Mərhəba Eritre
İsveç məktəbləri ilə Eritre məktəbləri arasında əlaqə və informasya münasibətləri yaratmaq məqsədilə oktiaber ayının 18 də Stockholmun Arlanda hava meydanından yola çıxdıq və 12 saətlik uçaq səfərindən sonra gecə yarısını bir saət keçə ölkənin paytəxti və yarım milyon nufuslu Esmərə şəhrinə yetişdik.
Ekipimiz; orta okulda tədris edən iki İsvəçli, ana dili örgətmənləri olaraq bir Eritrəli məsləkdaşım və mən Stockholm komunlarından, Upplands.Bro komunu tərəfindən bu məmuriyət üçün görəvləndirilmişdik.Biz iki həftəlik Eritre gəzisindən sonra, komun məktəblərində, muxtəlif çıxışlar, seminarlar, yazılar və özəlliklə film, CD, və internet vastəsilə geniş məlumatlar verərək, qurtuluşunu neçə il önə əldə edən bu ölkəni tanıtmaya çalışdıq. Bu yazı “Tribun” əməkdaşlarindan bir vətəndaşın istəyi üzrə özəl olaraq hazırlanmışdır. Olabilər ki Qızıl Dəniz qıyılarında yatan bu yeni və gənc Afrika ölkəsinin qurtuluş mübarizəsi və halihazırda uluslar arası zəngin təcrübələri, habelə yaşayış tərzləri, Cənubi Azərbaycan məsələsinə çözüm aramaqda olan düşünürlərimizə kiçik də olsa bir fikir versin. Bir ölkə haqqında azdan çoxdan bir fikrə ulaşa bilmək üçün, o ölkənin keçmişinə ən azından quşbaxışı bir göz atmaq zorunludur. Bunun üçün Eritre antik, ortaçağ və modern tarixinə bir göz atib, Eritre qurtuluş mücadiləsi habelə gəzimiz əsnasında eldə etdiyimiz dərslər və nəticələrlə sözümüzə son verəcəyik.
Eritre;keçmişi, imdisi və gələcəyi
1-Antik imperia
( 9-uncu yüzil İsadan qabaq – 5-inci yüzil İsadan sonra)
Adulite Era şəhər dövləti, 1400 ildən ziyadə Qızıl Dəniz sahillərində böyük məhəlli bir ticarət mərkəzi olaraq höküm sürməkdədir. İsadan qabaq(İQ) 3-üncü yüzildən etibarən Yunan və Misir dövlətləri, ovçuluq və ticarət təsisləri bu dövlət içində geniş faaliyət göstərməkdədir. Obsidian və Qızıl Dəniz tosbağa qabığı, bu dövlətin sadir etdiyi ən qimətlə cinslərdi.
(1-9 yüzil İS), Aksomitlər(Axumite) bu günkü Eritrenin dağlıg bölməsi ilə Etiopianın quzey kəsimində min ilə yaxin hökümət edib, 3-üncü və 4-üncü yüzillərdə günümüzdəki Yemənin böyük bir kəsimini öz dövlətlərinə qatabilmişlər. Bu dövlət daha sonra Bizans dövləti ilə birləşib ki bunun sonucunda 4-üncü yüzildən başlayaraq kristianlıq Afrikanin şimal-şərqinə sızabilmişdirş. HZ Mohəmməd Məkkə fəthindən sonra öz müxlifətini bu ölkədə yerləşən Bizansli quvvələrə bildirmək üçün, tərəfdarlarından 15 nəfər Adulisə göndərdi. Beləliklə Eritre İslamin əlaqəyə girdiyi ən eski ğeyr-i-Arəb ölkələrdən biri oldu.
(8- 13,üncü yüzillər), əslində Sudanlı olan Beş Becələr( Five Beja Kingdoms), 4-üncü yüzildən başlayaraq Axumite hakimiyyətində olan Eritrənin dəniz qıyıları ilə quzey-batısına yerləşməyə başladılar. Beş əmirligə bölünən, eyni halda bir-birilə yaxın əlaqələri bulunan bu şahlıqlar ən böyük çağlarında Misrin güneyındən, Eritrənin quzeyinə qədər uzanmaqdadır.
