
Qarğa və Tülkü
Qarğa
bir tülkü balasının gözünü dimdikləyib çıxartmişdi, tülkü çox acıqlanmışdı.
Qarğa əlinə düşmürdü ki, ondan əvəz alsın. Çox düşündü, axırda
axtardığını tapdı. O bir dəfə qarğanın gəldigini görüb yerə uzandı, özünü
ölülüyə qoydu. Qarğa elə bildi ki, tülkü doğrudan olmuşdur. Uçub yaxına gəldi,
Tülkünün eşiyə çimiş dilini dimdikləmək istədi, ancaq qorxdu Qarğa əvvəlcə
tülkünün quryuğunu dimdikləyib qaçdı. Tülkü tərpənmədi. Qarğa yavaş-yavaş Tülkünün
ağzına tərəf gəldi ki, dilini dimdikləsin, Tülkü atılıb onu tutdu.
Tülkünün
ürəgi çox yanmışdı. O dedi:
-Qarğa
sən balamın gözünü çıxartmısan, indi səni yaman dərd ilə öldürəcəyəm.
Qarğa
yalvarmağa başlad
-
A Tülkü lələ, məni necə öldürəcəksən öldür, Ancaq dəryaya atma. Sudan yaman
qorxuram, çünkü üzmək bacaramıram.
-
Tülkü bu sözdən sevinib dedi:
-
Aha yaxşı oldu, səni gərək elə dəryaya atam, bəlkə ürəyim soyusun.
Tülkü
qaça-qaça getdi, dərya kənarinda ki, uca qayanın başına çıxdı. Qarğa çox
yalvardı:
-A
Tülkü lələ, amandır, məni balavın başına çevir nə edirsən et, amma suya atma.
-Tülkü
Qarğanın yalvarmasına baxmadı, onu qayadan başı aşağı buraxdı. Qarğa:
-Qağ…qağ…
edərək üçdü və qabaq tərəfdəki qayaya qondu.
-Tülkü
kör peşman baxıb dedi.
-Qarğa
məndən hiləgər imiş.