
Mehriban pişik
Çevirən: Davud Eldəniz
Günlərin
bir günündə bir ada sahilində bir balıqçı arvadı ilə birlikdə yaşayırdılar.
Onların bir gözəl boz pişikləri varidi. Balıqçı ilə arvadı bu pişiyi çox sevib
və ona fəxr edirdilər. Pişik evə gələn zaman siçanların hərəsi bir yana qaçardılar.
Bir
gün arvad balıqçıya dedi: " bayram yaxınlaşır. Biz pişiyə bayramlıq verməliyik.
Bir balaca balıq yaxşi bayramlıq ola bilər.
Bayram
ağşamı oldu. Hava tufan idi. Dənizdə uca şəpələr dalğalanırdılar. Arvad
tez-tez bir pəncərənin qabağına gedib və eşiyi gözdən geçirdirdi. Boz pişik evə
gələn zaman həmişə bu pəncərədən içəri girərdi. Nəhayət bir eşələmək
səsi gəldi. Arvad tez pəncərəni açıb və pişik içəriyə atıldı. Onun ağzında
bir şey varidi. Pişik ağzın açıb və ağzındakın arvadın qabağına qoydu. Arvad
bu girdə şeyi əlinə götürən çağı bir acıqlı miyavlamaq səsi eşidildi.
O
bir yarı-donmuş balaca pişik idi. Mehriban qoca pişik bu balaca pişiyi sahildən tapmışdır.
Balaca pişik yolun azmiş və az qalmışdı yorqunluqdan həlak olsun.
Balıqçınin
arvadı balaca pişiyi imkanı olduqca qurudub və onu bir pətuya bulgələyib və ona
isti süt verdi. Balaca pişik isti sütü içəndən sonra mehriba pişiyin sələsində
yatı. Mahriban pişik, balaca pişiyin yanında uzanıb onu qızdırıb və ona
gözətçi oldu. Beləliklə balaca pişik balıqçı ilə arvadının yanında qalıb,
yaxşı bir ev sahibi oldu.