(14- 18 yüzillər), Bahre Nagash şahlığı Bugünkü Eritrənin mərkəzini şamil olan bu şahlıq 14-üncü yüzildə dağlıq rayonlara yetişib, Mereb çayından dəniz qıyılarına uzanmaya başladı. Boş bir fedrasyona başçılıq edən bu dövlətin başçıları böyüklər şurasından təşkil olub və cinubda hökm sürən Absinian şahlarına bac verməkdəydi. Bölgənin savaşçıl tayfalara bölünməsilə, Bahre Negashların otoritəsi nizul edib, 1880 də italianların araya çıxmasıyla son buldu.
Osmanlı Türkləri (15-19 yüzillər): Osmanlılar, Bahre Negash dövlətindən bir məntəqe təsərrüf edərək, 16-inci əsrin başlanqıcında Eritrə sahillərinə əl tapdılar.
300 il daha osmanlılar, quzey Eritrənin ən çoxunu kontrol altına alıb, Masava şəhrini Həbəşistan dedikləri bu bölgəyə baş şəhşər etdilər.
Britania Edarəsi (1941-52): “ İtalian Afrika emperiası”, 1941 də Britania güclərinin bir yürüşü sonucunda sürətlə çökdü. O ilin aprel ayında, Haile Selasinin Etiopia təxtinə geri dönüşündən sonra, İnglislər Eritrədə əsgəri bir idarə açıb, koloninin bütün maddi və insani imkanlarını müttəfiq savaşa sovq etdilər. İlk başda yeni hakimlər, İtalian idarəsinin gördüyü işlərə, yeni kliniklər və məktəblərin açılması, Eritrəlilərin məhəlli polis idarəsinə alınması kimi bir şeylər əlavə etdilər. İkinci Dünya Savaşından sonra İnglislər yeni bir təşkilatlanmaya izin verdilər ki amacı; səndikaların açılması, nəşriyat və syasi partialar kimi siasi hərəkətlərə zəminə hazırlamaqdı. Beləliklə eski İtalian müstəmərələri, yeni müttəhid millətlərə çevrilməkdəydi.Bu sırada əksəriyyəti ortodux ruhanilədən oluşan bəzi məhəlli seçkinlər(elit), Etiopia ilə müttəhid bir dövlət olmayı qəbul etdilər. Bunu görən millətçi qüvvələr, müsəlman-xiristian bağımsızlık partialari qurmaq üçün hərəkətə keçdilər. Qarqaşa(nəzmsizlik) bəhanəsilə Haile Selasi; yarı militər(şebhe nazami) gücləri Eritrənin ğarəti üçün silahlandırıb, obir tərəfdən öz əməllərinə himayə qazanmaq üçün Amerika müttəfiq dövlətləri ilə müzakərəyə girişdi.
