![]() |
|
ياغيش ياغيش ياغير دنه- دنه ياشيل باغا، گؤي چمنه يولا دوشور كؤپوكلو سو چالا- چوققور سودان دولو شورولدايير دامدا نوودان گور سو آخير دار قنوودان داملاجيقلار شيپ- شيپ ائدير گؤلجوكلرده ياللي گئدير بير قيزيل گول گولومسه يير بولوتلارا باشين أيير اينجه بير يئل نارين- نارين تئلين هؤرور بوداقلارين ايسلاق چيمن شپه له نير لچكلردن ياش اله نير قارا بولوت آغير- آغير سوروتله نير، ياغيش ياغير گؤيه قالخير تورپاق اييي سئير ائديرم گؤزه للييي سئرچه جيكلر ائدير جيك- جيك سيغينجاقدير بيزيم ائوجيك ‹ گولوم › دئيه ر آنام منه ائويميزده دؤنه- دؤنه من دئييرم : گوله مسه من بس ائوده يم ايندي نه دن؟ تئز قاچيرام باغچاجيغا باتير آياغيم پالچيغا قوشولورام چيچكلره ياغيش وورموش لچكلره رسول قرباني مقدم تبريز- 1384 |
YAĞIŞ Yağış yağır dənə-dənə yaşıl bağa, göy çəmənə yola düşür köpüklü su çala-çuqqur sudan dolu şoruldayır damda novdan gur su axır dar qənovdan damlacıqlar şıp-şıp edir gölcüklərdə yallı gedir bir qızıl gül gülümsəyir bulutlara başın əyir Ilıq bir yel narın-narın telin hörür budaqların islaq çimən şəpələnir ləçəklərdən yaş ələnir qara bulut ağır-ağır sürütlənir, yağış yağır göyə qalxır torpaq iyi seyr edirəm gözəlliyi serçəciklər edir cik-cik sığıncaqdır bizim evcik gülüm deyər anam mənə evimizdə dönə - dönə mən deyirəm: güləmsə mən bəs evdəyəm indi nədən?! tez qaçıram bağçacığa batır ayağım palçığa qoşuluram çiçəklərə yağış vurmuş ləçəklərə Rəsul qurbani Təbriz - 2005-05-30 |
|
|
|
Materiallardan istifadə zamanı qaynağa istinad
vacibdir استفاده از مطالب با ذکر منبع بلامانع است www.durna.info | eldeniz@yahoo.com |