Karinanın xəritəsi yaxud özümüzə qarşı işləyən

” siyasət ”

 

 

Malmö seminarı !

2003-cü ilin may ayında İsveçdə çalışan "Azər Cəmiyyətinin" təşəbbüsü ilə İsveçin Malmö şəhərində  "Dil və kimlik" konusunda elmi seminar keçirildi. Seminarda çıxış edən İsveçin Upsala Universitəsinin işçisi Karina xanım divardan bir xəritə asıb, onun üzərindən danışmağa başladı. Xəritədə Güney Azərbaycanla Türkiyənin birgə  sərhədi yox idi. Güney Azərbaycanla Türkiyəni birləşdirən Azərbaycan əraziləri  hamisi Kürdlərə aid edilmiş və Kürdlərin ərazisi Naxçıvana qədər uzadılmışdı. Maraqlıdır ki, seminara qatılan azərbaycanlılar sakitliklə Karina xamını dinlədi. Mənim əlimi qaldırıb məsələyə aydınlıq gətirmək cəhdlərim alınmadı. Nəhayət, toplantının rəsmi bölməsi bitəndən sonra azərbaycanlı kişilər deyil, qadınlar isveçli xanımı sorğu suala tutdular və bu xəritənin hansı rəsmi orqan tərəfindən təsdiq edildiyini sordular. Isvəçli xanım isə : " Elə - belə xəritədir də,  gətirmişəm" deyərək cavab verdi. Sual olundu ki, siz heç bir rəsmi orqan tərəfindən təsdiqlənməmiş xəritəni nədən qoltuğunuza vurub rəsmi qaydada təbliğ edirsiniz ? Isveçli  xanım sualdan yayındı. 
O, öz işini görmüşdü. Bu mübahisə onsuzda mövqeyi hər iki tərəfə aydın olan tərəflər arasında gedirdi. Azərbaycanlılar o dəhşətli səhnədə susdu. Deməli,  bu gün xəritədə və sözdə torpaqlarımızın bölünməsi ilə razılaşırıqsa sabah prosesi geri döndərmək artıq gec olacaq. Hər şey xəritədən və sözdən başlayır,lap elə Qarabağda olduğu kimi. Demək olar ki,  bu təbliğat bütün Avropanı bürüyüb. Və Avropa bu təbliğatı mənimsəyir. Amerikanın da mövqeyini Qarabağda və Kərkükdə də görürük.
Təəssüflə,  ölkəmizdə və bölgədə türklərə qarşı  planlaşdırılmış hücumda özümüzə qarşı işləyən "siyasət" hələ də bəziləri tərəfindən yürüdülür. Bunlar özgələrinin qulluğunda bulunanlardır.   2003 dekabrın 23

 

 

Yuxarıda qeyd etdiyim yazı 2003-cü il dekabr ayının 23-də “ 100 ilin kitabı “ adlı məqalədən bir parçadır. O vaxt bu yazılara görə Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən biri mənə “ nakəs “ dedi. Mən cəbhəçinin narahatlığın başa düşürdüm, belə ki, onlar da özümüzə qarşı işləyərək “ 20 Yanvar” kimi faciələrin törədilməsinə şərait yaratdılar və xalqı qırğına verdilər.

 

Əsas məsələ ondadır ki, biz Karinaya yerindəcə etiraz etdik və onun xəritəsini tanımadığımızı bildirdik, vaxtı fota vermədən yazı yazıb ona qarşı çıxdıq. Təəssüflə bilərəkdən və yaxud bilmədən özümüzə qarşı siyasət yürüdənlərin sayı çoxalıb. İndi artıq Karinanın xəritəsini təbliğ etməyə başlamışlar və yazıqlar olsun ki, həmən xəritə GÜN AZTV-yə də gəlib çıxıb.

 

Karina Cahani İsveçli bir xanımdır, Fars dilində təmiz danışır, əri İran kürdüdür. Onun İranda yaşayan millətlər haqda bilgisi Fars qaynaqlarına və Kürd ərinin dediklərinə əsaslanır. Onu da deyim ki, Karina Cahani orada ona sual verənlərin qarşısında çox utandı və əldə qayırma bir kağızı xəritə kimi təqdim etdiyinə görə xəcalət çəkdi. Çünki , bu adam rəsmi sənədlə saxta kağızın fərqini anlayırdı.

 

Qəyyumluq

 

Demokratiya  deməklə ölkə demokratikləşmir. Bunun üçün gərək insanların fikir tərzi dəyişə. İranda Şahlıq getdi Vilayəti Fəqih gəldi. Mahiyyət etibarilə ikisi də eyni şeydir. Bu onu göstərir ki, o dövr bu millət hələ yeni fikrə yiyələnməmişdi və qəyyumçuluğu yenisi ilə dəyişmək iqtidarında deyildi.

 

Azərbaycan milli hərəkətində də millətə qəyyumluq etmək istəyənlər var, amma bunlar özlərinə şah və Vilayəti Fəqih demirlər. Bunlar, sadəcə  “fədakar “ adamlardır və işlə məşğuldurlar. Kimsə millətə bayraq düzəldir, kimsə xəritə. Ola bilsin, bu adamların niyyəti xoşdur. Misal üçün , deyirlər xəritə cızan adam heç də pis adam deyil, amma bəzən xoş niyyətli lakin, savadsız “ siyasətçilərin “ əməlləri millətə çox baha başa gəlir. Məsələn , 20 Yanvar və Qarabağın müvəqqəti də olsa itirilməsi kimi faciələrlə nəticələnir.

 

Bayraq düzəldib, xəritə cızanların hələ əllərində güc və səlahiyyət yoxdur. Ona baxmayaraq, millətə deyirlər sus, biz sənin əvəzində qərar verəcəyik. Görəsən bunlar qüdrət yiyəsi olsa bu millətlə necə davranacaqlar ?

Bertulet Breştin sözü ilə desək ,  “əgər bunlar bilmirlər ki, bunların millətə bayraq tikmək və xəritə cızmaq hüququ yoxdur onda nadandırlar, əgər bilirlər və bilərəkdən edirlər onda cinayətkardırlar”.    

 

Azərbaycan millətinə hər hansı ad altında gizlənmiş qəyyum lazım deyil. Hər kəs öz adından və təmsil etdiyi təşkilat adından danışmalıdır.

Mətbuatımız və başqa informasiya qaynaqlarımız bu sahədə ciddi iş görməlidir. Fikrimizcə, aydın fikirli insanların borcu xalqa qəyyumluq etmək yox, bəlkə söz demək və istədiyi siyasi-ictimai qurumları qurmaq imkanı yaratmaqdır.

 

Sovet Hökuməti qurulandan sonra Moskvada Azərbaycan ərazilərinin Ermənistana verilməsi haqda mübahisələr gedirmiş. Əslən azərbaycanlı olan və millətə qəyyumluq etmək istəyən Əliheydər Qarayev kimiləri, xəritə cızıb və Naxçıvanı, Zəngəzuru, Dağlıq Qarabağı ermənilərə vermək istəyirmiş. Nəriman Nərimanov Əliheydər Qarayevə deyir : Azərbaycan torpaqları sənin filan yerin deyil ki, ermənilərə bağışlayırsan.

 

Azərbaycan milləti heç kimə, millətə bayraq adlı sehrli parça tikmək və xəritə cızmaq səlahiyyəti verməyib.  

 

Semed Niknam

2007-01-19

 

 

 


 Materiallardan istifadə zamanı qaynağa istinad vacibdir
استفاده از مطالب دورنا با ذكر منبع بلامانع است

www.durna.info | durna@durna.se