Etiopa ilhaqı (1952-91) : Müttəfiq Millətlər Genəl Sekreterliyi(Məcmə-e- Omumi-ye Sazmane Meləle Mottəhed) nin Eritrə haqqında bəlirgin bir qərar
Verə bilmədiyini görən Amerika, iki dövlətin, Etiopia səltənəti otoritəsi altında bir fedrasia olmaları üçün dirətdi(təkid etdi). 1952 də BM bu önərgəni qəbul etdi. BM bu dərindən məyub qərarı ilə Eritrəyə ; məhəlli polis, vergi və bəzi məhəlli işləri içərən bir autonomi haqqına qarşılıq, Etiopiaya; Eritrənin difası, xarici əlaqələr, pul(ərz) və maliyə, beynəlmiləl ticarət və rəvabitin kontrolu haqqı verildi. Bunun yanında Eritrə üçün özünə xas bir ana-yasa(qanun-i- əsasi), ayrı bir parleman, milli bir bayraq və iki rəsmi dil(Tigrinia və ərəbcə) haqqı da tanındı. Fedrasia andlaşmasından az sonra, Vashington, Adisabeba ilə imzaladığı bir bağlaşmaya görə; ABD Etiopia silahlı güclərini tərbiyət və təmrinləndirməsinə qarşın, Asmərədə üslər və Masava dəniz imkanları haqqını əldə etməkdəydi. Bu gəlişmələr Eritrənin məhdud autonomi haqqını şiddətlə zədələməkdəydi. İkinci mərhələdə Etiopianın çıxardığı qondarma bir qanun nəticəsində; ğazetçilər tutuglandı, müstəqil nəşriyat sahibləri vuruldu, nasionalistlər sürgün edildi, səndikalar və siasi partialar bağlandı, Eritrə bayrağının yerinə Etiopia bayrağı qondu, məhlli dillər rəsmi işlər və məktəblərdə yasaqlandı, Eritrənin faydalı gömrük haqqı əlindən alındı, bütün imalat və sənayi Esmərədən, Adisabebaya daşındı. 14 noyabr 1962də Etiopia qüvvələri parlemana saldırıb onu dağıtdı və Eritrə, Etiopianın 14-üncü iyaləti halinə gəldi.
Qurtuluş yolunda silahlı dirəniş
Julay 1960da bir grup sürgün həyatı yaşayan Eritrəli, Eritrə Azadlıq Cibhəsini(ELF) təsbit etmək üçün Qahirədə toplanıb, Azadlığa yetişmək üçün silahlı mübarizənin yeganə yol olduğunu açıqladı. 1 Sentyabr 1961də əski İtalian tüfənglərilə silahlanmış ELF gerilalarından kiçik bir grup, devrimin ilk qurşunlarını Mount Adal dağlarındaki jandarma birliklərinə qarşı atəşlədi.
Bütün 1960 lar boyunca ELF dəvamlı olaraq böyüyüb gəlişdi, yalnız etnik-məzhəbi sektarism və daxili rəqabətlər onu oldqca zəiflətdi. Bundan dolayı örgüt Eritrənin bir çox kəndlik rayonlarında gəl-get yasağı qoydu və bu durumu dahada pisləşdirdi. Belə bir zaman Etiopia ordusu hücuma keçib, difasız insanları qətl-i-am edib, kəndləri yandırıb yixdı. Minlərcə insan gonşu ölkə Sudana qaçmaq zorunda qaldı.Bunların bir çoxu heç bir zaman geri qayıtmadı.
Bu geri-təpmə örgüt içində şiddətli narazılıq dalqalarını yetişdirib, ayağa qaldırdı. Demokratik güclər örgütü içəridən yenidən qurub, təşkilatlandırmaya girişdilər.
EPLF,in doğuşu
ELF içində yaranan böyük xoşnudsuzluq, onun üç qola parçalanmasına səbəb oldu. Bunların içindən neçə yüz savaşçıdan oluşan bir grup bir dialog və danışma hərəkəti başlatdı ki nəticəsi Eritrə xalq Azadlıq Cibhəsi(EPLF)in həyata keçməsi oldu. Yeni örgüt programında, etnik-məzhəbi dəyişikliklərin qəbulu və sosial ədalətin həyata keçiriməsi hədəflərin özəyini təşkil edirdi.Bu amacla azadlıq hərəkəti, toplumsal dəyişimi, milli hakimiyyətlə birlikdə planlamış oldu.Bununla birlidə, ELF,in qarşı həmlələri ilk başda yeni təşkilatın ilərləmə və gəlişməsinin qabağını sədd etti.
Sentyabr 1974,də Derg adlı əskəri bir komitənin 82 illik imperianin ömrünə son verməsilə, Etiopia fedral İdarəsi də çökmüş oldu.Bu zaman iki Eritrəli cibhə, bəlli bir anlaşmaya yetişib, silahlarını bərabərcə işğalçı orduya qarşı tuşladılar.1977,nin sonlarında onlar Eritrə kəndlik bölgəsinin çoxunu və şəhərlərin təqribən hamısını kontrol altına alabildilər. Yalnız sovyet ordusu, azadlıq güclərinin son başarıya əl tapmasının qabağını almışdı.
