onda demək olar
ideala çatmaq, çoxları üçün yaxında deyil.
Əyər bir nəfər başqa adam ilə,
məxsüsən bu adamın yaşı onun öz yaşından iki qat artıq ola, birlikdə yaşamağa
başlaya(mən özüm 17-yaşında bu işə əl vurdum) onda ideala çatmağın imkanı
çox azdır. Mən bir 48-yaşında qadın tək bunu zən edə billəm ki mən ilə bir
24-yaşında cavan oğlanın birlikdə yaşamaqı nə cür ola bilər.
Belə bir əlaqədə, haman əvvəl
gündən mənim həyat təcrübəm mənə böyük üstünlük verəcəkdir; Hətta imkanı
vardır mənim gəlirimdə ondan çox olsun. Əlbəttə bu söz dəlil olmaz ki 48 yaşında
qadın ilə 24-yaşında kişi birlikdə yaşamasınlar.
Hər qadının röyasında olan
bir kişi fərqlənir. Mənim üçün o lazim deyil süpürgə çəksin; Amma mənim yazdığım
kitabın yaxşı tənqıdlər lə alqışlanmasını onun gözü götürməlidir.
Kişinin inkişafi(tərəqqi) qadınlar
tərəfindən rahat təhəmmül olur; Niyə ki kişinin bacarıqlığından qadınada bir
pay yetişir. Bir Bacarıqlı kişi qadınının statüsünü artırır. Amma qadının tərəqqisi
kişinin həyatında elə bir dəyər sayılmır. Nə kişinin özü və nədə ona yaxın
olan adamlar, bu işi kişi üçün bir müsbət şey saymırlar. Kişilərin çoxu o
qədər bərabərlik fikirində deyirlər ki məqamda(kariyerdə) aşağı durumu təhəmmül
etsinlər, bir durum ki qadınlar yüz illər boyu onu təmrin edibdir.
Əyər bir cüft eliyə bilməyə qoşa
(parallel) inkişaf edsinlər, bir şey ki çox azdır, onda bərabərsizlik bir gərçək
(faktum) olur və o zaman hər iki tərəf birlikdə yaşamağı öyrənməlidilər.
Adətən kişinin bacarıqlı olduqu zaman əlaqədə yaxşı olur; Amma qadının bir az
kişidən qabağa düşdüyü zaman, həyat həm kişiyə, həmdə qadına çətin olur.
Çox təəcüb ilə mən eşidmişəm,
necə 17 yaşında cavan qızlar bunu dilə gətiriblər ki necə onlar özlərindən bir
az yaşlı olan yoldaşlarına ki evlənib və kiçik uşaqları ilə evdə qalırlar,
hessadət edirlər. Onlar çox ciddiyyət ilə bunu mənə izah edirlər, onlar üçün
ayiləni bütün varlıq ilə dəstəkləmək önəmli bir şeydir. "Biz ki bir
ata-anası boşanmış evdən gəlirik, əslən istəmirik uşaqlarımıza o cür uşaqlıq
verək."
Hamı bilir ki mən deyən
"17-yaşındalar" hansı cınsə ayiddilər. Əlbəttə ki qızlar. Mən eşidməmişəm
oğlanlar belə danışsınlar. Varmı oğlanlar ki istəyirlər ayilə yolunda bütün
varlıqların qoysunlar?
Bu imkansız deyil. 90-ci on illikin
ərkək səs sənətkar ulduzların arasında, yalnız bir qadına eşq bağlamaq təmayili
və onu romantik şəkildə ideallaşdırması görünür; Bir şey ki 60-ci on illikdə
fikirə gəlməyən bir şey idi. O zaman ərkək ulduzlar istəmirdilər ayilələrindən
söz açsınlar; niyə ki belə fikir olunurdur ki qiz-arxadaşı və ya arvad kələməsı,
qadın heyrançıları bu ulduzlardan soyuda bilər.
90-ci on illikin qiz-röyasında olan
kişi Tommy Nilssondir. O oxumaqlarında öz Malin-nin sevir və musahibə
olunan zaman çox əlaqə ilə ayilə və beş uşağı haqqında danışır.
Mən istəyirəm taza nəslin ideal
kişisinə inanam. Bir adam ki elə öz kişiliyinə arxayındır ki, kişiliyin göstərmək
üçün lazim görmür qadınları əzsin. Bir kişi ki arvadın həm bacarıqların və
həmdə eybilərin təhəmmül edə bilir.
Və mən ümid edirəm taza nəslin
qadını, əyər istəyir evdə qalıb uşaq saxlasın, mənim uşaqlığımda gördüyüm
xanədar qadınlar tək, kişisindən tələb etməsin ki o iki nəfərə məqam qazansın.
Qadınlar gərək bunu öyrənsilər ki kişinin zəyif xislətləri ilə də yaşasınlar.
Eşq bir şeydir və bərabərlik bir
ayrı. Nadir halda onlar birləşirlər; Amma bu onu demək deyil ki adam onların birindən
əl çəksin. Əyər biz müffəq olmayaq bu iki şeyi, eşq ilə bərabərliyi, birləşdirək,
gərək ki təqsırkarlıq hissin boynumuzdan ataq.