|
«Yaxşı təşkil olunmuş oğurluq»
"Associated Press": "Azərbaycanda korrupsiya, himayədarlıq dəhşətli dərəcədə geniş yayılıb"
Neftlə zəngin
olan Azərbaycan BMT-nin 2005-ci il İnsan İnkişafı İndeksində 177 ölkə
arasında 101-cidir. Daha dəqiq desək, təbii resurslardan korluq çəkən
qonşularından – Ermənistan və Gürcüstandan da geridədir.
Müəllif deyir ki, Azərbaycanda ticarətə, qeyri-neft sektoruna klanlara
nəxsus dövlət şirkətləri nəzarət edir, başqa biznesləri boğurlar.
Tənqidçilərin fikrincə, Azərbaycan tezliklə sosial hərc-mərcliklə üzləşə
bilər. Şirkətin meneceri Uve Köherin sözlərinə görə, onların filialı olan "Qaradağ Sement" prezidentin əmisinin şirkətiylə müqavilə bağlamaqdan imtina etdiyinə görə xammal üçün vacib mənbədən məhrum olub. Bu il isə Vergilər Nazirliyi şirkətin borclu olduğunu bildirərək "Qaradağ Sement"dən 3.5 milyon dollardan çox pul istəyib. Vergilər Nazirliyi isə "Qaradağ Sement"ə qarşı sanksiyaların ədalətli olduğunu bildirir. Cənab Köhler "Associated Press"ə müsahibəsində deyib ki, Azərbaycanda korrupsiya, himayədarlıq dəhşətli dərəcədə geniş yayılıb. Bu isə hökumətin xaricdə danışdıqlarının əksinədir.
|
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir |