İSTİQLAL YAXUD FEDERALİSM?

 

Birləşmiş bağımsız və müstəqıl Azərbaycan mənim ən böyük arzım və idealımdır. Xoşbəxt və guclu bir ölkədə yaşamaq hər Azərbaycanlının arzısı olabilər. Ancaq bu böyük armana çatmaq yolların düşünəndə tələsməməyimi lazım görürəm.Məncə istiglal və federalizm bizim dərdlərə iki dəyişik çarə yolu və iki alternativ deyil bəlkə federalsim istiqlala çatmaq ücün ilk addım və başqa ibarətlə  lazım olan bir keçid dövrüdür. Yani “İSTİQLAL YAXUD FEDERAL” sualın belə cavab vermək istəyirəm : Əvvəl FEDERALİSM Sonra İSTİQLAL . Məncə bu böyük arzıya çatmağa ən yaxşı yol ən qıssası deyil bəlkə daha zaman aparıcı proseslərlə bu istiqamətdə yürüməliyik.

 

Məncə hələlik bir daha çox əməli olan yolu yəni İranda federativ  bir demokrası yaratmağa fikir verməliyik və istiqlal prosesin gələcək və gələcəyin istək və potansiyellərinə buraxmalıyıq. Burda qeyd etməliyəm ki haqında danşıdığım federal hökümət İslami cumhuri yaxud Padışahı sistem çərçivəsində bir federal höküməti yox bəlkə parlemani tam demokratik bir federal hökümət olmalıdır. Bu növ hökümətdə əyalətlərin parlemanı ilə yanaşı bütöv xalqların deputatlarının iştirakilı təşkil olan bir mərkəzi federal parlement də olacaqdır. Tam xalqların bu mərkəzi parleman da iştirak etdiyi və bu məclis və əyaləti məclislərin arasında olan qarşılıqlı kontorol prosesi, bir daha şovenizm təfəkkürün dirilməsi riskin azaldır.

 

Məncə federativ prosesi atılmaqla biz istiqlala çatanmarıq və bu istiqamətdə olan manələr ibarətdir:

 

  1. İranda Türk və digər milətlərin arasında dəqiq bir coğrafiyayi ,tarixi və hətta ekonomik sərhədin mövcüd olmamağı.Misal olaraq İranda bəzi böyük şəhərlərin tərkibi yarı fars yarı türk olub və iki elin arasında olan qohumluqlar da az deyil. Bu sərhədlər yalnız əyaləti və mərkəzi məcilis və ordusu olan bir federal hökümətin nəzarəti altında dinc şəkildə təyin olunabilər. Biz bu sərhədlərin təyin olmağın müstəqil olandan sonraya buraxsaq, o zaman yeni bir Bosnia və ellər arasında müharibələri gözləməliyik. Bu sərhədlər dinc şəkildə bir federal hökümtində təyin olunabilməsə, istiqlal ərəfəsidə olan  qarmaşıq vəziyətdə heç bu işi başarabilməyəcəyik. Qərbdə kürdlərlə , şərqdə və cənubda Farslarla savaşmalı olacağıq, şimalda isə rus və erməni hədə qorxularına məruz qalacağıq. Birdə hansı ordu ilə savaş aparmalıyıq, asimilə olan güney azərbaycan da olan fars-türk ordusu yardım ilə yaxud minlərcə yarası olan 8 il iraq müharibəsin və 25 il molla rejimin basqısın cəkən xəstə və yorqun güney Azərbaycan xalqından təşkil tapilan fədayi ordusu ilə !?

 