Etiopia və süper güclər
Bütün keçmiş zəflərinə rəğmən Eritrə inqilabi, Etiopianin umumi geriləməsinə nədən oldu . Geriləyiş ABD,nin Asmərə şəhrində stratejik önəmə sahib və Afrik, Orta Doğu habelə Cinubi Sovteti öz çəmbərinə alabilən bir gözləmə üssü qormaq istəməsilə vüqu buldu. Ta 1976,ya dəyin, ABD,nin Afrika üçün ayırdığı yardımların üçdə iki kimi böyük bir kəsimi Etiopiaya getməkdəydi. Bu yardımlar qarrəyə ilk olaraq göndərilən Jet uçaqlarını da içərməkdəydi. Bununla bərabər ölkədə Jeneral Mengistu Haile Mariam,in iş başına keçməsilə, yeni rejim ABD,dən uzaqlaşaraq, Sovyetlərə dostluq əli uzatdı. Moskova həmən Etiopiani öz daimi müttəfiqi kimi adlandırıb, ölkəyə əskəri - siasi müşaverlər və bilyonlarca doları axıtmaya başladı.
1978,də Etiopia, Eritrəyə qarşı yenidən hücuma keçmək üçün böyük bir kampanya başlatdı. 100,000 dən artıq ağır silahlarla donadılmiş əskər, EPLF və ELF mövzələrini, Etiopia daxilindəki üslərdən, Eritrədə dövlət dənətimində olan pozisionlardan və Qızıl Dəniz qıyılarından atəşə tutdular. Daha sonraki 6 ay sürəsində, Sovyet müstəşarları dört böyük həmlənin planlanıb, icra olmasında klid rol oynadılar. Nəhayət EPLF yürüşü Naqfa şəhrinin yaxınlarında durdura bildi. Julay 1979,da Naqfa,da başlayan 5-inci böyük təhacüm, Etiopanin ağır tələfatıyla geri püskürtüldü.
Böyük yenilgilərə uğrayan Etiopia, güclərini toparlayıb, yeni bir təərrüzə hazırlanırkən, azadlıq hərəkəti anlaşmazliqlar və ixtilaflar yüzündən olduqca zəif duruma düşmüşdü. EPLF ilə ELF arasında gedən müzakerələr qısır və sonuçsuz qalıb,1981,də iç savaşın başlaması durdurulamaz oldu. ELF birlikləri Sudana çəkilmək zorunda qaldı. Bəzi ELF üyələri, EPLF səflərinə daxil olub, işğalçı güclərə qarşı dirənib, savaşmayı tərcih etdilər.
Etiopianın 1981,in əvvəllərində, qızıl ulduz adı altında başlatdığı təhacümlər 4 aydan ziyadə zaman aldı. Bol miqdarda napalm bombaları və kimavi silahlar işlədilən bu savaşlara, 120,000 dən artıq əskər qatıldı.
EPLF savaşçıları qazdıqları çox dayanaqlı xəndəqlər və səngələrdə savaşmaqla, öz zayeatlarını minimum səviyyədə saxlarkən, düşmən quvvələrinə 31,000 dən çox ziyan verdilər. Qənimət olaraq böyk miqdarda sovyet silah və təchizatı ələ kəçirildi. Eyni zamanda yardım birlikləri cibhənin arxasında faaliyət gıstərib, xalqı ən ilkəl ehtiyaclarını qarşılaya bilmək üçün örgütləməkdəydi.
Aclıq
1980,lərin ortalarında savaş və quraqlıq, qorxunc bir insani bunalım(böhran) yaratmaq üçün əlbir oldular. İnatçı bir quraqlıq, torpağı yaxıb, yandırmaqda dirəndi; elə ki Eritre xalqının çoxu aclıq sərhəddinə yetişdilər. Yüz minlərcə Eritrəli aclıq və savaş yüzündən Sudana köç etmək zorunda qaldılar.
