"Birlik Günüdür"

Son həftələr ”birlik günüdür” şuarı və ya istəyi azərbaycanlılar arasında aktuel məsələyə çevrilibdir. Məncə birlik yalnız dialoq yolu ilə oda gündəlik hərəkətlərdə əməkdaşlıq yolu ilə imkan tapar. Buna aydın misal iranlı təşkilatların dünən keçirdiyi 80-dan artıq Amerika-Avropa şəhərlərində etdikləri təzahuratdır.

Bizə gələndə, isteqlalçılar ilə federalçılar düşmən kəsiliblər. Belə halda iş birliyi imkansızdır.

Şübhəsiz ”30 milyon güneyli türkün 6 nov isteqlaçılar, 4 nov federalçılar və 3 nov İrançılar və ya xod ayri ayri şəxsiyyətlər arasında türkün sözü olmasın sərbəst seçim etməyə haqqı vardır.”

Babək qalasında müxtəlif bayraqların əsdirməsi, gəncilərmizin fədakar olduğlarını görsədir. Bu fədakar gəncilərə ehtiram qoyaraq isteqlaçı ilə federalçı birbirlərinin fikirlərinə ehtiram qoymalıdılar.  

Azərbaycan xalqına, həm federalçı lazımdır həm də isteqlalçı. Ağıllı isteqlaçı bunu yaxcı bilir ki, Federal toplum isteqlal körpüsü ola bilər. Ağıllı federalçıda bunu anlayır ki, isteqlaçı istəklər və təşkilatlar olmasa ona federal dövləti yaratmaq üçün meydan vermiyəcəklər.

Məncə hər təşkilat inandığı yolda çalışmalı və başqa təşkilatlar ilə iş birliyi aparmalıdır. Hədəfə çatmaq üçün müxtəlif yollar vardır. Dörd əl ayaqlı bir tezden və ya bir fikirdən yapışıb, onu həqiqəte məhz etmək bir ağıllı və modern siyasətçinin peşəsi ola bilməz!

Günüy Azərbaycan təşkilatları ortaq fikirlər üstündə müştərək platform əsasında bir və ya iki cəbhə yaratmalıdılar.  Amerika dövləti istəməsə bu tezlikdə İranda halva paylamıracaqlar! Yol hələ uzundur! Güc birlikdədir!

Davud Eldəniz

2003-07-10