  1. Xalqımızın hələlik istiqlal potansiyelin qazanmadığından öncə , bu yolda uğur qazana bilmərik. Hələlik güneydə xalqın çoxu öz varlığın və öz kimliyin və təəsuflə hətta məruz qaldığı təzyiqləridə tanımayır. İstiqlaldan və iç müharibədən qorxan çoxdur. Quzey Azərbaycanı tanımayan və hələlik onu bir geri qalmış soviet respoplikasi kimi dəyəndirilən də bizdə çoxdur. Bizə yazdırılmış qondarma tarix və teorilərə inanan da bizdə az deyil. Bu adamlara gərçəkləri göstərmək və öz varlıqlarına və gələcəklərinə inandırmaq zaman aparıcı bir məsələ və yalnız keçid bir federativ demokrasının sərbəst mediyasından ( Nəşriyat, Televizia,...) faydalanaraq mümkündür. İstiqlala çatmaq bir dağın zirvəsinə qalxmağa bənzəyir, bu zirvənin iki yolu var biri dümdüz (90 dərəcə) bir qayadır ona dırmaşıb zirvıyə gedəbilərsiniz, başqa yolu isə xizi az olan yoxuşlu bir yoldur biriminci yoldan daha uzun ancaq təhlükəsiz. Tək başına bu zirvəyə qalxmaq istərsənizsə bəlkə təhlükəli olan ancaq daha qissa olan qaya yolun seçərsiniz, ancaq ailə ilə bərabər getmək istərsənizsə , qayaya dırmaşarkən ailə əlindən yapışaraq zirvəyə qalxabilmədiyinizi və bəlkədə bərabər dərrəyə düşəbiləcəkəyinizi bilirsiniz. Azərbaycan xalqı bizin ailəzmizdir onlara heç bu zirvəni və bu zirvəyə gedən yollari göstərmişik yaxud səhər ərkən onları oyadıb, onları yuxulu olaraq qaya yolundan zirvəyə çəkəcəyik?!

 

  1. Güney Azərbaycan və digər İran vilayətərin arasında olan sərt ekonomik əlaqələr. Örnək olaraq Azərbaycanlı sərmayə sahıbların təzyıqlərə görə başqa vilayətlərə kütləvi bir şəkildə köçüb kök salmaqları. Yəqin ki onlar öz sərmayələrin bir dəngəsiz (Eng.=Unstable) və yeni qurmuş ölkədən bir daha dəngəli (Eng.=Stable) ölkəyə yəni bir federal vilayətə qaytarmağa daha çox maraq göstərəbilərlər. Elbətə bu proses də sonraki bir müstəqil və birləşmiş ölkəyə daha çox faydalı olacaq. İqtisad məsələsi də çox kompleks bir problemdir bu qonuda çox sözlər var.

 

 

  1.  Mən başqa ölkələrə qul olmaq istəmirəm. Ancaq onların nəzərlərin nəzərdə tutmayıb tam ideal düşünüb və bir ideal bağımsızlığa düşünmək bağımsızlıq və istiqlala gedən yol yox bəlkədə məhv olmaq yoludur. M.Ə.Rəsulzadəh və S.C. Pişevərinin qurduğu dövlətlərin devrilməsi nədənlərinə bir baxmalıyıq.

     

Nəticə olaraq potansiyəllərlə uyğun hərəkət etməliyik. İndi İran tərkibində olan xalqların və Azərbaycan xalqının (quzey və güney) problemləri və istəkləri bir bənd (səd) dalısında olan məhbus suya bənzər. Bu suyu bir dən açsan sel gəlib yolunda olan hər şeyi viran edər. Yavaş açsanda bir zaman gələr ki suyun basqısı bəndi çatdıracaqdır və yenidən haman sel olacaq. Suyu bəndin dalısında olan potansiyelə baxaraq açmalıyıq.


Qaldı Azərbaycanın iki hissəsinin (güney və quzey)  arasında əlaqələr. iki hissə bir birinə ehtiyacları var. Xüsusilə kültürsəl və iqtisadi və siyasi baxımdan. İki hissənin əlaqələri isə öz böyük arzımız olan birləşmiş Azərbaycana çatmamışdan öncə güney Azərbaycan federal höküməti  və quzey Azərbaycan müstəqil höküməti arasında davam edəbilər. Məncə iki hissənin xalqları arasıda da birdən də əlaqə qurmaq olmaz. Misal olaraq kültürsəl açıdan baxanda gərçi hicab məsələsi qadınlara İranda zorla təhmil olunub ancaq hicaba sərt olaraq inananlar və hicabsız adamları öz çevrəsində görəbilməyənlər də az deyil. Bunlar başqa növ düşünən quzey xalqı ilə qovuşmamış demokrat bir mühitdə başqa və çeşitli düşüncələrlə yaşamağı öyrənməlidirlər.

 

Ancaq Federative bir quruluş quranda dörd göz yörəmizi gözəltməliyik ki yenidən fars şovenizmin qurduğu tələlərə tovlanmayıb və onların yalançı vədələrinə inanmayaq. Farslardan federal vədəsi verən yenidən fars şahlıq sulaləsin qurmaq istəyən Reza Pəhləvi kimi adamlarda var!
 

Yashar Tebrizli" <tebrizden@yahoo.com