Azadlıq
1980,lər boyunca EPLF savaş sahəsində, Etiopiaya qarşı böyük qazanclar əldə etdi. Mars 1988,də EPLF birlikləri, Etiopialıları, Afabet,in yaxınlarda ən güclü mövzələrində vurub, Nadew komandanını dağıtdı və beləliklə on illik ayrılıq və kuşatmaya(mühasirəyə) son verdi. 48 saət içində Eritrə savaşçıları, 3 Etiopia leşkərini dağıdıb, böyük miqdarda silah və savaş məlzəməsi elə keçirdilər.
Fevral 1990,da EPLF, Etiopialıları arxadan ğafilgir edəbilmək üçün, kiçik ama sürətli moturlu gəmilər işə salındı. Beləliklə Masawa dərvazası ələ keçirilib, Etiopialı güclər tamamıyla hava yardımlarından yoxsun qaldılar.
Maj 1991 savaşin son səhnəsi, Etiopia diktatorunun ölkədən Zimbaweyə qaçması əsnasında, Dekamhare şəhrinin yaxınlarında yaşandı. Etiopia ordusunun Eritrədə çökməsilə, EPLF yeni dövləti qurmaq üçün, Asmara,ya yürüş etdi.
Bağımsızlıq
24 maj 1991, azadlıq mücadiləsinin 30 illiginin tam sonunda, Eritrə hələ qanunən də olmasa, əmələn öz stiqlalını ələ gətirmişdi.
Sveçdən Eritrəyə gələn dört müəllimimn məmriyətləri eyni olduğu halda, arxa planları və bu ölkəyə baxış tərzləri birbirindən çox dəyişik və fərqlidi. Eritrəli yoldaşımız əski sosialist düşüncəli ELF elemanlarından və gənc yaşlarında illər boyu ölkəsinin azadlığı üçün vuruşvb nəhayət 1980,lərdə ELF,in baş verən şanssız içsavaş nəticəsində, EPLF,ə yenik düşməsilə, ölkədən ayrılmaq zorunda qalan insanlardandır. O illərcə bir naqqaş kimi Avrupa ölkələrində Eritrə gerçəyini canlandırıb, sərgiləməyə çalışmışdır. Son 10 illikdə, Stocholm mədrəsələrində Tigrinia ana dil öyrəməni olaraq, İsveçdə yaşayan Eritrəli gənclərin ana dil və kulturlə bəslənib, yetişməsində önəmli rol oynamaqdadır. Bilindiyi kimi 1980,lər sosyalism və proltarya dikatorluğu adı altında, çarlığın yenilgisindən sonra ortaya çıxan yeni rus emperyası habelə ona bağlı olan uydu dövlətlər və ekonomik sistəmlərin çüküşü, islamcı düşünüş və ideolojiya,nin siyasət və dövlətçilik sahəsində dirçəlib, canlanması və bunların yanı sıra ABD,nin yer kürəsində biricik süper güc olmaq arzusuyla hazırlandığı illərdir. Eritrə,də içsavaşın çıxması, ELF,in yenilgisi və EPLF,in həm iç savaşı, həm dış savaşı qazanması bu axıntı və cəryan içindç ələ alınmalıdır.
Uzun ayrılıq illərindən son, öz ölkəsi və milləti ilə sıxı əlaqələrə girmək, özgürlüyə qavuşan ana vətənlə yenidən birləşmək, onu başqa ölkə insanlarınada yaxından göstərib tanıtmaq, Eritrəli dostumuz üçün normal sayılmalı planlar olmalıdır.
İsvəçli arxadaşlarımıza gəlincə, bir çox avrupalı üçün keçərli olan; mümkün olduğu qədər daha çoxlu ölkələri gəzib tanımaq, yeni bir kültürlə əlaqəyə girib onu kəşfetmək, ölkənin demokratlaşıb dünyaya açılması habelə tərəqqi və inkişafi üçün nələrin gərəktiyini təsbit etmək və mümkün olduğu təqdirdə iqtisadi əlaqələrə girişmək əsas planlar olsa gərək.
Mən isə gəzib görmə maraqlarımla birlikdə, 21-inci əsrdə hələ ən kiçik və ən ilkəl milli haqlarından yoxsun qalan 30 milyonluq güney Azərbaycanlıdan birisi olaraq, “bəlkə bu gənc və azad Güney Afrika ölkəsindən, layənhəl qoyulmuş problemlərimiz üzrə bir şeylər öyrənirəm” diyə düşünmüşdüm.
İki həftəlik gəzimiz sırasında, Asmara, Masava, Keren, Qadien və Dekamhare şəhərlərində müxtəlif səviyyələrdə 10 məktəbin əsas bölmələrini görüb, çeşitli sinflərdə öyrəncilərin vəziyyətinə və öyrənim sistəminin necəliyinə tanıq olduq.
Mədrəsələr və təhsilat sistəmi
Eritrə məktəbləri mərkəzi sistəmlə idarə olunur. -- Bilirik ki İsveç və bir çox Avrupa ölkəsində təhsilat sistəmi komualdır; yani ölkəni təşkil edən iqsadi və siyasi baxımdan özərk(xodmuxtar) birimlər(vahidlər) olan komunlar, anayasanin, milli məclisin və hökümətin qoyduduğu dirəktiflər əsasında, komun məktəblərində öyrənimin necəliyi, məktəblərin çoxalıb azalması, neçə şagirdlə neçə müəllimin işləyəcəyi, məktəb binalarının tərmim və onarılması, yeni məktəblərin tikilməsi... Azınlıq və məhacir uşaqların ana dil dərsləri və məktəblərin genəl büdcəsi haqda qərar verməkdədirlər. Dərslərin nə şəkildə aparılacağı, dərs kitablarının seçilməsi, bübcənin necə işlədiləcəyi və illik dərs planlarının hazırlanıb gerçəkləşməsi barədə hər məktəbin iş brimləri ( hər iş birimi; 3 ta 5 və bəzən biraz artıq müəllimdən oluşur) təsmim tutmaqdadır. Ata-analar məktəb və öyrənim sistəminin şəkillənib yönətilməsində böyük rol oynamaqdadırlar.— Mərkəzi sistəmdə isə, her şey dövlət və məarif nazirligincə qərara alınır. Eritrədə 9 dil grubu bulunmaqdadır; bunlar: Afar, Bilen, Hadareb, Konama, Nara, Sahu, Tigre, Tigrinia və Ərəbcə dil grublarından ibarətdir. Hər dil grubunda uşaqlar 5-inci sinfin sonuna qədər öz doğma ana dillərində dərs oxurkən, altinci sinfdən etibarən bütün dərslər ingilizcə getməkdədir. Ana dil öyrənimi bundan sonra yalnız bir dərs olraq oxudulur.
Tigrinia, Ərəbcə və İngilizcə ümumi kontakt və rabitə dilləri olaraq işləməkdədir. Yeddinci sinfə gedən bir eritrəli uşaq, qəbul olunur səviyyədə ingilizcə anlayır və danışa bilir.Ərəbcə daha çox müsəlmanlar arasında və ingilizcə genəl olaraq ikinci-üçüncü klaslardan oxudulmaya başlanır. Dil grubları və dini grublar yani müsəlmanlar və xiristianlar arasında heç bir toqquşma gözə dəymir. Kilisalar və məscidlər yan-yana yaşayırlar. Eritrə xalqının xarici yardıma çox ehtiyacı olduğu halda, bunu dilə gətirməkdən çəkinirlər.Bunlar ğərb insanlarına quşğu və tərəddüdlə baxırlar. Burada bu xüsusda anımsadığım bir xatirəni söyləmədən keçməyi uyğun görmürəm: Bir axşam çağı, Asmara xiyabanlarından birində, sərin və günəşli bir havada gəzib, dolanmaqdaydıq. Eritrə insanları genəlliklə sakin, mətin və bir az ğəmgin görünürlər. Əcəba bu ğəm savaşin simalarda buraxdığı bir iz mi, yox bu insanların yaşantılarından yansıyan bi əks midir. Deməsi bir az zor amma hər halda bunun hər ikisinində payı var. Yalnız bu axşam bir dəyişik hadisə üz verdi: Arxadan birisinin yüsək səslə danışmaya başladığını duydum. Qayıdıb baxdım; qoca amma güclü ağsaqqal bir daşqaçının sürətlə daşqasını sürdüyü halda üzünü bizə tutub, bir sözləri bağıraraq tikrarlayırdı. Maraqla kişini təmaşa etməyə başladıq. Bizə xitabən söyləndiyini anladığımız halda, nə dediyini başa düşmədik. Kişi bizim qənşərimizə yetişdiyi zaman danışmasına şiddət verdi və neçə saniyə sönra gözümüzdən itib, getdi. Eritirəli dostumuz kişinin sızlərini belə tərcümə etdi: Ağalar biz bu vətəni dövüşərək, çarpışaraq , qan və can verərək azad etdik. Bu torpaqları öz gücümüzə dayanaraq, gənclərimizi qurban verərək, qazanıb əldə etdik. Kimsədən yardım ummadıq və imdidə kisədən bir şey istəmirik. Öz qollarımızın və beynimizin gücüylə işləyib, çalışıb ölkəmizi düzəldəcəyik, öz əməyimizin çörəyini yiyəcəyik. Gedin lütfən hamıya deyin. Yalnız bizim işlərimizə qarışmasınlar.
Məncə bu kişi Eritrə özgürlük mücadiləsinin və azad Eritrənin ruhunu və qayəsini ən gerçək və ideal bir biçimdə anlatmışdı. Mən bu ğürur və izzət-i-nəfsə Eritrənin hər yerində şahid oldum. Dəfələrcə mülaqat etdiyimiz məarif genəl müdürü Petros bəydən eyni sözləri daha dipatik bir biçimdə duydum. Biz özümüzlə, Eritrə məktəblərinə səmbolik hədyə olaraq neçə kampiuter aparmışdıq. İsveçli dostlarımız, bunların qabaqca təsbit edilmiş yerlərdə qoyulub, internet xəttinə bağlanmasını istəyib, dirənirdilər. Qərar Petros bəydəydi. Uzun və nəticəli danışıqlar getdi. Burada yalnız neçə esas cümləyə iktifa edirəm: “Bizim ölkəyə xoş gəlmişsiniz ! Gətirdiyiniz kampiuterər üçün çox sağ olun, yalnız onların hara yerləşəcəyini və necə işlədiləcəyini bizə buraxın. Ölkəmizdə gəzməli, görməli yerlər var. İxtiyarınızda sürücüsüylə bərabər bir güclü Cip və gözəl ingilizcə danışan bir qaid və dilmac qoyuram. Boyurun, gəzin və görün, Qızıl Dənizdə üzməyi unutmayın! Yalnız ölkə işlərinin necə yeridiləcəyini bizə buraxın. “
Eritrənin təbiəti gözəl və yeraltı qaynaqları zəngindir. Yüksək dağların sinəsindəki dolambaclı yollarla Keren şəhrinə ilərlərkən, dağların gözəlliyi, 40 dərəcəlik istidə çiçəklənən kaktusların görüntüsü, səssizlik və sükun Afrikanın ebədi gözəllik və tanrıyla birləşdiyini canlandırırdı zehnimdə.
Eritrə bütün eksikliklər və noqsanlara rəğmən hızla və ğürurla qabağa ilərləməkdədir. Bir bireyin ilərləməsi və inkişafı uğrunda şübhəsiz o bireyin özgürcə düşünüb, sərbəstcə seçib və qərar verməsi təməl prensipdir.
Eritrə öz iradə və dirənişi sayəsində azadlığını əldə edib və onun uğurlu bir həyata doğru yol alması bugün öz xalqının əllərindədir.
M. Paşa:
Tribun saytından